Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub.
Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur.
Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.