Asmalı

Bu sözün əsasında “as” feili dayanır. Azərbaycan dilində də belə bir qayda mövcuddur ki, feilin təsriflənməyən formalarından feili sifətlər və feilin əmr, xəbər formalarında olan bəzi sözlər substantivləşərək ismin sualına cavab verir. “Asmalı” xörək adı da felin ismə keçməsi əsasında yaranmışdır. “Asmalı” adlı xörək əsasən Naxçıvan MR-nın Culfa rayonunda bişirilir. Məşhur “piti” xörəyinin bir növüdür. Saxsı qabda ət və noxudun qarışığından bişirilir. Xörəyə zövqlərdən asılı olaraq soğan, kartof, alça, gavalı qurusu da əlavə edilir. Naxçıvan MR-nın Culfa kənd şivələrində “piti” mənasında işlənir. – Bu gün yaxşı asmalımız var. (1, 42)
Araq

Digər lüğətlərdə