Atoll
atomar
OBASTAN VİKİ
Atom
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) — "bölünməz") — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir. Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir. Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Atom (dəqiqləşdirmə)
Atom — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan. Atom (format) — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı. Atom (çip üzərində sistem) — çip üzərində sistem. Atom (mətn redaktoru) — mətn redaktoru.
Atom orbitalı
Atom orbitalı (elektron orbitalı) — verilmiş atom üçün Şrödinger tənliyinin həlli ilə alınan bir elektron dalğa funksiyası ψ {\displaystyle \psi } ; əsas orbital və maqnit - kvant m {\displaystyle m} ədədləri ilə verilir. n {\displaystyle n} əsas kvant ədədinin eyni dəyərinə malik atom orbitalları dəsti bir elektron qabığını təşkil edir. Hər bir kimyəvi elementin atomu bütün orbitalların tam dəstinə malikdir. Orbitallar elektronun üzərində olub-olmamasından asılı olmayaraq mövcuddur, onların elektronlarla doldurulması seriya nömrəsi, yəni nüvənin yükü və müvafiq olaraq elektronların sayı artdıqca baş verir.
Atom turizmi
Atom turizmi — mülki və hərbi məqsədlər üçün nüvə texnologiyaları ilə tanışlığa həsr olunmuş nisbətən yeni turizm növü. Nüvə silahı muzeylərinə və onların çatdırılma vasitələrinə, habelə nüvə silahlarının sınaq meydançalarına ziyarətlər daxildir.
Türkiyədə atom enerjisi
Türkiyədə nüvə energetikası - hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün planlaşdırılan sahə. Türkiyə Respublikasında nüvə sənayesinin inkişafı xronologiyası: 1955 — ABŞ-la Atom enerjisindən sülh məqsədi ilə istifadə anlaşmasının imzalanması. 1956 — Atom enerjisi Komisiyyasının işə başlaması. 1965 — Atom elektrik stansiyasının tikinti məsələləri ilə bağlı tədqiqatlara başlanılması. 1972 — Türkiyə Atom Enerjisi Departamentinin təsis olunması. 1974–1975 — İlk AES-nın yerinin müəyyən edilməsi ilə bağlı araşdırmaların aparılması. 1976 — Aralıq dənizi sahilində «Akkuyu» sahəsində AES tikintisi ilə bağlı lisenziyanın alınması. 1981 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq haqqında anlaşmanın imzalanması. 1977–2009 — Türkiyə Respublikasında dörd enerji blokunun tikintisi üçün tenderlərin keçirilməsi. Türkiyənin cənubunda, aralıq dənizi sahilində tikiləcək ilk atom elektrik stansiyası «Akkuyu AES»-dır.
Dalton atom modeli
Dalton atom modeli Con Daltonun 1805-ci ildə bugünkü atom modelinin əsasını qoyduğu modeldir. Çox mütənasiblik qanununu kəşf etdi. Daltonun atom nəzəriyyəsinə görə, elementlər kimyəvi cəhətdən bir-birinə eyni olan atomları ehtiva edir. Müxtəlif elementlərin atomları bir-birindən fərqlidir. Bu atom nəzəriyyəsinə görə, kimyəvi birləşmə iki və ya daha çox elementin sadə nisbətdə birləşməsi nəticəsində əmələ gəlir. Dalton kimyəvi reaksiyalara girən maddələr arasındakı kütlə münasibətlərinə əsaslanaraq atomların nisbi kütlələrini də tapdı. Müasir atom nəzəriyyəsi Dalton nəzəriyyəsinə əsaslanır, lakin bəzi hissələr dəyişdirilib. Atomun parçalandığını və elementlərin eyni atomlardan deyil, izotopların qarışığından ibarət olduğunu bilirik. Daltonun atom nəzəriyyəsi kimyəvi reaksiyaları izah etməkdə, maddəni başa düşməkdə və atomun əsas xüsusiyyətlərini açmaqda böyük faydalar təmin etmişdir. Bu səbəbdən ilk elmi atom nəzəriyyəsi hesab olunur.
Ruterford atom modeli
Rezerfordun atom modeli — 1911-ci ildə Ernest Rezerford tərəfindən irəli sürülmüş fiziki model.+2 yüklü alfa zərrəcikləri (+2) qızıl təbəqənin üzərinə, arxasına film çəkilmiş şəkildə yerləşdirilir. H e + 2 {\displaystyle He^{+2}} ) və şüaların lövhəyə dəydikdən sonra yolları çəkilir. Rezerford öz təcrübəsi ilə atomun diametrini çox kiçik bir sapma ilə hesabladı (22 min alfa hissəciklərindən biri kənara çıxdı).) Kənarlaşmanın səbəbi çox güman ki, o zaman daha həssas ölçmə metodunun mövcud olmamasıdır.Rezerfordun atom modeli Günəş sisteminə bənzədilir. Plakaya göndərilən şüaların çoxu birbaşa boşqabdan keçirdi. Onun protonlarla dolu bir nüvəsi var və onun ətrafında fırlanan elektronlar planetlərə bənzədilir. Təcrübə nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir: Atomda böyük dəliklər var. Şüaların kiçik bir hissəsinin sındığı, çox kiçik hissəsinin isə əks olunduğu müşahidə edilmişdir . Buradan aşağıdakılar öyrənildi: atomdakı + (müsbət) yüklər nüvə adlanan kiçik həcmdə toplanır. O, atom kütləsinin böyük hissəsinin nüvədə cəmləşdiyini bildirdi. Atomda nüvənin ətrafında müsbət yüklü hissəciklər qədər elektron var və elektronlar atom həcminin böyük hissəsini tutur.
Tomson atom modeli
Atomun Tomson modeli atomun quruluşunu təsvir edən bir neçə elmi modeldən biridir. Bu, katod şüalarının təbiətini anlamağa çalışan ingilis fiziki Cozef Con Tomson tərəfindən 1904-cü ildə, atomun nüvəsinin kəşfindən əvvəl, elektronları hissəciklər kimi müəyyən etdikdən qısa müddət sonra təklif edilmişdir. Üzüm tortu modeli olaraq da bilinən bu model mənfi yüklü hissəciklərin atomdakı yerini və atomların neytrallığını açıqlayır: Modelə görə mənfi yüklü elektronlar, üzüm kimi atomdakı müsbət yüklü bir cisim içərisində homojen şəkildə paylanır. bir tortda.
Atom (format)
Atom — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı: veb-saytlarda resursların və onların nəşri üçün protokolun təsviri üçün format. Atom formatının sindikasiyası XML formatına əsaslanmışdır və veb-resurs dəstlərini təsvir etməyə imkan verir (məsələn, xəbər lentləri, bloqdakı məqalələr). Bu formatdan sonra RSS formatıda bu funksiyaları daha təkmil yerinə yetirir. Format RFC 4287-də təsvir edilmişdir və indi bir çox layihələrdə Google şirkəti tərəfindən fəal dəstəklənir.
Atom Bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Atom Qarışqa
Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi film obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır. Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan super qəhrəman qarışqadır. Əsas qabiliyyətləri uçmaq, süper sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa" onun şüarıdır. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir. Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar. Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Vəhşi Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s.
Atom fizikası
Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyəcanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir. Buna görə də müasir atom fizikasına atomun quruluşunu öyrənən nəzəriyyələr, kimyəvi birləşmələrdə və kristallarda atomların qarşılıqlı təsirini, eləcədə atomun optik və rentgen şüalanma spektrlərini öyrənən fizika bölmələri də daxildir. Atom fizikası XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Lakin atomun varlığı və onun bölünməz olması haqqında ilk fikirlər Demokrit və Epikürə məxsusdur. XVII əsrdə fransız filosofu P. Qassendi və ingilis kimyaçısı Robert Boyl bu fikri yenidən söyləmişlər. Kimyanın inkişafı ilə əlaqədar C. Dalton atomlarda həndəsi nisbətlər qanunu kəşf etdi. A. Avoqadro və S. Kannitsaro atomla molekul arasındakı fərqləri tapmışlar. XIX əsrin sonlarında atomların optik xassələrinin öyrənilməsinə başlanması ilə atom fizikasının əsası qoyuldu. Hər bir atomun xarakterik optik spektrə malik olması məlum olduqdan sonra onların qruplaşdırmağın mümkünlüyü başa düşüldü.
Atom gəmisi
Atom gəmisi - nüvə-güc qurğusu ilə işləyən gəmilərin ümumi adı. Müxtəlif təyinatlı mülki və hərbi Atom gəmiləri (buzqıran gəmi, tanker, sualtı gəmi, aviasiya gəmisi və s.) olur. Güc qurğuları üzvi yanacaqla işləyən gəmilər ilə müqayisədə atom gəmiləri əlahiddə üzmə və yüksək gediş sürətini uzun müddət saxlama qabiliyyətinə malikdir. İlk dəfə 1950-ci ildə sualtı gəmini nüvə energetika qurğusu ilə təchiz etməklə yüksək taktiki-texniki göstəricilərə (suyun altında 80 km/saat sürətlə hərəkət, 1000 m-ədək dalma dərinliyi, suyun, o cümlədən buzun altında limanlara çıxmadan uzaq ölkələrə üzmə qabiliyyəti) nail olundu. Güc qurğusuna istilik neytronları, yaxud cəld neytronlarla işləyən nüvə reaktoru, reaktorda hasil olunan istiliyi mexaniki və ya elektrik enerjisinə çevirən buxar, yaxud qaz turbinli enerji qurğusu daxildir. Avar vintləri turbinlə, yaxud da elektrik mühərriki ilə hərəkətə gətirilir. Atom gəmisinin nüvə-energetika qurğusu adi atom-elektrik stansiyası kimi bir, iki və üç konturlu istilik sxemi ilə işləyə bilər. İstilikdaşıyıcı və işlək cism kimi su, su buxarı, qaz, maye metallar və üzvi maddələr tətbiq edilir. Nüvə-güc qurğusu ilə buzqıran gəmilər, yük, yük-sərnişin gəmiləri, konteyner daşıyan gəmilər, sualtı gəmilər, yedək və elmi tədqiqat gəmiləri təchiz olunur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atom saatı
Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Atom spektrləri
Atom vaxtı
Atom vaxtı — Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqliyə malik zaman standartıdır. Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır. Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Atom (mətn redaktoru)
Atom — Mac OS, Linux və Microsoft Windows üçün yazılmış, pulsuz və açıq kod mətn və kod redaktorudur. Atom inteqrasiya olunmuş proqramlaşdırma mühiti kimi də istifadə oluna bilər. Atomu istifadə edən proqramçılar, onu "21-ci əsrin dəyişdirilə bilən (hackable) redaktoru" adlandırırlar.
Atom Elektrik Stansiyası
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Atom bombası ədəbiyyatı
Atom bombası ədəbiyyatı (原爆文学, Qenbaku bunqaku) – Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazıları əhatə edən yapon ədəbi janrı. Termin 1960-cı illərdə ortaya çıxmışdır. Postmüharibə dövrünün ilk illərində istifadə olunan hibakuşa ədəbiyyatı (被爆者文学, hibakuşa bunqaku) termini isə atom bombası qurbanları haqqında yazıları əhatə edən yapon ədəbi janrıdır. Atom bombası ədəbiyyatının ilk ədəbi nümunələri əsasən avtobioqrafik xüsusiyyətlər daşıyırdı və gündəlik, jurnalist hesabatı, esse, tarixi sənəd kimi formaları özündə birləşdirirdi. Janrın ilk ədəbi nümayəndələri şəhərə daxil olduqdan sonra şahid olduqlarını oxuculara çatdırmaq istəyirdilər. 1953-cü ildə Yamaşiro Tomoe tərəfindən yazılmış "Atom bombasından sağ qurtulmaq: Atom bombası qurbanlarının memuarları" əsəri 23 qurbanın hekayəsini birləşdirirdi. Oxşar tərzdə tərtib olunmuş "Naqasaki şahidliyi" əsəri isə 1969–1978-ci illərdə nəşr olunmuşdur. Birinci şəxsin təkindən nəql olunan esse və hekayələr isə əvvəl yazıçı olmayan hibakuşalar tərəfindən yazılırdı. Kyoko Hayaşi, Tamiki Hara, Yoko Ota və Sadako Kurihara kimi hibakuşaların əsərləri ilk belə əsərlərə nümunədir. Hibakuşa şairləri isə hayku, çoka, vaka formalarının kiçik strukturlarından istifadə edərək atom bombası poeziyasına töhfələr vermişdilər.
Atom kristal qəfəsi
Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Atom sualtı qayığı
Atom sualtı qayığı (ing. Nuclear submarine; rus. Атомная подводная лодка) — Nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıq tipi. Atom sualtı qayıqları digər sinif sualtı qayıqlara nəzərən daha çox üstünlüklərə malikdirlər. Bu üstünlüklərdən ən önəmlisi oksigendən asılı olmadığı üçün uzun müddət suyun səthinə çıxmadan hərəkət edə bilməsidir. Digər sinif sualtı qayıqlar oksigendən aslı olduğundan tez-tez suyun üzərinə çıxmaq məcburiyyətində qalırlar. Atom sualtı qayıqları sürət baxımından da digər tipli qayıqlardan fərqlənir. İlk atom sualtı qayığı USS Nautilus (SSN-571) olmuşdur. Yeni nəsil atom sualtı qayıqları 25 il ərzində yenidən yüklənmə olmadan hərəkət etmə imkanına malikdir. Ənənəvi sualtı qayıqlarda enerjini akümlyatorda saxlanılır və istifadəsi məhdud səviyyədə olur, atom sualtı qayıqlarında isə belə bir problem yoxdur.
Azərbaycanda atom enerjisi
Azərbaycanda nüvə energetikası — Azərbaycan Respublikasında hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün uzaq gələcəkdə planlaşdırılan sahə. Azərbaycanda nüvə energetikasından elektrik enerjisinin alınması məqsədilə istifadə ideyası XX əsrin 70-ci illərin ortalarına aiddir. 1980-ci ildə isə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai yaşayış məntəqəsi yaxınlığında layihə gücü, təxminən, 1000 MVt olan AES tikintisinin təməlinin qoyulması həyata keçirilib. Yerin seçilməsi müxtəlif faktorlardan irəli gəlmişdir. Belə ki, bu regionunun sənaye potensialının genişləndirilməsi planları və sovet alimlərinin hesablamalarına görə seysmik cəhətdən əlverişli zona olmasından irəli gəlmişdir. Ancaq bu layihənin reallaşdırılması bir qədər ləngimiş və Çernobıl faciəsindən sonra isə tamamən imtina edilmişdir. Azərbaycanda atom enerjisindən istifadə məqsədilə 8 may 2014-cü ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Mərkəzin təşkilində əsas məqsəd atomdan elektrik enerjisinin alınması deyil həm də, onun sənaye, kənd təsərrüfatı, səhiyyə və s tətbiqinə nail olmaq olur. Azərbaycan 2002-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv qəbul edilir. Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinə dair müraciət isə 2007-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən qəbul edilib.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
Adron atomu
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Avropa Atom Enerjisi Birliyi
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı. 1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar. Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir. 1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur.
Fukusima-1 Atom Elektrik Stansiyası
Martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub. Yaponiyanın baş naziri keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, "Fukusima Dayiçi" stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb. BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə 2011-ci il martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib.Hal-hazırda söz gedən yerdə zərərsizləşdirmə işləri aparılır.Buna bənzər digər qəza Çernobıl qəzasıdır. Atom ətrafında olan hər şey atomlardan ibarətdir.
General Atomics MQ-1 Predator
General Atomics MQ-1 Predator əvvəllər ABŞ Hərbi Hava Qüvvələri və CIA tərəfindən istifadə edilmiş PUA. 1990-cı illərdə sadəcə olaraq müşahidə və önkəşfiyyat məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan MQ-1 Predator daha sonra yeni kameralar və döyüş raketləri ilə modifikasiya edilmişdir. 1995-ci ildən bu dövrə qədər Əfqanıstan, Pakistan, Bosniya, Serbiya, İraq və Yəməndə mübarizə aparmışdır. Vahidinin qiyməti 4.5 milyon olan bu PUA-lardan təxmini olaraq 360 ədəd istehsal edilmişdir.
General Atomics MQ-9 Reaper
MQ-9 Reaper (ilk adı RQ-9 Predator B) "General Atomics Aeronautical Systems" tərəfindən ABŞ Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Donanması və Kral Hərbi Hava Qüvvələri üçün yaradılmış PUA. MQ-9 ilk zərbəçi PUA-dır. MQ-9 Reaper PUA-nın turbopərvanə motoru saatda 250 knot sürət yığmasını və 40.000 feet hündürlüyə çıxmasını təmin edir. MQ-9 Reaper UAV-nin uçuş müddəti isə 20 saat təşkil edir. MQ-9 Reaper UAV 1.5 ton ağırlığında olan sursat daşımaq qabiliyyətinə malikdir. (Hellfire döyüş raketi və GBU-12 Lazer Başlıqlı Bombalar). General Atomics MQ-1 Predator PUA-larının baza modeli əsasında yaradılmış olan General Atomics MQ-9 Reaper PUA-larından hal-hazırda 104 ədəd istehsal edilmişdir.
Hiroşima və Naqasakinin atom bombalanmaları
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. Atom bombası böyük partlayışlara və onminlərcə insanın ölümünə səbəb olmuşdur 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Hiroşima və Naqasakinin atom bombardmanı
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. Atom bombası böyük partlayışlara və onminlərcə insanın ölümünə səbəb olmuşdur 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Metsamor Atom Elektrik Stansiyası
Metsamor Atom Elektrik Stansiyası (erm. Հայկական ատոմային էլեկտրակայան) və ya Ermənistan Atom Elektrik Stansiyası — Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 30 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhəddindən 17.5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən isə 75 km məsafədə yerləşir. Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı. 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır.
Beynəlxalq Atom Enerjisi Agentliyi
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
"Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı
"Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı (rus. Медаль «За заслуги в освоении атомной энергии») — Rusiya Federasiyasının nüvə sənayesində nailiyyətlərin tanınmasına yönəlmiş dövlət təltifidir . Rusiya nüvə sənayesinin 70 illiyi münasibətilə 16 mart 2015-ci il tarixli 133 nömrəli prezidentin fərmanı ilə təsis edilmişdir. Fərman ilə birlikdə həmçinin "Rusiya Federasiyasının nüvə sənayesinin əməkdar işçisi" adı da təsis edilib. "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı Rusiya Federasiyasının vətəndaşlarına nüvə enerjisinin tədqiqatı, inkişafı və istifadəsi sahəsində nailiyyətlərə, nüvə təhlükəsizliyinə və kadr hazırlığına töhfələrə və digər nailiyyətlərə görə verilir. Rusiyanın atom enerjisinin inkişafı, müdafiə qabiliyyəti, milli maraqları və beynəlxalq əməkdaşlıq. Xarici vətəndaşlar da Rusiya Federasiyasının nüvə sənayesinin inkişafına verdiyi töhfələrə görə medal ala bilərlər. Rusiya Federasiyasının üstünlüyü ordeni "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalının , "Dəmir yollarının inkişafına görə" medalından dərhal sonra digər medallarla birlikdə sol döşə taxılmasını diktə edir. "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı 32 millimetr diametrli gümüş üzlü dairəvi medaldır, həm üz, həm də arxa tərəfində qaldırılmış halqaları var. Üz tərəfində atomun simvolu, nüvə buzqıran gəmisi, nüvə sualtı qayığı və atom elektrik stansiyasının təsvirləri var.
Pax Atomica
Pax Atomica (Paks Atomika; hərf. Atom sülhü) — Soyuq müharibə zamanı Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasında böyük hərbi münaqişə olmadan şiddətli gərginlik dövrünü təsvir etmək üçün istifadə edilən terminlərdən biri. Termin bəzən İkinci Dünya müharibəsindən sonrakı bütün dövrləri, atom bombasından sonrakı dövrü təsvir etmək üçün də istifadə olunur. İfadənin yalnız Soyuq müharibə dövrünə aid olan daha dar mənalı tətbiqində bu ifadə iki fövqəldövlət arasında sabitliyin hər iki tərəfin qarşılıqlı təminatlı məhv (MAD) vəziyyətinə gətirib çıxaran böyük nüvə arsenalları ilə bağlı olduğu arqumentinə istinad edir. İfadənin daha geniş tətbiqində, bütün İkinci Dünya müharibəsindən sonrakı dövrə şamil edilən bu ifadə dünyanın bir neçə böyük dövlətinin nüvə silahına malik olmasının hər hansı bir dövlət arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün hərəkətə keçməyə meylli olduğuna dair arqumentə aid edilir.
Erodium atomarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Erodium cicutarium subsp. atomarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Atomostylis
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Kursk Atom Elektrik Stansiyası
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq. Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır. Stansiyada 5 mindən çox insan çalışır. 2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir. == Yerləşməsi == Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir. Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir. == Mədəniyyətdə == 2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Газета трудового коллектива Курской АЭС Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə