Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəzər ağdişi
Xəzər ağdişi (lat. Crocidura caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Azərbaycan və İran ərazilərində yayılmışdır. Daha çox Xəzər dənizinin sahil ərazilərində müşahidə edilir.
Ktulhunun çağırışı
"Ktulhunun çağırışı" (ing. The Call of Cthulhu) — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə. Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir. == Obrazlar == Corc Qemmel Encell (ing. George Gammell Angell) – protaqonistin babasının qardaşı. O, Ktulhu iblisanə kultu ilə əlaqədar olan qəribə hadisələri araşdırıb öyrənməyə başlayır. Corc Q. Encell sirli bir şəkildə vəfat edir.
Sistem çağırışı
Sistem çağırışı (ing. system call) və ya daha qısa şəkildə syscall — kompüter proqramının icra olunduğu əməliyyat sistemindən xidmət tələb etdiyi proqrammatik metod. Bura cihazla bağlı xidmətlər (məsələn, sərt disk drayverinə daxil olmaq və ya cihazın kamerasına daxil olmaq), yeni proseslərin yaradılması və icrası, prosesin planlaşdırılması kimi inteqral nüvə xidmətləri ilə kommunikasiya daxil ola bilər. Sistem çağırışları proses və əməliyyat sistemi arasında mühüm interfeys təmin edir. Əksər sistemlərdə sistem çağırışları yalnız istifadəçi məkanındakı proseslərdən edilə bilər, bəzi sistemlərdə isə, məsələn, OS/360-da imtiyazlı sistem kodu da sistem çağırışları edir. == İmtiyazlar == Bəzi gömülü sistemlər istisna olmaqla, əksər müasir prosessorların arxitekturası təhlükəsizlik modelini ehtiva edir. Məsələn, mühafizə halqaları proqram təminatının icra oluna biləcəyi çoxsaylı imtiyaz səviyyələrini müəyyən edir. Proqram adətən öz ünvan fəzası ilə məhdudlaşır. Beləcə o digər işləyən proqramlara və ya əməliyyat sisteminin özünə daxil ola və ya dəyişdirə bilmir və adətən cihaz təminatına (məsələn kadr buferi və şəbəkə cihazları) birbaşa manipulyasiyanın qarşısı alınır. Bununla belə, bir çox proqramlar bu komponentlərə giriş tələb edir, ona görə də sistem çağırışları bu cür əməliyyatlar üçün dəqiq müəyyən edilmiş, təhlükəsiz tətbiqetmələri təmin etmək üçün əməliyyat sistemi tərəfindən əlçatan edilir.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. == Turşu yağışının ziyanları == === Suyun turşulaşması === 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. === Torpağın münbitliyinin azalması === Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Çağdaş Atan
Çağdaş Atan (29 fevral 1980, İzmir) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. == Karyera == === Klub karyerası === Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çempion olub. Daha sonra köhnə komandası "Altay"a qayıdıb, 2-ci Liqada çempion olub. Daha sonra iki mövsüm Super Liqada çıxış etdi. O, Altayda oynayan zaman top oğlana şillə vurduğu üçün idman ictimaiyyəti tərəfindən tez-tez tənqid olunurdu. 2003-04 mövsümündə "Dənizlispor" da oynayan Çağdaş buradakı çıxışına görə Türkiyə milli futbol komandasına çağırılıb. 2004-05 mövsümündən əvvəl 1 milyon dollara "Beşiktaş" a transfer olunub. Beşiktaş üçün ilk liqa oyununu 12 sentyabr 2004-cü ildə Sakaryaspor ilə matçda etdi , 15 may 2005-ci ildə İstanbulspor qarşısında ilk liqa qolunu vurdu. 8 aprel 2006-cı ildə " Malatyaspor" matçında azarkeşlərlə yaşadığı hadisələrə və oyundan sonra verdiyi açıqlamalara görə "Beşiktaş" rəhbərliyi tərəfindən 100 min TL cərimə edilmiş və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılmışdır.
Çağdaş çoxtanrılıq
Çağdaş çoxtanrılıq, müasir bütpərəstlik və ya neopaqanizm tarixi çoxtanrılı inanclarının, xüsusən də çağdaş Avropadan öncəki çoxtanrılı inancların davamı və ya onlardan irəli gəldiyini iddia edən müasir dini cərəyanlara verilən ümumi addır. Onların bir çox oxşaqları olsa da, çağdaş çoxtanrılı dinlər tək bir inanc, ibadət forması və ya qutsal yazı ətrafında toplaşmır. Çağdaş çoxtanrılıq tarixi təcrübə ilə çağdaş anlayış arasında sintez edilir, xristianlıq və islamdan öncəki folklor və etnoqrafik qaynaqlardan təsirlənir. Bir çoxları bu inancı tamamilə çağdaş anlayışla, bəziləri isə tarixi qaynaqlarda gördükləri kimi canlandırmaq istəyir. Ümumiyyətlə, politeizm, animizm və panteizm çoxtanrılı inancın ümumi elementləridir. Çoxtanrılı bayramlar arasında ən çox yayılmışları mövsümi festivallar və il dəyişimi. == İnanclar == Çoxtanrılı sözü bu gün də fərqli çoxtanrılı inancaları cəmləyir və başqa adlarla yeni inanclar yaradır. Çağdaş bütpərəstlər çoxlu tanrı varlığına inanır. Onlar həmçinin bir çox “aşağı səviyyəli” varlıqlara inanır. Bəziləri “uca varlığa ” inansalar da, ona insani keyfiyyətlər aid etmirlər.
Çiçək Yağışı (1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Çağdaş İslam fəlsəfəsi
Çağdaş İslam Fəlsəfəsi — Çağdaş İslam fəlsəfəsi orta əsr İslam fəlsəfəsinin bəzi məsələlərini canlandırır. Bunlara xüsusilə elm və hüquqda mötəzilə və əşərilərin əxlaq baxışları arasındakı gərginliyi, müsəlmanların vəzifəsi və İslamın bilik sosiologiyasında və etik kodların və hüquqi kodların formalaşmasında, xüsusilə fiqh (yaxud “İslam hüququ”) və cihad (yaxud “ədalətli müharibə”) qaydaları və başqalarını örnək vermək olar. == Müasir İslam fəlsəfəsindəki önəmli şəxsiyyətlər == Fərqli regionlardan olub məşhur axınları təmsil edən fiqurlar: === Cənubi Asiya === Məhəmməd İqbal ― sosial ədalət ideallarına əsaslanan İslami oyanışa can atır və ənənəvi qaydaları təviq edirdi (məsələn, sələmçiliyə qarşı). O, qəti şəkildə iddia edirdi ki, ilk İslamda və xüsusən də Məhəmmədin özü tərəfindən dərindən rədd edilən dogma, millətçilik və açıq irqçilik müsəlmanları bir-birinə qarşı döyüşən qruplara parçalayır, materializm və nihilizmi təşviq edir. Onun düşüncələri milli şair kimi hörmət gördüyü Pakistanda azadlıq hərəkatının ortaya çıxmasında təsirli olmuşdur. Onun İslam anlayışı həmçinin dolayı yollarla Malkolm X və digər İslamın beş əsasına dayanan global etika axtarışında olan fiqurlara da təsir etmişdir.İqbalın fəlsəfi düşüncəsi əsasən yazarın 1934-cü ildə nəşr edilən "İslamda dini düşüncənin yenidən inşası" əsərində öz əksini tapmışdır.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsi Abdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Çiçək yağışı (film, 1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan Milli Məclisinin III çağırışı
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.
Azərbaycan Milli Məclisinin II çağırışı
Azərbaycan Milli Məclisin II çağırış deputatları — 2000-ci il noyabrın 5-də baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 77 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. II çağırış Milli Məclisdə AXCP 7 nəfərlə, VHP 3 nəfərlə, AMİP, AVP, MÜSAVAT və AzKP 2 nəfərlə, ANAP, ASRP və AYP isə 1 nəfərlə təmsil olundu. 26 nəfər bitərəf idi. II çağırış Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədrin müavinləri isə Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva idi. Milli Məclisin II çağırış deputatları sırasında ən yaşlısı 1925-ci il təvəllüdlü Bəxtiyar Vahabzadə, ən gənci isə 1974-cü il təvəllüdlü Gültəkin Hacıbəyli idi.
Azərbaycan Milli Məclisinin IV çağırışı
Azərbaycan Milli Məclisin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. IV çağırış Milli Məclisdə Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Ümid Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.
Azərbaycan Milli Məclisinin I çağırışı
Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilərəsasında formalaşdırılan Azərbaycan Milli Məclisi. == Haqqında == Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı. 11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir. Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər. Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir. 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.
Azərbaycan Milli Məclisinin VI çağırışı
Azərbaycan Milli Məclisin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimli və YAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu. Milli Məclisin VI çağırış deputatları sırasında ən yaşlısı 1938-ci il təvəllüdlü Fəttah Heydərov, ən gənci isə 1993-cü il təvəllüdlü Səbinə Xasayeva idi.
Azərbaycan Milli Məclisinin V çağırışı
Azərbaycan Milli Məclisin V çağırış deputatları — 2015-ci il noyabrın 1-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 72 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. V çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. V çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin V çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1986-cı il təvəllüdlü Şahin İsmayılov idi. == Milli Məclisdə təmsil olunan partiyalar == == Milli Məclisin V çağırış deputatları == == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səfa Mirzəyev, Azərbaycanın Milli Məclisi: Beşinci çağırış, Azərbaycan: Azərbaycan Milli Məclisinin mətbəəsi, 2016 == Xarici keçidlər == Vikianbarda Azərbaycan Milli Məclisinin V çağırış deputatları ilə əlaqəli mediafayllar var.
Borcun çağırışı 4: Müasir Müharibə
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.
Naxçıvan Ali Məclisinin III çağırışı
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının , 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin III çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırışı
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının , 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin II çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Naxçıvan Ali Məclisinin IV çağırışı
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur. 2010-cü ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu. IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırışı
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü və 2 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.
Naxçıvan Ali Məclisinin V çağırışı
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur. 2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu. V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
Adişi
Adişi — Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. == Toponimkası == Adişi Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. Əsli Edişə. Azərbaycanda Hadrut və Cəlilabad rayonlarında Edişə, Qars əyalətində Edişa kənd adları ilə mənşəcə eynidir. XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası vardı.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Əl-Məqdisi
əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (945, Qüds – 990, Qahirə) — ərəb coğrafiyaçısı və səyyahı. == Həyatı == Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6–89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur.
Azərbaycan tarixinin çağdaş problemləri (kitab)
Alazan vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Asiya camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Atrek vadisi
Atrek vadisi — İranın şimal-şərqində dərə. Atrek vadisi Xorasan bölgəsində yerləşir. Buradan Kopetdağ silsiləsini iki hissəyə ayıran Atrek çayı keçir. Burada yerləşən əsas şəhər Kuçandır. Əsrlər boyu vadinin xüsusi coğrafi mövqeyi onu mədəni mübadilələrin qovşağına çevirmişdir. İslam dövrünün ilk illərində yaxınlıqdakı şəhərlər üçün əkinçilik rolunu oynadığı güman edilir.
Azərbaycan camışı
Azərbaycan camışı və ya Qafqaz camışı — Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda ərazisində camışlar olduqca azlıq təşkil edir. Sovet dönəmində Cənubi Qafqaz camışları müstəqil cins kimi qəbul edilərək "Qafqaz camış cinsi" adlandırmışlar. Camışların çox hissəsinin Azərbaycan Respublikasında olduğunu nəzərə alaraq Azərbaycan alimləri Cənubi Qafqazda olan bütün camışları "Azərbaycan camış cinsi" adlandırmışlar. Bu 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təstiqlənmişdir. Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkənin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusi ilə Kür, Araz qırağı, Qazax-Qarabağ düzlərində yetişdirilmişdir. Bu canlıların yemə az tələbkar olması və düzənin isti, subasar əraziləri camışların yetişdirilməsinə imkan verir. Xüsusi ilə qamışlarla qidalanırlar.
Ağrı vadisi
Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir. Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Biqa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Dikmən vadisi
Dikmən vadisi (türk. Dikmen Vadisi) — Ankaranın Çanqaya ilçəsinə bağlı bir səmt olan Dikməndə yer alan park. İllərdir qaçaq və gecəqondu evlərə məruz qalan vadidə Şəhər Çevrilmə və İnkişaf Layihəsi adı altında bir abadlıq və bərpa işləri başlandı. Bu mərhələlərdə tikililər sökülmüş və dərə və ətrafı yenidən qurulmuşdur. Bu gün Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı bir park olaraq xidmət edən vadidə idman və gəzinti sahələri, kafe, bəzək hovuzları və uşaq meydançaları var. == Tarixçə == 90-cı illərə qədər olduqca baxımsız şəkildə qalan və şəhərləşmənin üstünlük təşkil etdiyi vadidə 1989-cu ildə şəhər çevrilmə planının həyata keçirilməsi qərara alındı. Şəhər Çevrilmə və İnkişaf Layihəsi adlanan bu layihə, eyni zamanda ölkənin gecəqondu bölgələri üçün hazırlanan ilk şəhər çevrilmə layihəsidir. Bu çərçivədə ilk araşdırmalar eyni ildə başladı və 1994-cü ildə layihənin ilk mərhələsi başa çatdı. 2002 və 2009-cu ildə üçüncü mərhələsi uğurla başa çatan layihə hələ də layihənin dördüncü və beşinci mərhələlərində davam edir. == Xüsusiyyətlər == Hal-hazırda iki mərhələdən ibarət olan dərə təxminən 378.000 m²-lik ərazidə qurulub.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Hindistan camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Hitan vadisi
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır. == Tarix == Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir. Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür.
Azərbaycan SSR Ali Sovetinin IX çağırışı
Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırışı 1975-ci ildən 1980-ci ilədək fəaliyyətdə olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1975-ci il iyunun 15-də keçirilmişdir (təkrar seçkiləri — 1976-cı il iyulun 4-də). Ali Sovetə cəmi 400 deputat seçilmişdir. Deputatların 151 nəfəri qadın idi ki, bu da əvvəlki çağırışda olduğundan 9 nəfər artıq olmuşdur. 277 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 123 deputat bitərəf idi. Deputatların tərkibində 201 fəhlə və kolxozçu var idi ki, bu da ümumi tərkibin 50 faizindən çoxunu təşkil etmiş, 87 deputat partiya, həmkarlar ittifaqları və komsomol orqanlarının işçisi, 53 deputat sovet idarələrinin işçisi, 10 deputat Sovet Ordusunun və Hərbi-Dəniz Donanmasının hərbi qulluqçusu olmuşdur. 345 deputatın ali və orta təhsili var, 40 deputat elmlər doktoru və elmlər namizədidir. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi aşağıdakı rəqəmlərlə ifadə olunur: 89 deputatın və ya deputatların 22,3 faizinin yaşı 30-dək, 223 deputatın və ya deputatların 55,75 faizinin yaşı 31-dən 50-dək, 56 deputatın və ya deputatların 14,05 faizinin yaşı 51-dən 60-dəkdir, 32 deputatın və ya deputatların 8 faizinin yaşı 60-dan yuxarıdır. Azərbaycan SSR Ali Sovetinin 300 deputatı SSRİ ordenləri və medalları ilə təltif olunmuşdur. 14 deputat Sosialist Əməyi Qəhrəmanıdır.
Azərbaycan SSR Ali Sovetinin VIII çağırışı
Azərbaycan SSR Ali Sovetinin səkkizinci çağırışı 1971-ci ildən 1974-cü ilədək fəaliyyət göstərmişdir. Səkkizinci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1971-ci il iyunun 13-də keçirilmişdir. Ali Sovetə cəmi 385 deputat seçilmişdir. Deputatların 142 nəfəri qadındır ki, bu da əvvəlki çağırışdan 19 nəfər artıq idi. 269 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 116 deputat isə bitərəf olmuşdur. Deputatların tərkibində 193 fəhlə və kolxozçu olmuşdur ki, bu da ümumi tərkibin 50 faizindən çoxunu təşkil etmiş, 87 deputat partiya orqanlarının, 55 deputat sovet idarələrinin işçisi, 15 deputat isə elm və mədəniyyət xadimi olmuşdur. 203 deputat ali və natamam ali təhsilli, 178 deputat orta, natamam orta və ya orta ixtisas təhsilli, 40 deputat isə elmlər doktoru və elmlər namizədi olmuşdur. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi aşağıdakı rəqəmlərlə ifadə olunur: 57 deputatın yəni deputatların 15 faizinin yaşı 30-dək, 105 deputatın yəni deputatların 28 faizinin yaşı 31-dən 40-dək, 152 deputatın yəni deputatların 39 faizinin yaşı 41-dən 50-dək, 54 deputatın yəni deputatların 14 faizinin yaşı 51-dən 60-dəkdir, 17 deputatın yəni deputatların 4 faizinin yaşı 60-dan yuxarıdır. Azərbaycan SSR Ali Sovetinin 291 deputatı SSRİ ordenləri və medalları ilə təltif edilmişdir. 2 deputat Sovet İttifaqı Qəhrəmanı, 20 deputat Sosialist Əməyi Qəhrəmanı olmuşdur.