ÇANAX

(Ağdam, Gədəbəy, Gəncə, Xanlar, Laçın, Naxçıvan, Şəki, Yevlax, Zəngilan)
1. saxsı kasa (Naxçıvan)
2. ölçü qabı (Ağdam, Gəncə). – Taxılı çanağınan ülçürəx’ (Xanlar); – Çanax aşağdan olur (Ağdam)
3. ölçü vahidi (Şərur, Zəngilan). – Bir çanax on girvənkədi (Zəngilan); – Maηa bir çanax taxıl ver (Gəncə); – Bir çanax üş put un girvənkədi (Şəki)
ÇA:N
ÇANAXYARAN
OBASTAN VİKİ
Çanaxbulaq
Çanaxbulaq (Ərdəbil) — Əli Tudə bu kənddəndir.
Çanaxbulaq (Yardımlı)
Çanaqbulaq — Azərbaycan Respublikasıın Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Çanaxçı
Kəndlər Çanaqçı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çanaqçı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Çanaqçı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Ağamalı) Çanaxçı (Vedibasar) — Ermənistanın Vedi rayonunda kənd.
Çanaxçı (Vedibasar)
Çanaxçı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 40 km məsafədə, Ördundərədə, Ördun çayının yuxarısında, İrəvanın 90 verstliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çanaxçı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 20.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetaşen qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 30 nəfər azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə İran və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir.
Çanaxçı çayı
Çanaxçı çayı (erm. Ալարեքս գետի (Alareks qeti)) — Ermənistanda çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Göyçəli çayıdır.
Çanaxır təpələri
Çanaxır təpələri — Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik dövrə aid arxeoloji abidə. == Tarixi == Xaçmaz rayonu Mehrəliqışlaq və Canaxır kəndləri yaxınlığında olan Çanaxır təpələri qədim yaşayış məskənidir. Çanaxır təpələri Ağçayın sahilində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan əvvəlki sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulması zamanı burada qadın skeletinin qalıqlarını tapılmışdır. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişlər. Bundan əlavə buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və perçimlər də tapılmışdır. Eyni zamanda kişi qəbrindən tapılmış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amuleti (zənciri dağılmış şəkildə) arxeoloqlar son tunc dövrünə aid etmişdir. Torpağın altından tapılmış abidələrə ölünün dəfni zamanı ayaq və baş tərəfi müxtəlif ölçülü və təyinatlı saxsı qabları (küp, cam, dopu, bardaqlar, qaraçıraqlar), hətta ikikameralı çıraqlar, dəmir silah və alətləri, tunc və misdən hazırlanmış hamar, naxışlı, burma formalı qolbağı, bəzək əşyalarını qeyd etmək olar. Müxtəlif rəngli daşlardan, sədəf və sümükdən hazırlanmış boyunbağılar da aşkar olunub.