Çağdaş çoxtanrılıq
Çağdaş çoxtanrılıq, müasir bütpərəstlik və ya neopaqanizm tarixi çoxtanrılı inanclarının, xüsusən də çağdaş Avropadan öncəki çoxtanrılı inancların davamı və ya onlardan irəli gəldiyini iddia edən müasir dini cərəyanlara verilən ümumi addır. Onların bir çox oxşaqları olsa da, çağdaş çoxtanrılı dinlər tək bir inanc, ibadət forması və ya qutsal yazı ətrafında toplaşmır.
Çağdaş çoxtanrılıq tarixi təcrübə ilə çağdaş anlayış arasında sintez edilir, xristianlıq və islamdan öncəki folklor və etnoqrafik qaynaqlardan təsirlənir. Bir çoxları bu inancı tamamilə çağdaş anlayışla, bəziləri isə tarixi qaynaqlarda gördükləri kimi canlandırmaq istəyir. Ümumiyyətlə, politeizm, animizm və panteizm çoxtanrılı inancın ümumi elementləridir. Çoxtanrılı bayramlar arasında ən çox yayılmışları mövsümi festivallar və il dəyişimi.
Çoxtanrılı sözü bu gün də fərqli çoxtanrılı inancaları cəmləyir və başqa adlarla yeni inanclar yaradır. Çağdaş bütpərəstlər çoxlu tanrı varlığına inanır. Onlar həmçinin bir çox “aşağı səviyyəli” varlıqlara inanır. Bəziləri “uca varlığa ” inansalar da, ona insani keyfiyyətlər aid etmirlər.