Avdıx

Qatıqdan hazırlanan sərinləşdirici içki adıdır. Qarabağ dialektində “ovdux” şəklində işlədilir. Adətən yay aylarında bu içki növündən istifadə edilir. Gəncə dialektində “avdıx” sözü “su ilə qatılmış qatıq, ayran” mənasında işlənir.- Pirinin canı avdıxdı, irəhmətdiyin oğlu yay günü avdıxsız piçin piçmək olar? (1, 16) “Avdıx” sözünün sonundakı “ıx” şəkilçisi ədəbi dilimizdəki -ıq, -ik, -uq, -ük şəkilçisinin dialekt və şivə variantı olub, əşya, obyekt, proses adı bildirən isimlər düzəldir. S. Altaylının “Azərbaycan türkcəsi sözlüyü”ndə bu söz “avdux” formasında “su qatılmış yoğurt, ayran” mənasında qeydə alınmışdır. (20, 2)
Avaca
Avırtmac