Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. Albomun üz qabığında döşəmədə əyləşən qadın kimi bəzənmiş kişi şəkli yer alıb. Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Çalgər (Ərdəbil)
Çalgər — İranın Ərdəbil ostanında kənd. Xalxal şəhristanının Mərkəzi bölgəsində, Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 11 km qərbdədir.
Çərgər (Zəncan)
Çərgər (Əbhər)
Çərgər (fars. چرگر‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 34 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 853 nəfər yaşayır (238 ailə).
Cadugər
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Cadugər (dəqiqləşdirmə)
Cadugər
Pavetta (Cadugər)
Pavetta (pol. Pavetta) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra şahzadəsi. Kraliça Kalantenin qızı və Sirinin anasıdır. Pavetta Kral Ryöqner və kraliça Kalantenin yeganə övladıdır. Atası hələ uşaq doğulmazdan əvvəl onu, Erlenvaldlı cəngavər Yoja verməyə and içmişdi. Sonradan Yoj Nilfqaard taxtının varisi olur. Pavettanın on beş yaşı tamam olduqda Kalante vəfat etmiş ərinin sözünü yerinə yetirməli olur. Yoja ərə gedən Pavetta qız uşağı dünyaya gətirir və onu Sirilla adlandırırlar. Bir neçə il sonra gəmi qızası zamanı Pavetta vəfat edir. Sonradan bəlli olur ki, Pavetta Böyük qanın daşıyıcısı imiş və onun vasitəsiylə həmin qan qızına keçmişdir.
Qırmızı cadugər
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Caqqer Stefens
Caqqer Stefens (d. 12 may 1998) — Quamlı üzgüçü. Caqqer Stefens Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Caqqer Stefens birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.35 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Howard Carter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Jaeger-LeCoultre
Jaeger-LeCoultre — İsveçrə lüks saatlarının istehsalçısı. == Tarixi == 19-cu əsrin birinci yarısında əsası qoyulan Jaeger-LeCoultre fabriki Le Sentierdə (Vo Kantonu, İsveçrə) yerləşir. Şirkətin yüzlərlə ixtiraları və mindən çox markalı kalibrləri, o cümlədən dünyanın ən kiçik mexanizmi, dünyanın ən mürəkkəb qol saatı və demək olar ki, fasiləsiz hərəkətlə təchiz olunmuş saatları var. Jaeger-LeCoultre bu günə qədər səkkiz saat kolleksiyasına sahibdir və dənizin mühafizəsi, motorsport və polo kimi sahələrdə əməkdaşlıq edir. 2000-ci ildən şirkət dəbdəbəli mallar bazarında fəaliyyət göstərən İsveçrənin Richemont konqlomeratının 100% törəmə şirkətidir.
Mik Caqqer
Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti. Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək.
Çarter uçuşu
Çarter (ing. charter – gəmini və ya təyyarəni icarə etmək) – hava nəqliyyat vasitələrinin fraxtedilmə müqaviləsi, hava gəmilərinin bütün tutumunun və ya hissəsinin fraxt edilməsini nəzərdə tutur. Bir reys üçün nəqliyyat vasitəsinin gəmi, təyyarə və sair, sahibi ilə icarəçi (kirayəçi) arasında bağlanan saziş.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
Cowboy Carter
"Cowboy Carter" (həmçinin "Act II: Cowboy Carter" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 mart 2024-cü ildə Parkwood və Columbianın iştirakı ilə çıxarılmış səkkizinci studiya albomudur.
Cadugər (romanlar seriyası)
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Cadugər (teleserial, 2019)
Cadugər (ing. The Witcher) — Andjey Sapkovskinin "Cadugər" romanlar seriyası əsasında Netflix şirkətinin sifarişi ilə çəkilən və 2019-cu ildə yayıma çıxarılan ABŞ fentezi-dram teleserialıdır.Serialın 2-ci sezonunun 2021-ci ildə yayına çıxarılması gözlənilir. == Məzmunu == Cadugər Riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır. == İstehsalı == 2017-ci ilin mayında Netflix, Polşa yazıçısı Andjey Sapkovskinin “Cadugər” romanlar seriyasının ingilis dilində serial adaptasiyasının istehsal ediləcəyini bildirir. İstehsalat işləri ilə Sean Daniel Company və Platige Image məşğul olur. 2017-ci ilin dekabrında Loren Şmidt Hissrixin serialın şouranneri olacağı bildirilir. 2018-ci ilin yanvarında pilot seriyasının ssenarisinin tamamlandığı elan edilir. 2018-ci ilin aprelində məlum olur ki, birinci mövsüm səkkiz seriyadan ibarət olacaq və çəkilişlər Mərkəzi Avropada aparılacaq. Birinci mövsümün çəkilişləri 31 oktyabr 2018-ci ildə Macarıstanda başlayır. 2019-cu ilin martında çəkilişlər Kanar adaları arxipelağına daxil olan Qran-Kanariya, Palma və Qomera adalarında çəkilişlər davam etdirilir.
Qırmızı cadugər (personaj)
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Salem cadugər məhkəmələri
1692-ci ildə Massaçusetsdə Salem kəndinin bir dəstə qızı, bir qərbli hindu qulun danışdığı nağılları dinlədikdən sonra, çox qəribə qıcolmaya məruz qaldı. Bunun səbəblərini soruşduqda, qızlar onlara əzab verən və cadugər olan bir neçə qadını təqsirləndirdilər. Şəhər əhalisi dəhşətə gəldi, lakin təəccüb etmədi. Çünki, Amerika və Avropada 17-ci əsr boyu cadugərliyə inam çox geniş yayılmışdı. Amerika tarixində əlahiddə bir hadisə olsa da, sonralar baş verən əhvalat Yeni İngiltərə puritan ictimai və psixoloji dünyasına canlı bir pəncərə açır. Şəhər rəsmi dairələri məhkəmələr dəvət etdilər ki, cadugərliklə bağlı məsələlər müzakirə olunsun və təcili şəkildə kiçik mehmanxana sahibi Bricid Bişopu ittiham edərək, edam etdilər. Bir ay ərzində daha başqa beş qadın ittiham edildi və asıldı. Buna baxmayaraq, isteriya inkişaf etdi. Bunun da ən əsas səbəbi o idi ki, məhkəmə icazə verirdi ki, şahidlər ittiham olunanları ruhlar və ya kabus kimi gördüklərini təsdiq etsinlər. Öz təbiəti etibarilə, bu cür "qeyri-real şahidlik" xüsusilə dəhşətli idi, çünki bu nə yoxlanıla bilərdi, nə də obyektiv yoxlama üçün əsas ola bilərdi.
Təcrübəsiz cadugər (teleserial, 2006)
Təcrübəsiz Cadugər (türk. Acemi Cadı) – 2006-cı il Türkiyə istehsalı olan fantastika, ailə və komediya janrlı teleserialdır. Əvvəlcə Kanal D kanalında yayımlanmağa başlayan serial daha sonra Star TV kanalında yayımlanmağa başladı. Bu serial Archie Comics-in motivləri əsasında çəkilmiş 1996-cı il ABŞ istehsalı olan Sabrina: Yeniyetmə Cadugər serialının remeykidir. On altı yaşlı Ayşəgül Yıldız ad günündən sonra ata tərəfdən bütün ailəsinin cadugər olmasını öyrənir. iki bibisi ilə yaşayan qız bundan sonra qüvvələrini düzgün idarə etməyi öyrənməyə çalışır. Bu işdə ona bibiləri yaxından köməklik göstərirlər. Eyni zamanda o yeni məktəbə keçir və burada yeni dostlar qazanmaqla yanaşı həmçinin də Səlim adlı oğlanlada qarşılıqlı olaraq maraqlanır. Lakin varlı və ərköyün olan Tuçənin də Səlimdən xoşu gəlir və buna görədə Ayşəgülə hər cür maneə olmağa çalışır. İyirmi yaşı olana qədər sehrli qüvvələrində daima istifadə edəbilmək üçün imtahanlar verən Ayşəgül həyatında olan hər bir şeyə indi vaxt ayırmağa və heç nəyi qarışdırıb korlamamağa çalışır.
Balaca cadugər Sabrina (film, 1996)
Balaca cadugər Sabrina (ing. Sabrina the Teenage Witch) — Archie Comics-in eyniadlı komiksinə əsaslanan 1996-cı il istehsalı ABŞ telefilmi. == Mövzu == Filmin baş rolunda xalaları ilə birlikdə yaşayan qız Sabrina Soyer yer alır. Sabrina 16 yaşında cadugər olduğunu öyrənir.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Hansel və Qretel: Cadugər ovçuları (film, 2013)
"Hansel və Qrethel: Cadugər ovçuları" — ABŞ filmi. Ssenari müəllifi və rejissoru Tommi Virkola olan 2013-cü ildə çəkilmiş Amerika və Almaniya istehsalı olan əkşn-qorxu janırında filmdir. Bu film Alman folklorunun sehirli nağıllarından olan "Hansel və Gretel" nağılı əsasında çəkilmişdir. Filmdə Ceremi Renner, Cemma Arterton, Famke Cansen, Piter Stormare, Tomas Mann və Derek Mirs kimi məşhurlar çəkilib.