ATİ

ə. 1) gələcək, gələcək zaman; 2) ön, qabaq.

ATIL
ATİF
OBASTAN VİKİ
"Atikva" ümid deməkdir (film, 1994)
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
Atiest
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Atif Zeynallı
Atif Əbdülbaqi oğlu Zeynallı (20 mart 1927 – 28 yanvar 1991) — Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörddən artıq şer kitabı dərc edilmişdir. Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür. Alim ömrünün son illərini də bu evdə yaşadı. 1944-1949-cu illərdə ADU-nun Ş\şərqşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlamış, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik etmişdir. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışmışdır. Özünü ədəbiyyatda şair kimi görmək istəyən Atif Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girir.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Atikə Sultan (III Əhmədin qızı)
Atikə Sultan (29 mart 1712, Konstantinopol – 2 aprel 1738, Konstantinopol) — 23. Osmanlı sultanı III Əhmədin qızı. Atikə Sultan 29 mart 1712-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anasının kimliyi isə bilinmir. Hələ 12 yaşında ikən 6 yanvar 1724-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nişanlandı. 20 fevral günü İbrahim Paşa sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nigahı bağlandı. Eyni mərasimlə bacısı Xədicə Sultan da Osman Paşanın oğlu Əhməd Paşayla nigahlandı. Cütlüyün toy mərasimi isə 13 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Cağaloğlu sarayı cütlüyə təsis edildi. Övladının olub-olmadığı bilinmir.
Atikə Sultan (Sultan İbrahimin qızı)
Atikə Sultan (1644, Konstantinopol – 1667, Konstantinopol) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir. Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.
Atila Pesyani
Atilla
Attila və ya Atilla (I minillik, Qafqaz – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Atilla-fateh (serial, 2001)
Attila (ing. Attila) — 2001-ci ildə çəkilən ABŞ mini-serialı. Film böyük Hun imperiyasının hökmdarı Attilanın həyatından bəhs edir. Attila uşaq yaşlarından cəsur döyüsçü olduğundan əmisi onu öz yanına gətirir ve öz vəliəhdi elan etmək istəyir. Lakin Attilanın emisi oğlu bununla razılaşmır. Əmisi bu mübahisələri kəsmək üçün Attilanı girov kimi Romaya göndərir. Buna baxmayaraq Attila Romada olarkən əmisinin öldüyünü eşidir və dərhal geri qayıdır. O, hun qəbilələrini birləşdirərək vahid imperiya yaradır ve Romaya hücum edir. Roma məğlubiyyətdən yaxa qurtarmaq üçün Attilaya qarşı sui-qəsd hazırlayır. Attila — Internet Movie Database saytında.
Atilla (ad)
Atilla (Avropada Attila) — qədim türk dilində İdil çayını adlandırmaq üçün işlədilən Atıl/Atal sözünə "-lı" səkilçisinin artırılması ilə meydana gələn Atıllı sözündən və ya Gotik dilindəki "atte" yəni "ata" mənasını verən sözdən gəldiyi təxmin edilir. Xüsusilə Türkiyə və Macarıstanda oğlan uşaqlarına verilən geniş yayılmış addır. Attila — dünyanın ən məşhur sərkərdələrindən biri. Attila Olgaç — Türkiyə aktyoru. Atilla Jorma — dilçilik üzrə elmlər doktoru (2008) Atilla Maralanlı — yazıçı Attila Borhidi — Macarıstan botaniki. Attila Szalai — müdafiəçi kimi çıxış edən Macarıstan milli futbolçusu Attila İlhan — şair, yazıçı, jurnalist və tənqidçi.
Atilla Arcan
Atilla Arcan (1945, İstanbul – 16 noyabr 2015 və ya 17 noyabr 2015, İstanbul) — türk aktyor və şoumen. Əsl soyadı Gursəs olan Atilla Arcan 1945-ci ildə İstanbulda doğulmuşdur. Teatr və sinema aktyoru. rejissor və ssenarist Məhərrəm Gursəsin oğludur. Televizya ekranlarında 1994-cü ildən bəri bir müddət yayımlanan məşhurları təqlid etdiyi "Min bir sifət" parodiya şouları ilə tanınan Atilla Arcan bir çox film, teatr və serialda rol alıb. O, "Min bir sif\t" şousunda Turqur Özal, Süleyman Dəmirəl kimi bir çox siyasi şəxs və hadisələrə mizah yplunda ekranlara daşımışdır. 1990-cı illərdə Patbom saqqız reklamında yer aldı və bu, dövrün ən yaxşı reklamlarından biri oldu. 1984-cü ildən aktrisa Gül Arcanla evli olan Atilla Arcanın Şəbnəm Sevgi Gursəs adında bir qızı, Barış, Özgür və Çağrı adlı 3 oğlu var. Atilla Arcan 2015-ci il noyabrın 16-da dünyasını dəyişib. Cənazəsi Erenköy Qalip Paşa məscidindən çıxarılaraq Küçükyalı qəbiristanlığına dəfn olunmuşdur.
Atilla Jorma
Atilla Jorma — Finlandiya türkoloqu, dilçilik üzrə elmlər doktoru (2008), professor. Atilla Jorma 1952-ci ildə Finlandiyada dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə daxil olmuş və 1982-ci ildə təhsilini tamamlamışdır. 1984-1987-ci illərdə Finlandiyada Türkü Universitetinin dilçilik bölümündə elmi işçi kimi çalışmışdır. 1984-1991-ci illərdə Finlandiya Türkü Universitetində türk dilindən dərs demişdir. 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Türkiyənin Ərdahan Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, Türkmən, Qaqauz dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Fincə-Türkcə, Türkcə-Fincə lüğət hazırlamışdır. Fin, macar, holland, alman, ingilis dillərini bilir. Atilla Jormanın türkoloji araşdırmaları olduqca əhatəlidir.
Atilla Jozef
Atilla Jozef (mac. József Attila; 11 aprel 1905[…], Budapeşt – 3 dekabr 1937[…], Balatonsarso[d], Şomod) — XX əsrin Macarıstan şairi. Budapeştdə dünyaya gələn Jozef çətin bir uşaqlıq və yeniyetməlik dövrü keçirib. Kasıb bir ailənin üç uşağından biri idi. Atası sabunçu, anası isə xidmətçi idi. Atası şair üç yaşında ikən evi tərk etdi və Amerikaya qaçdı. Digər iki qardaşı ilə birlikdə analarının onlara baxmaq üçün fasiləsiz işləməsinə və sonda yorğunluqdan xəstələnməsinə şahid oldular. Anası xəstələndiyi üçün Macarıstan Uşaqlara Yardım Dərnəyi tərəfindən Ocsöd kəndindən bir ailəyə övladlığa verildi. Övladlığa verildiyi ailə Jozefi donuzlara baxmağa məcbur etdi və ona Pişta adını qoydu. Orada 7 yaşına qədər yaşadı.
Atilla Maralanlı
Atilla Maralanlı 1961-ci ildə Təbrizdə anadan olub. İbtidai və orta təhsilini Tehranda alıb. 1993-cü ildə Azərbaycan Respublikasına mühacirət edib. Həmin ildən Bakıda yaşayır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əsasən tərcümə ilə məşğul olur. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan elmi qrupu şöbəsində çalışır. Behruz Həqqinin "Koroğlu: tarixi-mifoloji gerçəklik", Həmid Dadizadənin "Ədəbiyyat problemlərinə dair", Səməd Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitablarını farscadan azərbaycancaya çevirib və Bakıda çap etdirib.
Damir Atikoviç
Damir Atikoviç (17 fevral 1971) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. Damir Atikoviç Xorvatiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Nabil Atif
Nabil Atif, Mərakeş aktyoru, 1972-ci ildə Kasablankada anadan olub. Bir sıra Mərakeş filmlərində və seriallarında iştirak etmişdir.
Or Atika
Atikə Or(fr. Aure Atika; doğ. 12 iyul 1970, Monte-Eştoril, Portuqaliya) — Mərakeş əsilli Fransa aktrisası. Atikə Or 12 iyul 1970-ci ildə Portuqaliyanın Monte-Eştoril şəhərində anadan olub.Valideynləri — atası Mərakeş əsilli Ode Bitton, anası fransız Mişel Furnyedir. Atikə Or Parisdə və Fransanın cənubunda böyümüşdü. Təhsilini Paris hüquq və Luvr məktəbində almışdı. 9 yaşından sınaq çəkilişlərinə başlamışdı və Janna Moronun "Yeniyetmə" filmində rol almışdı.
Səfidan-i Atiq (Təbriz)
Səfidan-i Atiq (fars. سفيدان عتيق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 251 nəfər yaşayır (51 ailə).
Yeş Atid
Yeş Atid (ivr. ‏יֵשׁ עָתִיד‏‎) — İsraildə mərkəzçi siyasi partiyadır. Yair Lapid tərəfindən 2012-ci ildə təsis edilmiş və İsrail cəmiyyətinin mərkəzi hesab etdiyi şeyi təmsil etməyə çalışır: dünyəvi orta sinif. Əsasən vətəndaş, sosial-iqtisadi və idarəetmə məsələlərinə, hökumət islahatı və ultra-pravoslavlar üçün hərbi azadolma layihələrinə son qoyulması ilə xarakterizə edilir. 2013-cü ildə etdiyi ilk seçkidə, Yeş Atid, 120 yerlik Knessetdə 19 yer qazanaraq, ikinci yeri tutdu. Bundan sonra Benyamin Netanyahunun Likud başçılıq etdiyi koalisiyaya daxil oldu. 2015 seçkisində partiya Netanyahunu dəstəkləməkdən imtina etdi; Əhəmiyyətli bir geriləmədən əziyyət çəkdikdən və yer itirəndən sonra müxalifətə qoşuldu.
Yıldız Çağrı Atiksoy
Yıldız Çağrı Atiksoy (d. 1 aprel 1986; İstanbul, Türkiyə) — Türkiyəli sənətçi.
Atik Validə məscidi
Qədim Validə məscidi və ya külliyəsi (müftiliyin qeydlərinə görə Atik Validə məscidi) (türk. Atik Valide Camii, Eski Valide Camii) — İstanbulun Üsküdar mahalının hakim mövqeli ərazisi Toptaşının zirvəsində II Səlimin həyat yoldaşı və III Muradın anası Afifə Nurbanu Validə Sultanın istəyi ilə Memar Sinan tərəfindən inşa edilmişdir. Məscid, mədrəsə, təkkə, xəstəxana, darülhədislər, darülkurra, ibtidai məktəb və aşxanadan ibarət olan obyekt Memar Sinanın tikdirdiyi və bir parçası günümüzə gəlib çatmış külliyə olaraq qəbul edilir. Memar Sinanın tikdirdiyi məscid onun vəfatından sonra tələbəsi Davud Ağa tərəfindən genişləndirilib. Nəhayət, II Mahmudun dövründə köhnə İstanbul evlərinə bənzəyən və ayrıca girişi olan sultanın köşkü və mahfil də əlavə edilmişdi. Tikintinin tarixi 1570-1579-cu illərə təsadüf edir və 1583-cü ildə Memar Sinanın tələbəsi Davud Ağa tərəfindən genişləndirilmişdir. Atik Validə məscidi (adının tərcüməsində Sultan Anasının Qədim məscidi) İstanbulun ən geniş məscid komplekslərindən biri idi. Sultan II Səlimin həyat yoldaşı və varisi III Muradın anası Nurbanu Sultan üçün tikilmişdir. Qadınlar səltənəti kimi tanınan dövrdə Osmanlı imperatorluğunu hərəmxanadan effektiv şəkildə idarə edən ilk etibarlı sultan idi. Atik Validə məscidlərinin tikintisi və təmiri üçün, 1583-cü ildə fond yaradılmışdır.
Atik Mustafa Paşa Məscidi
Atik Mustafa Paşa Məscidi — və ya Kristos Pantepoptes Kilsəsi, İstanbulun mahalı. Orta Bizans dövrünə aid olan binanın köhnə adı “Kristos Pantepoptes”dir. Konstantinopolda binalar ya Sərbəst Xaç plan növü ilə, ya da Qapalı Yunan Xaçı plan növü ilə tikilirdi. Kristos Pantepoptes plan növü Kvadrat daxilində Xaç Planı və ya Qapalı Yunan Xaçı adlanır. Binanın tarixi ilə bağlı bəzi şayiələr var.Onlardan biri; Xəlifənin bayraqdarı olan Cabirin növbəti fəth üçün Konstantinopola gəldiyi, fəth zamanı öldüyü və burada dəfn edildiyi ilə bağlıdır. İstanbulun fəthi zamanı kilsənin vəziyyəti məlum deyil. Bəyazit dövründə bina məscidə çevrilmişdir. Məscidin içərisində Şərqi Roma dövrünə aid heç bir bəzək yoxdur. 1957-ci ildə Amerika Bizans İnstitutu tərəfindən binanın cənub tərəfindəki ağartma təbəqəsinin altından tapılan freskaların Ayios Kosma, Hagios Damianosa aid olduğu müəyyən edilmişdir.
Atilla Pisyani
Atilla Pisyani (30 aprel 1957, Tehran, İran – 6 oktyabr 2023, XIII arondisman (Paris)) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014) Atilla Pisyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Atira (qurban)
Atira (qurban) (ərəb: عتيرة) — müşrik ərəblərin Rəcəb ayının son on günündə "cahiliyyət dövründə" kəsdikləri keçi qurbanı. İslamın ilk illərində buna icazə verildi, lakin sonra ləğv edildi. Qurbanlıq heyvanlara "rəcəbiyyə" deyirdilər. Müşrik ərəblər ya mal-qaranın sayının artması üçün dua etdikdən sonra, ya da mal-qaranın sayı yüzdən çox olduqdan sonra bütpərəst tanrılara şükür olaraq qurban kəsirdilər. Qurbanlıq heyvanın qanı bütün başına sürtülürdü. Atiranın mənşəyi kiçik Həcc (Ümrə), həmçinin yəhudilərin Pasxa bayramı və yəhudilikdə günah keçisi ritualı zamanı baş verən qurbanlarla sıx bağlıdır. Qurbanı Məhəmməd peyğəmbər ləğv etdi.
"Atikva" ümid deməkdir
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.

Значение слова в других словарях