ASILI GƏTİRMƏLƏR

Müvəqqəti və daimi axınlar vasitəsi ilə torpağın (yer səthinin) yuyulması nəticəsində suda asılı halda olan hissəciklər. Bu hissə-ciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.
ARTEZİAN SULARI
ASILI TOZ
OBASTAN VİKİ
Asılı gətirmələr
Asılı dərə
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Ross asılı ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).

Digər lüğətlərdə