Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaynax
Vaynax (ansambl)
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Çatax
Çatax (Borçalı)
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Fevzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Fəvzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. == Həyatı == Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Vaynax (ansambl)
Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı. == Tarixi == Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar. Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlər və inquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur. N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı. === Bərpadan sonra === 1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi.
Vaynax (jurnal)
Vaynax — Çeçenistanın paytaxtı Qroznıda nəşr olunan aylıq ədəbiyyat və incəsənət dərgisi. 1991-ci ildən nəşr olunur. Əvvəlllər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. İlk baş redaktor şair Alvadi Şayxiyev olub. == Tarixi == Vaynax bədii-ədəbi jurnal 1991-ci ildən Qroznıda nəşr olunmağa başlamışdır. Jurnal aylıq dərc olunur. Onun səhifələrində ədəbiyyatla yanaşı incəsənətə də yer verilir. Dərgi yarandığı ilk dövrlər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. Jurnalın ilk baş redaktoru şair Alvadi Şayxiyev olub. Sonradan dərginin baş redaktorları Berdukayev, Xamzat Sarakayev, Ramzan Baysultanov olublar.
Vaynax dilləri
Vaynax dilləri - Çeçen və inquşlar tərəfindən Çeçenistan və İnquşetiyada və həmçinin, çeçenlərin yaşadığı digər bölgələrdə danışılan dillər. Gürcüstandakı batslarla birlikdə Nax-Dağıstan dillərinin Nax qolunu təşkil edirlər.
Yuxarı Çarbax
Yuxarı Çarbağ (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Yuxarı Çarbağ (Qəmərli) — Qəmərli rayonunda kənd. == Həmçinin bax == Aşağı Çarbax — Qəmərli rayonunda kənd.
Çarnal kərtənkələsi
Çarnal kərtənkələsi (lat. Darevskia dryada) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçüyə malik olan kərtənkələ olaraq 70 mm uzunluğa malikdir. Quyruğu iki dəfə uzundur. Boğaz nahiyəsində 23-27 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində isə 51-59 arasında dəyişir. Bədəninin yuxarı və quyruğunun qutaracağı ot-yaşılı (erkəklərdə), qəhvəyinin müxtəlif çalarlarında (dişilərdə) olur. Qarın nahiyəsi parlaq-sarı rəngə çalır. Üzərində qara və mavi nöqtələr vardır. == Yayılması == Acarıstanın cənub-qərbində, Türkiyənin şimal-şərq ərazilərində yayılmışdır.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Çaxmaq (Amasiya)
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. == Tarixi == Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər. Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür.
Çaxmaq (Xoy)
Çaxmaq (fars. چخماق‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 285 nəfər. yaşayır (54 ailə).
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xususi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
Axvax dili
Axvax dili — axvaxlarıın dili. Məişət dili kimi Dağıstanın Axvax və Şamil rayonlanın bəzi kəndlərində və Azərbaycanın Axvaxdərə kəndində yayılıb. Rusiyada axvax dilində danışanların sayı 210 nəfərdir (siyahıyalma, 2010). == Ədəbiyyat == Магомедбекова З. М. Ахвахский язык: Грамматический анализ, тексты, словарь. Тбилиси, Мецниереба, 1967, стр.255. Богуславская О. Ю. Ахвахский язык // Языки Российской Федерации и соседних государств: Энциклопедия. Т. 1, М., Наука, г. 2001, стр. 432. Алексеев М. Е. Ахвахский язык // Языки народов России.
Axvax rayonu
Axvax rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 291,1 km², inzibati mərkəzi Karata kəndidir.
Panax ginseng
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Panax pseudoginseng
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Yarımnövləri == P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Ajax capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.