Bu xörək adı “yemək, təam, plov” mənasında Azərbaycanın əksər dialekt və şivələrində işlənir. Qarabağ bölgəsində aşın 130,Qubada 30- dan çox növü qeydə alınmışdır. “Aş” sözü qədim türk lüğətində üç mənada: 1) hər cür xörək; 2) ziyafət, qonaqlıq; 3) xörək adı kimi qeyd olunmuşdur (2, 210) Çox maraqlıdır ki, “aş” sözü müasir xalq danışıq dilində və şivələrimizdə hər üç mənanı mühafizə etmişdir. Bu sözə Muğan qrupu və Cəlilabad rayon şivələrində “duru xörək” mənasında təsadüf edilir. Məsələn, bəzi xörək adları bunu sübut edir: Xəmiraşı, süddaş, ayranaşı (dovğa) və s. (5, 104) Bu qədim leksemin “ziyafət, qonaqlıq” sözləri ilə bağlılığını xalq danışıq dilində işlənən bəzi etnoqrafik səciyyəli sözlərin tərkibində də görmək olur. Məs: Oruc aşı, allaşı, imamaşı, həcaşı (Şərqi Abşeron) (6, 12) Maraqlıdır ki, orucaşı, allaşı, imamaşı dini mərasimlərlə bağlı olduğu halda, “həcaşı” toy adəti ilə əlaqədar olan sözdür. Şərqi Abşeron şivəsində işlənən bu sözlərdən, “həcaşı” toy adəti ilə bağlı olub, qız evindən oğlan evinə qayınata üçün göndərilən sovqat anlamını verir. (7, 20) Bundan başqa, “aş” sözü “plov” sözünün sinonimi kimi əksər şivələrdə işlənir. Məs: Lobyalı aş, süddü aş, çığırtmalı aş və s.Qeyd etmək lazımdır ki, müasir ədəbi dilimizdə olan və yeməkxana mənasını verən “aşxana” sözündə “aş” leksemi özünün ən qədim məzmununu saxlamışdır. Maraqlıdır ki, Salyan dialektində “aşxana” sözü mətbəx mənasında işlənir. Məs: Aşxanada yiməy pişirirlər.(Salyan) Qədim “aş” sözü “az aşın duzu”; “azacıq aşım, ağrımaz başım”; “aşını, duzunu vermək”, “az aşın duzu deyil”(hiyləgər adamlar üçün söylənilir), “Əli aşından da olmaq, Vəli aşından da”, “Harada aş, orada baş” (əziyyət çəkmədən yaşayan insana deyilir) ifadələrinin tərkibində də özünü göstərir. M. Şəhriyarın dilində də “aş” sözünün “ziyafət xörəyi” mənasında işlənməsi müşahidə olunur: Cavanların aşın yedin, Qocalar bozbaşın yedin, Qəbirlərin daşın yedin, Özü baqi qalan dünya. (5, 104) “Aş” sözü “yemək, təam” mənasında Nəsiminin dilində də işlənmişdir: Eşqün odu pişürmişdi dürlü aşlar; İçərəm qəm mətbəxində dürlü-dürlü aşlar.(5, 103) Mahmud Kaşğalının lüğətində də “aş” sözü “yemək, aş” mənasında işlənmişdir. Həm də Mahmud Kaşğari bu söz haqqında yazmışdır ki, “bir qabı sıxaraq təmir etməyə də də “aş” deyilir: “ayaq aşla= qabı sıxaraq təmir et” (8, 147) Yazılı mənbələdə “baş aşpaz” mənasında “aş paşçısı” kəlməsi işlənmişdir. (2, 61) Mahmud Kaşğarinin lüğətində “aşa” (yemək, aş yemək) mənasında, aşac (qazan, tava) mənasında, aşat (yemək , yedirtmək), “aşbar” (saman, kəpək, ot kimi şeylərin qarışığından ibarət yem) mənasında “aşıç” (qazan mənasında), “aşlık” (aşxana, mətbəx mənasında), “aşca” (yemək istəmək mənasında) sözləri verilmişdir. Bu sözlər aş (yemək, aş mənasında) sözü ilə eyni kökdəndir. Həmin sözlərə diqqət yetirək: aşa yemək, aş yemək; ər aş atadı – adam yemək yedi. Mahmud Kaşğari qeyd edir ki, Xaqaniyyə türkləri bu sözü böyüklərin ziyafətində işlədirlər. Digər türklər isə fərq qoymadan bu sözü hər kəs haqqında işlədirlər, doğrusu da elə budur.(8, 237) “Aşa” sözünün qədim türk lüğətində “istifadə etmək”, “faydalanmaq”, “yemək, (bəhrəsini) dadmaq”, “xidmətinin bəhrəsini almaq” mənaları da verilmişdir. (2, 62) “Aş” sözü noqay dilində də “yemək” mənasında işlənir. (30, 182) Qırğız dilində “aş” sözü ilə bağlı atalar sözü də yaranmışdır: Aşın kalsa kalsın, işin kalbasın” (30, 238) Bu söz türkiyə türkcəsində aş, başqırd türkcəsində azık, aşamlık, qazax türkcəsində aş, tamak, qırğız türkcəsində tamak, aş, özbək türkcəsində avkat, aş, tatar türkcəsində aş, azık, aş-su, rızık, türkmən türkcəsində aş, paxar, uyğur türkcəsində aş formalarında işlənir. (33, 30-31)
Asmalı
Atlama
OBASTAN VİKİ
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Aş-Şamiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Cun Aşida
Cun Aşida (芦田 淳, Aşida Cun, 21 avqust 1930, Concu, Yaponiya imperiyası – 20 oktyabr 2018) – Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir. Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır. Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
DF-11 aşqarı
ДФ-11 aşqarı — İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur. ДФ-11 aşqarı – maşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzin və dizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir. Tətbiqdə miqdarı: 1,0–2,5 kütlə/% Kinematik özlülük 1000C, mm2/s - 5–10 Alışma temperaturu açıq putada,0C - 170 Aktiv elementlərin miqdarı: Fosfor, kütlə/% — 4,4–4,9 Sink, kütlə/% — 5,0–5,6 Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı — yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir.
Daniyar Aşimbayev
Daniyar Aşimbayev (qaz. Данияр Рахманұлы Әшімбаев; 15 yanvar 1976, Almatı) — Qazaxıstan politoloqu. Turan Universitetini bitirib (1996). Karyerasına 1990-cı ildə Qazaxıstan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının kitabxanaçısı kimi başlamışdır. 1994-cü ilin iyunundan bu yana - "Kim Qazaxıstanda Kimdir" informasiya və nəşr layihəsinin rəhbəri, 2012-ci ilədək 12 nəşrdən keçmiş Qazaxıstan Bioqrafik Ensiklopediyasının baş redaktoru: politoloqa görə, Yəqin ki, Daniyar Aşimbayevin Biblioqrafik Ensiklopediyası, heç kimin və heç bir şeyin unudulmadığı bu tip yeganə nəşrdir. Bu da sevindiricidir, çünki keçmişini xatırlamayan və dəyər verməyən bir millətin gələcəyi yoxdur.. Aşimbayevin digər kitabları "90-cı illərin Qazaxıstan Akejan Kajegeldin hökuməti: özəlləşdirmə, korrupsiya və hakimiyyət uğrunda mübarizə "(2003, N. Suleymanov və V. Andreyev ilə birlikdə yazılmışdır) və" Qazaxıstan: Gücün Tarixi. Yenidənqurma təcrübəsi "(2008, Vitali Khlyupin ilə əməkdaşlıq). 2005-ci ildə Gülmira İleuova ilə birlikdə "Qazaxıstanda Seçkilər-2004. Addım-addım".
Dağdağan aşırımı
Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.
Daşkənd aşıqları və şairləri
Daşkənd aşıqları və şairləri (kitab)
Donor aşqarlar
Donor aşqarlar — öz elektronlarını asanlıqla verə bilən və deməli, sərbəst elektronların sayını artıran aşqarlar. Donor aşqarlarda elektronlar əsas yükdaşıyıcılar, deşiklər isə qeyri-əsas yükdaşıyıcılardır: n a < n y {\displaystyle n_{a}<n_{y}} na — aşqarların valentliyi, ny — yarımkeçiricinin valentliyidir. Tutaq ki, silisium (Si) kristalında bəzi atomlar V qrup elementi arsenlə (As) əvəz edilmişdir. As-nın xarici elektron təbəqəsində 5 elektron olduğu üçün onun bir elektronu rabitədə iştirak etmir və öz atomu ilə zəif əlaqədə olur. Ona görə də o sərbəstləşə bilir. Bu zaman deşik əmələ gəlmir, çünki sərbəstləşən elektron rabitəni tərk etməyib. Bu tip aşqarlar donor aşqarlar adlanır. Donor aşqara malik yarımkeçiricilərdə keçiricilik əsasən elektronlar hesabına olduğu üçün onlara n-tip (neqativ-mənfi) yarımkeçiricilər deyilir. n-tip yarımkeçiricilərdə elektronlar əsas, deşiklər qeyri-əsas yükdaşıyıcılardır.
Dyatlov aşırımının sirri (film, 2013)
Film 1959-cu ildə Rusiya Federasiyası ərasində Ural dağlarının bir hissəsində yerləşən Dyatlov keçidi (Şeytan aşırımı) kimi tanınan ərazidə baş vermiş hadisə və bu hadisənin sirli tərəfinin rejissor fantaziyasına uyğunlaşdırılmış şəkildə lentə alınmışdır. Yuri Yudin ve Ural Politexnik Universitetindən 9 tələbə, 28 yanvar 1959-cu ildə 2 həftə çəkəcək bir səfərə çıxdılar. Səyahət Uralın şimalında yerləşən Vizhay adlanan yerə qədər baş tutmalı idi. Qrupa rəhbərliyi təcrübəli dağçı olan İqor Dyatlov edirdi. Qrupdakı üzvlərin hamısı təcrübəli insanlar idi. Qrup üzvlərindən biri olan Yudin səfərin əvvəlində xəstələnir və geri qayıtmağa məcbur olur. Qrupda 2-si qadın olmaqla 7 kişi var idi. Tələbələr 2 fevral tarixində Otorteni dağını keçərək, Holat Syahl təpəsinə çatdılar. Qrupdan geriyə qalan şəkilləri və gündəlik qeydləri araşdıran tədqiqatçıların fikrincə onlar saat 5-də çadırlarını qurdular. Qrup üzvlərinin düşərgə üçün bu ərazini niyə seçdikləri məlum deyil.
Dəlicəsinə aşiq olan (film, 1981)
Kiçik (uydurma) Saint Tulipe krallığının şahzadəsi Cristina, bütün kral ailəsi ilə birlikdə Romada dövlət səfərindədir. Onlar kral ailəsi olsalar da, bununla birlikdə onların pulu yoxdur və kiçik krallığın müstəqilliyini qurtarmaq üçün çox böyük – 50 milyard lirəyə ehtiyac vardır və onlar bu pulu əldə etməyə can atırlar. Məhz bu səbəbdən kralın qızı Cristina, səltənətin iflas etməməsi üçün zəngin bir milyarderlə (hərbi silah istehsalçısı) nişanlanır. Darıxmış və üsyankar bir vəziyyətdə, qaldığı villadan gizlincə qaçır və Romanı gəzməyə qərar verir. Başqaları kimi bir avtobusa minərkən həyatını dəyişdirəcək birisi ilə tanış olur: Barnaba Cecchini adlı çılğın və səmimi bir sürücü ilə. İkincisi dərhal ona aşiq olur və qızı hər şeyə və hər kəsə qarşı qazanmaq üçün çox qərarlı olur. İkisi birlikdə çox əyləncəli macəralarla Barnabanın avtobusunda Roma ətrafında gəzintiyə çıxırlar. Bu vaxt, Şahzadə Kristinanın yoxa çıxdığını anladıqdan sonra, atası Gustavo, bu xəbərlərin mətbuatda yayılmasının və qalmaqalların qarşısını almaq üçün qızının itdiyi xəbərlərini sızdırmamağa çalışır və eyni zamanda onu tapmaq üçün xüsusi agentləri və polisləri onun dalınca yola salır. Kristina əyləncədən sonra özü könüllü olaraq evə qayıtmağa qərar verir və Barnabanı ümidsiz vəziyyətdə qoyur. Tramvay sürücüsü qızı tapmaq üçün hər formada işləyir, bütün həmkarlarının müşayiəti ilə ona bir serenada da həsr edilir və hətta boşboğazlığı sayəsində siyasət və maliyyə mütəxəssisi olaraq dövlət naharına dəvət olunmağı belə bacarır.
Dəmirçi Aşıq Hüseyn
Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı – 1964) — Azərbaycanlı ustad aşıq. Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Eqonun aşılması
Eqonun aşılması (fra. : La Transcendance de l'ego) 1934-cü ildə filosof Jan-Pol Sartr tərəfindən yazılmış və 1936-cı ildə nəşr edilmiş fəlsəfi və fenomenologi essedir. Bu keçid Sartrın 1939-cu ildəki hərbi xidmətindən sonra daha aydın görünür, burada biz dünyada olmaya daha çox rəğbətlə baxırıq, bu mövzu onun 1943-cü ildəki işində daha ətraflı şəkildə işlənir. Bu esse Sartrın fenomenologiya və ontologiyanın tədqiqi və hibridləşməsinə başlayır. Essenin əsası Husserlin "nəzərdə tutulan obyektlərin" (göründüyü kimi) təsvirinin öz-özlüyündə təsvir edildiyini dərhal qiymətləndirmək, həm də mənliyi şüurun maddi deyil, "dünyada" kimi müşahidə etməkdir. Sartr üçün eqonu şüur üçün bir obyekt kimi təsvir etmək daha məqsədəuyğun idi.
Eşşək-meydanı aşırımı
Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Gövhər ağa məscidi (Aşağı)
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gülüstan ticarət mərkəzi (Aşqabad)
Gülüstan Dövlət ticarət mərkəzi yaxud Rus bazarı (türkm. "Gülistan" söwda merkezi — Rus bazary) — Aşqabadın mərkəzi şəhər bazarı, şəhərin ən böyük bazarlarından biri. Şəhərin mərkəzində yerləşir. Yeni dükanların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar şəhər əhalisi və ziyarətçiləri yenə cəlb edir.
Günaxay aşırımı
Günaxay aşırımı — Sarıbaş kəndinin Rusiya ilə sərhəd hissəsində yerləşir. Hündürlüyü 2657 m dir. Dağ Alp-Himalay qurşağında yerləşir. Böyük Qafqaz sıra dağlarına aiddir.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub. Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Hisəqarşı aşqarlar
Hisəqarşı aşqarlar avtomobillərdə katalitik neytrallaşdırıcıların qarşısında və ya bilavasitə çıxış traktında yerləşdirilmiş his filtrlərinin tutulması sürətini azaltmaq üçün nəzərdə tutulmuşdur. İstənilən his filtri 200-500 km-dən sonra keçiricilik qabiliyyətini itirir və regenerasiya olunmasını tələb edir. Regenerasiya üçün filtri hisin yanmağa başlaması üçün lazım olan 550-600°С temperaturadək qızdıran xüsusi qızdırıcı elementlər işlənilmişdir. Lakin regenerasiya prosesi zamanı temperatur 1400°С-dək çatır və filtrin məsamələri bir-birinə birləşir. Bu da effektliliyə mənfi təsir göstərir. Aşqarın olması hisin yavaş-yavaş yanmasını təmin edir, bununla da dövri regenerasiyalar zamanı həddən artıq qızma təhlükəsinin qarşısını alır. Bəzən metaldan aşqar kimi istifadə etməyərək onu filtrin səthinə yerləşdirirlər. Mühərrik normal işlədikdə bu üsul aşqarın yanacağa əlavə edilməsi effektini verir. Lakin, katalitik örtük yanacaqda olan kükürdlə yavaş-yavaş zəhərlənir. Bundan əlavə, əgər mühərrik uzun müddət boş-boşuna və az güclə işləyirsə, katalitik örtük toplanmış hisin yanmasını təmin etmir.
Həsənabad (Aşağı Tarım)
Həsənabad (fars. حسن‌آباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 132 nəfər (42 ailə) yaşayır.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
II Aşşurnasirpal
II Aşşurnasirpal (II Aşşur-nasir-apal, Aşşurnazirpal) — Assuriya şahı, təxminən eramızdan əvvəl 884-859-cu illərdə hakimiyyətdə olmuşdur. II Tukulti-Ninurta-nın oğlu olan Aşşur-nasir-apal görkəmli sərkərdə və diplomat idi. Öz məqsədlərinə nail olmaq üçün o ən qəddar vasitələrə belə əl atmaqdan çəkinmirdi.

Digər lüğətlərdə