Areal
arg
OBASTAN VİKİ
Dalğa Arena
Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.
Donbas Arena
Ukraynanın Donetsk şəhərində yerləşən və dünya standardlarına cavab verən bu stadionun rəsmi açılış mərasimi 2009-cu ildə olub. Şəhərin təmsilçisi Şaxtyor Donetsk klubunun yeni stadionu — "Donbass Arena" keçirilən təntənəli mərasimlə rəsmi şəkildə açıq elan olunub. Klubun sahibi Rinat Əhmədov mərasimin təşkilati işlərini yerinə yetirməsi üçün İtaliya firmasının xidmətlərindən istifadə edib. Tədbirə dövlət başçısı Viktor Yuşenko da qatılıb. Qeyd edək ki, 50 min oturacaq yeri olan stadion Mançester Siti klubunun "Mançester" və Bayern Münhen klubunun "Allianç Arena" stadionlarını inşa edən şirkət tərəfindən tikilib. Arenaya 400 milyon dollar pul vəsaiti sərf olunub.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Eden Arena
Eden Arena (çex. Eden Aréna) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" (çex. Synot Tip Aréna) olub. Eden Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib. UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.
Fornebu Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Friends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Kosmos Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Malmö Arena
Malmö Arena — İsveçin Malmö şəhərində yerləşən çoxməqsədli bağlı arena. 15500 tamaşaçı tutumuna malikdir. Arenanın tikilməsinə 10 yanvar 2007-ci il tarixində başlanılıb, 6 noyabr 2008-ci il tarixində arena açılıb. Melodifestivalen İsveçin milli mahnı müsabiqəsinin yarımfinalları 2009, 2010, 2011 və 2012-ci illərdədə Malmö Arenada keçirilib. Həmçinin 2011-ci ildə kişilər arasında dünya həndbol çempionatı da bu arenada baş tutub. Malmö Arena 2013 Avroviziya Mahnı Müsabiqəsine ev sahibliyi edib.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Minsk-Arena
Minsk Arena (belar. Мінск-Арэна) və ya yerli olaraq Botvinik Arena (rus. Арена Ботвинника, belar. Арэна Бaтвiнiка) — Belarusiyanın Minsk şəhərində əsas qapalı arenadır. Minsk-Arena kompleksində əsas arena da daxil olmaqla (15000 tamaşaçı qəbul edən) dörd məkan, bir velosiped yolu (2000 tamaşaçı qəbul edən), konki stadionu (3000 tamaşaçı) və yüksək səviyyəli park var. Bura 20 Noyabr 2010 tarixində reallaşan 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin məkanı idi. Şakira 19 May 2011-ci ildə The Sun Comes Out dünya turu əsnasında, Cennifer Lopez isə 25 Sentyabr 2012-ci ildə Dance Again Dünya Turu əsnasında bu arenada çıxış eetdi. Depeche Mode, 29 iyul 2013-cü ildə və 28 Fevral 2014-cü ildə Delta Machine Turu zamanı 24.523 nəfər qarşısında çıxış etdi. Qrupun Qlobal Spirit Turu üçün yenidən çıxış edəcəyi gözlənilir. Arenanın 18 Mart 2018-ci il tarixində, 25 Noyabrda keçiriləcək 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqləndi.
Mordovya Arena
Mordovya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordovya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordovyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir. Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır. Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir. Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.
NV Arena
NV Arena — Avstriyanın Aşağı Avstriya bölgəsinin Sankt-Pyolten şəhərində yerləşən futbol stadionudur. Burada SKN St. Polten klubu öz ev oyunlarını keçirir. Stadion 2011 və 2012-ci il aralığında tikilmiş və 7 iyul 2012-ci ildə açılmışdır. Stadiounun tutumu 8000 nəfərdir.
Otkrıtie Arena
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Otkrıtiye Arena
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
PGE Arena
PGE Arena — Polşanın şimalında yerləşən Qdansk şəhərinin, 41 620 nəfər tamaşaçı tutumu olan idman qurğusu. 2008-ci ildə PGE Arenanın təməli qoyulub. İnşaat qiyməti 204 000 000 avro olan PGE Arena, 2011-ci ildə təhvil verilib və avqustun 14-də açılışı olub. 41 620 nəfər tamaşaçı tutumu olan PGE Arenada, UEFA Avro 2012-nin qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu baş tutub.
Puşkaş Arena
"Puşkaş Arena" — ( mac. Puskás Ferenc Stadion, mac. Puskás Aréna ) Macarıstanın Budapeşt şəhərində yerləşən futbol stadionu. Stadionun tutumu 67 215 nəfərdir. Stadion Avro-2020nin keçirildiyi 11 stadiondan biridir. Stadion 2016-cı ildə sökulən, Budapeştin köhnə stadionun yerində inşa edilmişdir. Stadionun inşasına 2017-ci ildə başlamış və 2019-cu ildə başa çatmışdır. Stadionun aşılışı, 15 noyabr 2019-cu il tarixində baş tutmuşdur. Açılış oyununda Macarıstan millisi Uruqvay millisi ilə qarşılaşıb. 2011-ci ildə stadionun hazırlanmasının ilk planı zamanı, tikilmə xərcləri 35 milyard forint qiymətləndirilir, ancaq 2014-cü ildə təkrar hesabalnma zamanı xərclər 90–100 milyard forint təşkil edir.
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Samara Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Telenor Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Timsah Arena
Bitçi Timsah Park və ya Bursa Böyükşəhər Stadionu — Türkiyənin Bursa şəhərində yerləşən idman stadionu. 24 fevral 2011-ci ildə Bursa Böyükşəhər Bələdiyyəsinin keçirdiyi tenderi Gintaş-ın qazanmasıyla başlayan layihədən sonra tikilən stadionun açılışı 21 dekabr 2015-ci ildə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilmişdir. Rams Park və Tüpraş Stadionu ilə birlikdə Türkiyədəki C90 görüş bucağına sahib üç stadiondan biri olan stadionun ümumi tutumu 43.361 nəfər təşkil edir.
Tuymazı-Arena
Tuymazı-Arena (başq. Туймазы-Арена və ya tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Tuymazı şəhərindəki əsas idman qurğusu. Universal buz idmanı qurğusu və konsert kompleksidir. Arenanın tamaşaçı tutumu 808 nəfərlikdir. Onlayn xəritələrdə bu obyekt "Spartak stadionu" və ya "Olimpiya stadionu" adını daşıyır. Kompleksin əsası 2013-cü ildə qoyulmuş, elə həmin ilin 3 sentyabr tarixində isə açılışı olmuş; Başqırdıstan Respublikasının prezidenti Röstəm Xəmitov da açılışda iştirak etmişdir. Arena "Başneft" ASC-nin xeyriyyə fondları hesabına qurulub ki, tikintinin dəyəri 302 milyon rubl təşkil etmişdir. Arenanın əsas istiqaməti buz xokkeyi matçlarının keçirilməsi, fiqurlu konkisürmə yarışlarının təşkili və digər qış idman növləri ilə bağlıdır. Kompleksin ümumi sahəsi 5528 m²-dir.
Ufa-Arena
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir. Rusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir. Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir.
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Cucumis arenarius
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ellerbeckia arenaria
Ellerbeckia arenaria - Kirpiklilər və ya İnfuzorlar — cinsinə aid yosun. Müxtəlif tipli sututarlarda planktonda, oliqohalob-indifferent (Sa), alkalifil (pH). Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları; Qax rayonu: Qarasu, Ceyranbulaq (İlisu k.) və Qarasu (Əlibəyli k.) bulaqları, termal Mohsu b. axını; BQ-ın cənub yamacının sututarları.
Erigeron arenarioides
Erigeron arenarioides (lat. Erigeron arenarioides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erodium arenarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Galium arenarium
Galium arenarium (lat. Galium arenarium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Galium mollugo var. arenarium (Loisel.) Dumort. Galium hierosolymitanum Thore Galium megalospermum var. hierosolymithanum Thore ex Lam.
Grevillea arenaria
Grevillea arenaria (lat. Grevillea arenaria) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Embothrium arenarium (R.Br.) Dum.Cours. Hakea arenaria (R.Br.) Christenh. & Byng Grevillea arenaria subsp. arenaria Grevillea arenaria subsp.
Helichrysum arenarium
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Johan Cruyff Arena
Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib. Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir. Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.
Kapital Bank Arena
Kapital Bank Arena — Azərbaycanın Sumqayıt şəhərində stadion "Kapital Bank Arena" / İnzibatı Bina 2011/2012 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" Futbol Klubu hazırda ev oyunlarını "Kapital Bank Arena"da keçirir. Kompleksin inşasına 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən başlanılıb. İdman qurğusunun daxilində "Sumqayıt" Futbol Klubunun inzibati ofisi ilə yanaşı aşağıdakı hissələr də mövcüddur.
Mançester Arenada terror (2017)
Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub. 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir. Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib.
Melilotus arenarius
Mentha arenaria
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Merkur Spiel-Arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Mersedes-Benz-Arena
MHP-Arena — Almaniyanın Ştutqart şəhərində yerləşən, 60 449 tamaşaçı tutumlu Ştutqart şəhərinin futbol klubunun ev arenası. 1933-cü ildə memar Paul Bonatz tərəfindən inşa edilmişdir. 30 iyul 2008-ci il tarixindən etibarən stadion yaxın 30 il ərzində "Mercedes-Benz Arena" (avtomobil konserninin Muzeyi stadionun yaxınlığında yerləşir) adlandırılacaq. Avtomobil konsern muzeyi arenanın yaxınlığında yerləşir. Avtomobil konserni ilə sponsorluq müqaviləsi bağlandıqdan sonra tutumun 60 min tamaşaçıya çatdırılması, stadionu yalnız futbol halına gətirən qaçış zolaqlarının çıxarılması planlaşdırılır. Bu müqavilə üçün "Ştutqart" təxminən 20 milyon avro alacaq. UEFA-nın Nizamnaməsinə əsasən, stadion beynəlxalq oyunları (Çempionlar Liqası və Avropa Liqası oyunları) keçirərkən sponsor adını daşıya bilməz, çünki bu rəhbər orqanlarda turnirlər üzrə rəsmi tərəfdaş olmayan şirkətlər tərəfindən korporativ sponsorluğu qadağan edən qaydalar mövcuddur. Belə hallarda üçün alternativ "Stuttgart Arena" adı istifadə olunur. Stadion 1974 və 2006-cı ildə dünya çempionatlarının oyunlarına ev sahibliyi etdi (müvafiq olaraq 4 və 6), həmçinin 1988-ci il Avropa çempionatının 2 oyunu (İngiltərə - İrlandiya 0:1 və SSRİ yarımfinalı - İtaliya 2:0) keçirilib. Vikianbarda MHPArena ilə əlaqəli mediafayllar var.

Значение слова в других словарях