ARP

Address Resolution Protocol Ünvanı müəyyənləşdirmə protokolu
Archive file
ARPA
OBASTAN VİKİ
ARP spoofing hücumu
Kompüter şəbəkələrində ARP spoofing, ARP cache poisoning və ya ARP poison routing hücumu korlanmış (spoofed) ARP mesajlarını daxili şəbəkəyə göndərərək şəbəkəyə müdaxilə texnikasıdır. Bu hücumda əsas məqsəd hücumçunun MAC adresini başqa bir istifadəçinin İP -adresi ilə əlaqələndirməkdir (Məsələn: default-gateway). Default Gateway-ə olunan bu cür hücum bütün trafikin hücumçunun (attacker) cihazından keçməsinə şərait yaradır. ARP spoofing hücumçuya şəbəkədəki bütün data hissəciklərini əldə etməyə, trafikdə dəyişiklik etməyə və ya trafiki dayandırmağa imkan verir. Bu hücum digər hücumlar üşün daha çəx başlanğıc xarakter daşıyır. Məsələn, denial of service, man in the middle və ya session hijacking attacks. Bu hücum ancaq ARP protokolundan istifadə edilən şəbəkələrdə işlədilir. == ARP təhlükəsizlik boşluqları == ARP protokolu internet təbəqəsi adreslərinin link təbəqə adreslərinə çevrilməsində işlədilən geniş yayılmış bir protokoldur. Şəbəkədə Internet Protocol (IP) dataqram bir istifadəçidən başqa istifadəçiyə göndəriləndə hədəf İP adresə uyğun MAC adres tapılır ki, data link səviyyədə məlumat ötürülməsi olsun. Əgər şəbəkədə istifadəçinin İP adresi bilinir, MAC adresi bilinmirsə, radioyayım paketi (broadcast packet) göndərilir.
Jann-Fiete Arp
Jann-Fiete Arp (6 yanvar 2000-ci ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Hamburq === Arp Hamburq akademiyası vasitəsilə inkişaf etmişdir. Arp öz peşəkar karyerasında debütünü 30 sentyabr 2017-ci ildə Verder Bremen klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Bobbi Vudu əvəz etmişdir. Həmin görüşdə Hamburq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == 2017-ci ildə Arp Almaniyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Arp Bosniya və Herseqovina, Serbiya, İrlandiya, Niderland və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Bosniya və Herseqovina və İrlandiya millilərinə qarşı oyunlarda üç qolla, Niderland millisi ilə oyunda isə bir qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub === 30 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Saxta ARP sorğuları
Arp 273
Arp 273 — Andromeda bürcündə yerləşən qalaktikadır.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. == Sinonimləri == === Homotipik sinonimləri === Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Arpaqavasin
Arpaqavasin — İrəvan xanlığının Karbibasar mahalında kənd adı. == Toponimikası == Arpaqavasin İrəvan xanlığının Karbibasar mahalında kənd. Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Gürcüstanın Borçalı rayonunda Kavazin kəndindən çıxmış ailələrin Arpaçay sahilində məskunlaşması nəticəsində yaranmışdır.
Arpatəpəsi (Nəmin)
Arpatəpəsi (fars. ارپاتپه سي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (34 ailə).
Arpavar
Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava, Alpava, Alpavan formalarında qeyd edilmişdir. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer», «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır.
Arpaçay
Arpaçay — Ermənistanın hazırkı Vayotsdzor mərzindən və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda axır. Araz çayının sol qolu və NMR-nın ən böyük və sulu çayıdır. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km²-dir. Başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2.985 metr hündürlükdəki yerləşən zirvədən (koordinatları: 39° 57′ 5.27″ şm. e. 45° 39′ 52.36″ ş. u.) götürür. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. Arpaçayından Göycə gölünə su axıtmaq məqsədilə 1970-ci ildə 48.6 km uzunluğunda tunel çəkilmişdir.
Arpaçay (Qars)
Arpaçay — Türkiyədə qəsəbə. Türkiyənin Qars ilinin Arpaçay ilçəsinin inzibati mərkəzi.
Arpaçay (dəqiqləşdirmə)
== Toponim == === Azərbaycan === Arpaçay — Ermənistandan və Naxçıvanın Şərur rayonundan axan çay. Arpaçay su anbarı — Naxçıvan Muxtar Respublikasında su anbarı. Arpaçay (Şərur) — Azərbaycanın Şərur rayonuda kənd. Arpaçay (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. === Türkiyə === Arpaçay ilçəsi — Qars ilinin ilçələrindən biri. === İran === Arpaçay (Ərdəbil) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Arpaçay Dövlət Təbiət Yasaqlığı — Naxçıvan Muxtar Respublikasında qoruq. Arpaçay SES — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən SES. Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub.
Arpaçay (film, 2006)
Arpaçay (Şərur)
Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır. == Toponimiası və tarixi == Arpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. 2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Arpaçay (Ərdəbil)
Arpaçay (fars. ارپاچايي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (34 ailə).
Arpaçay Dövlət Təbiət Yasaqlığı
Arpaçay Dövlət Təbiət Yasaqlığı — 2005-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasının 9118 hektar ərazisində yaradılmışdır.
Arpaçay FK
"Arpaçay" — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Mari Lyu Arpin
Mari Lyu Arpin (4 iyul 1978) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Mari Lyu Arpin, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Mari Lyu Arpin, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Meydancıq (Arpaçay)
Meydancıq (türk. Meydancık) — Qars ilinin Arpaçay ilçəsində kənd. Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır. Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir. Abbas Göyçə (türk.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Qovrulmuş arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Qərbi Arpaçay
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Sultan Arpa xan
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. == Haqqında == Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Arpazlılar
Arpazlılar və ya Arpaz ailəsi — XVIII–XIX əsrlərdə Aydın bölgəsinə hakim olan iki ailədən biri. Onlar Osmanlı imperiyasında mərkəzi idarəçiliyin zəiflədiyi və regional bəyliklərinin ön plana çıxdığı dövrdə yüksəlmişdilər. Arpazlıların hökmranlığı Nazillidə, digər feodal soyu Cahanoğulları isə Köçərlidə formalaşmışdır. Ailənin nümayəndələri bu günə qədər davam edir. Bundan əlavə, Arpazlı zeybəyi Ege regionunda ifa olunan bir xalq rəqsi növüdür.
ARPİİ
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.