Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarvadarların izi ilə (film, 1974)
Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırlarla, saldıqları izlərlə gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin sınağından məharətlə çıxan, uzaq-uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaq, mühafizə etməkdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Kinopovest dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri üzrə çəkilmişdir. Lahıcda maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Atı idarə edənlərə də çarvadar deyilir. Filmin adı da elə buradan gəlib. Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Əli Qafarov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Əsəd Əsədov Şəfiqə Məmmədova — Səriyyə Muxtar Maniyev — Həsən Həsənağa Turabov — Adil Məmmədrza Şeyxzamanov — Əli kişi Leyla Bədirbəyli — Məfruzə Sadıq Hüseynov — Mahmud kişi Səməndər Rzayev — Səməndər Əbdül Mahmudov — Qərib Sədaqət Dadaşova — Əminə Vəfa İsmayılova — Mələknisə Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Çarvadarların İzi İlə (1974)

Çarvadarlıq
Çarvadarlıq - yük daşınması. Əsasən qatır, at və dəvə vasitəsilə tacirlərin mallarının daşınması ilə məşğul olan peşə. Buxarlı nəqliyyat vasitələrərinin geniş yayılmasından əvvəl Azərbaycanda və eləcə də Şərqin bir çox ölkələrində geniş yayılmış yük daşıması peşəsi. Çarvadar bu işlə məşğul olan adam.
Çarmadaş (Hurand)
Çarmadaş (fars. چرمه داش‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Çavdar tatarları
Çavdar tatarları — monqol işğalları zamanı Anadoluya gəlmiş, adını son dəfə Ankara döyüşündə Teymurun tərəfinə keçməklə eşitdirmiş köçəri tayfa. Kökənləri haqqında tarixi qaynaqlar mübahisəlidir. Adlarını Alınaq Noyanın oğlu Çavdar bəydən aldıqları iddia edilir. Bu versiyaya görə, Çavdar tatarları keraitdir. Bir digər iddia isə adlarını 24 Oğuz boyundan biri olan Çavuldurlardan aldıqları və özlərini türkmən olduqlarıdır. İlk dinləri bilinməyir. Osmanlı ilə ilk qarşılaşdıqları və Germiyanoğulları daxilində olduqları zaman islam dininə artıq keçmişdilər. Çavdar tatarları Anadoluya monqol işğalı ilə gəlmiş, Ankara və Əskişəhər arasında köçəri həyat sürmüşlərdir. Keçimlərini heyvandarlıq və yağma ilə təmin etmişdirlər. Elxanlı hakimiyyətinin Anadoluda zəifləməsiylə bəyliklərə muzdlu əsgərlik etməyə başlamışlardır.
Məryəm Betül Çavdar
Məryəm Betül Çavdar (3 may 2000, Afyonkarahisar) — türk para-taekvondoçu. O, Yaponiyanın Tokio şəhərində keçirilmiş 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmiş və 49 kq çəki dərəcəsində gümüş medal qazanmışdır. Çavdar 2021-ci ildə İstanbulda keçirilən Taekvondo üzrə Dünya Çempionatında isə K44 kateqoriyasında yarışaraq 52 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar — rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları Boris Svetlov, Y.Buranovskaya, A.D.Panova-Potyomkina, S.Şoloxova, A.Verner və Q.Kramer ifa edirlər. == Məzmun == Film bir zadəgan ailəsinin həyatı haqqındadır. == Film haqqında == Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı", "Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında", "Arvadlar həmişə günahsızdırlar". Bunlar filmdə baş verən hadisələrin mənasını açır. == Film haqqında == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == Boris Svetlov Y.Buranovskaya A.D.Panova-Potyomkina S.Şoloxova A.Verner Q.Kramer == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916)

Cavadlar
Cavadlar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cavadlar kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Cavadlar Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir.
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir.