ASBEST-SEMENT

прил. асбестоцементный. Asbest-sement materiallar асбестоцементные материалы
ASBEST
ASBESTİT
OBASTAN VİKİ
Asbest
Asbest — şəhər
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Asbest (dəqiqləşdirmə)
Asbest — şəhər
Asbest (şəhər)
Asbest — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir. == Etimologiya == Şəhər adını burada inkişaf etmiş asbest sənayesinə görə alıb. == Tarixi == 1889-cu ildə Kudelka (rus. Куделька) adı ilə qurulub. 1933-cü ildə şəhər statusu və indiki adını alıb.
Qaradağ Sement Zavodu
Qaradağ Sement Zavodu — Azərbaycanda Qaradağ rayonunda yerləşən əsasən sement istehsal edən böyük zavoddur. Zavodun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində 1957–1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. (1996-2000)-ci illərdə zavodun rəhbəri Ağamməd Zalov olmuşdur. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir. Zavodda yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində yetmişinci illərdə istehsal həcmi 1.500.000 tona olmuşdur, lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin Holsim şirkəti tərəfindən özəlləşdirilməsinə qədər davam etdi. 1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan olundu. Sentyabr ayının 25-də isə müəssisənin səhmlərinin əksər hissəsi Holsim şirkəti tərəfindən satın alındı.
Qazax Sement Zavodu
Tovuz Sement Zavodu
Tauz Sement Zavodu Cəmiyyəti — SSRİ şirkəti. Tam adı Portland sement və digər tikinti materiallarının istehsalı üzrə "Tauz" səhmdar cəmiyyətidir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşirdi. Müasir Azərbaycanın hüdudlarından xeyli kənarda tanınan, respublikanın şimal-qərbində, Bakıdan təxminən 430 km aralıda yerləşən Tauz (indiki Tovuz) Rayonunda rəngli sement istehsal edilirdi. 1912-ci ildə əsası qoyulmuşdur. Bəzi məlumatlara görə, layihə gücü ildə 4 min tona qədər sement olan zavodun tikintisi ilə Almaniyanın "Siemens" səhmdar cəmiyyəti məşğul olub . Əsas kapitalı 600 min rubl olan Tauz Zavodu Şirkətinin nizamnaməsi nominal dəyəri 100 rubl olan 6 min səhmə bölündü. hər biri 29 mart 1913-cü ildə ən yüksək səviyyədə təsdiq edilmişdir. Sement istehsalı müəssisəsinin tikintisi üçün yer təsadüfi seçilməmişdir - Tovuz rayonunun torpaqları Üst Təbaşir dövrünə aid olan əhəngdaşları ilə zəngindir (senoman əhəngdaşı-mergel təbəqələri adlanır), bu da öz növbəsində əla xammaldır. sement sənayesi üçün material.
İpək xrizotil və amfibol asbest təzahürü

Digər lüğətlərdə