Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbas Çayxorski
Abbas Çayxorski (21 yanvar 1917, Çaxırlı – 30 noyabr 2008) — azərbaycanlı professor, kimya elmləri doktoru, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969–1991), Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru, SSRİ Dövlət Mükafatı laureatı, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı. == Həyatı == === Erkən illər === Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olmuşdur. 1918-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun ailəsi müxtəlif vaxtlarda Ağdam, Göyçay və Ağdaş rayonlarında məskunlaşır. Onun uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski ali təhsilini 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır.Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-də yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: Abbas Çayxorski Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır. === Hərbi illəri === O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdan Çayxorski, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq etmiş, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanmışdır.
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Vayxır
Vayxır (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Vayxır (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Vayxır — Babək rayonunda mineral bulaqlar.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir... == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meylliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır.
Şamxor
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Çayır
Çayır (lat. Cynodon) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Çayır:The Plant List saytında takson barədə məlumat.
Con Taytor
Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs. 2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur. == Populyar mədəniyyətdə == 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir.
Conatan Taydor
Conatan Teydor (ing. Jonathan Tydor) - ABŞ ssenaristi, prodüseri və rejissorudur.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. == Həyatı == Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 27 oktyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Taylor Hackford
Taylor Edwin Hackford (31 dekabr 1944, Santa-Barbara, Kaliforniya) — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. == Həyatı == Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. d. 15 iyul 1981), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. == Həyatı == Kinney, İyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. Fevral 2015-ci ildə nişanlandılar.
Taylor Lautner
Taylor Lautner (ing.: Taylor Daniel Lautner, 11 fevral, 1992, Qrand Rapids, ABŞ) — Amerika aktyoru.
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. == Həyatı == Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. == Şəxsi həyatı == Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.Oktyabr 2020-ci ildə Pozi əvvəllər kişilərlə münasibətdə olduğunu və cinsi oriyentasiyasını adlarla adlandırmağı sevmədiyini açıqladı.
Uilyam Maynor
Vilyam Maynor (ing. William Chester Minor; 22 iyun 1834 – 26 mart 1920, Hartford) — amerikalı hərbi cərrah və İngilis dilinin Oksford lüğəti üçün ən böyük sitaları toplayanlardan biri. Corc Merretini öldürdükdən sonra 1872–1910-cu illərdə psixiatrik klinikada saxlanılmışdır. == Həyatı == === Erkən həyatı === Yeni İngiltərədən Konqreqasionalist kilsəsindəki missionerlərin oğlu olan Uliyam Maynor Seylon adasında (indiki Şri-Lanka) anadan olmuşdur. Vaşinqton ştatındakı Sietl şəhərinin meri Tomas Minorda daxil olmaqla onun çoxlu sayda bacı-qardaşları var idi. Maynor 14 yaşında Birləşmiş Ştatlara göndərilir. Sonradan, 1863-cü ildə Yel Tibb Universitetində müqayisəli anatomiya ixtisası üzrə ali təhsil alır. === Hərbi karyerası === Maynor, 1864-cü ilin may ayında baş verən döyüşdə müttəfiq ordu tərəfindən hərbi cərrah olaraq iştirak etdi. Maynora həmçinin ittifaq Ordusunun irlandiyalı əsgərinə fərarilik etdiyinə görə üzünü "D" damğası ilə işarələyərək cəzalandırılması tapşırılır və bu hadisə daha sonra Maynorun həyatında psixoloji xəstəliyin yaranmasına yol açdı. Müttəfiq ordunun fərarilik üçün cəza kimi çırpma və ya başqa zərbələrdən istifadə edib-etməməsi barədə fikir ayrılığı mövcuddur.
Vayxır (Babək)
Vayxır — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin yaxınlığında Köhnə Vayxır adlı xarabalıq mövcuddur. Həmin kəndin dağılması nəticəsində indiki Vayxır yaşayış məntəqəsi yaranmışdır. Kəndin adı oradakı Vayxır mineral bulağının adındandır. Bulağın adı isə orta fars dilində vah – "yaxşı", "xeyirxah" (müasir "beh/bəh" sözünün qədim halı) və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. == Tarixi == === Tarixi abidələri === Vayxır kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, alçaq təpəlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Əhməd Qəşəmoğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978). == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vayxır kənd tam orta məktəbi fəaliyyət göstərir.
Vayxır (bulaq)
Vayxır — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 17 km şimalda, kəndin şimal-qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə çıxan bir neçə mineral bulaq və həmin bulaqlardan çıxan mineral su. Minerallaşma dərəcəsinə görə 2 tipə ayrılır: minerallaşma dərəcəsi 7,4 q/l xloridli-hidrokarbonatlı-sulfatlı-natriumlu-kalsiumludur. 4 əsas buruq quyusundan çıxan suyun gündəlik debiti 3,2 mln/l-dir. Mikroelementlərlə çox zəngindir: brom 1-4,3, yod 0,2-0,8, dəmir 3, arsen 1,5-2,8, mis 0,5, sink 0,07, stronsium 3 mq/litrdir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, diatez, şəkər diabeti, zob, sümük və oynaq və digər maddələr mübadiləsi pozuntuları zamanı istifadə edilir. İkinci qrupdan olan bulağın suyu "Sirab" mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən "Vayxır" mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır. Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Vayxır (Şərur)
Vayxır — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun İbadulla i.ə.v. də kənd . Düzənlikdədir. Oykonim mənşəcə Babək r-nundakı vayxır kəndinin ərazisində köhnə vayxır adı ilə xarabalıqları qalmış qədim kəndin adı ilə bağlıdır.
Vayxır mədənləri
Vayxır mədənləri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində aşkar olunmuş qədim mədənlər. I və II Kültəpə yaşayış yerlərinin yaxınlığında oval çalalardan ibarətdir. Burada filizin saflaşdırılması nəticəsində əmələ gəlmiş süxur yığınlarının toplandığı sahədə (1,2 km2) kəşfiyyat qazıntıları zamanı daş çəkic, boz rəngli gil qab qırıqları aşkar olunmuşdur. Tapıntıların e. ə. II minilliyə aid olması ehtimal olunur.
Vayxır piri
Vayxır piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində ziyarətgah. == Haqqında == Vayxır piri xalq arasında künbəz adlanır. Pirin binası bişmiş kərpiclə üzlük çəkilməklə bərpa edilmişdir. Bina dairəvi formadadır. Girişi ş. tərəfdəndir. Girişin hər iki tərəfində olan dördkünc formalı sütunun üzərində tağşəkilli ocaq düzəldilmişdir. Pirin divarında taxçalar vardır. Binanın dam örtüyü konusvarı formada olub, dəmirdən hazırlanmışdır. İçərisində iki qəbir vardır.
Vayxır qalası
Vayxır qalası — Babək rayonunda, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında arxeoloji abidə. Vayxır qalası hər tərəfdən dərin yarğan, yaxud sıldırım qayalarla əhatələnmiş və təbii mühafizəyə malikdir. Qala, eyni zamanda, əlavə müdafiə istehkamı ilə də möhkəmləndirilmişdir. Müdafiə divarının (cənub divarının uzunluğu 150 m., şimal divarının uzunluğu 140 m.) həm dördkünc bürcləri, həm də bucaqşəkilli çıxıntıları var. Müdafiə divarları yüngülcə yonulmuş iri qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Kəşfiyyat xarakterli tədqiqatlarda öyrənilmiş, bərpa layihəsi hazırlanmışdır. Qalanın e.ə. II minilliyə aid olması ehtimal olunur. Vayxır qalasının sahəsi 2 hektardan artıqdır. Qalanın divarları (eni 4–5 m.) yonulmamış iri qaya parçalarından, heç bir bərkidiçi məhlul olmadan tikilmişdir.
Vilyam Maynor
Vilyam Maynor (ing. William Chester Minor; 22 iyun 1834 – 26 mart 1920, Hartford) — amerikalı hərbi cərrah və İngilis dilinin Oksford lüğəti üçün ən böyük sitaları toplayanlardan biri. Corc Merretini öldürdükdən sonra 1872–1910-cu illərdə psixiatrik klinikada saxlanılmışdır. == Həyatı == === Erkən həyatı === Yeni İngiltərədən Konqreqasionalist kilsəsindəki missionerlərin oğlu olan Uliyam Maynor Seylon adasında (indiki Şri-Lanka) anadan olmuşdur. Vaşinqton ştatındakı Sietl şəhərinin meri Tomas Minorda daxil olmaqla onun çoxlu sayda bacı-qardaşları var idi. Maynor 14 yaşında Birləşmiş Ştatlara göndərilir. Sonradan, 1863-cü ildə Yel Tibb Universitetində müqayisəli anatomiya ixtisası üzrə ali təhsil alır. === Hərbi karyerası === Maynor, 1864-cü ilin may ayında baş verən döyüşdə müttəfiq ordu tərəfindən hərbi cərrah olaraq iştirak etdi. Maynora həmçinin ittifaq Ordusunun irlandiyalı əsgərinə fərarilik etdiyinə görə üzünü "D" damğası ilə işarələyərək cəzalandırılması tapşırılır və bu hadisə daha sonra Maynorun həyatında psixoloji xəstəliyin yaranmasına yol açdı. Müttəfiq ordunun fərarilik üçün cəza kimi çırpma və ya başqa zərbələrdən istifadə edib-etməməsi barədə fikir ayrılığı mövcuddur.
Çaykur Rizəspor
Çaykur Rizəspor — Rizədə 1953-cü ildə yaradılmış bir futbol klubu. == Tarixi == Klub Türk Milli Qurtuluş Mübarizəsinin ilk adımının atıldığı 19 may 1919 tarixinin 34. ildönümü olan, 19 may 1953 tarixində; Manifaturacı Yakup Temizel, Manifaturacı Atıf Taviloğlu, Manifaturacı İsmet Bilsel, Deftardar Yaşar Domlekçioğlu ve Manifaturacı Muharrem Kürkçü tərəfindən 5 kişilik qurucular heyəti ile Rizedə yaradılıb. 9 fevral 1991 tarixində yapılan Olağanüstü Ümumi Qurul ilə, Qara dəniz bölgəsinin ən böyük kamu şirkəti olan Çaykur ilə birleşerek, "Çaykur Rizespor Kulubü" adı ilə o tarixdən etibarən də rrofesional dəstələrdəki mübarizəsini davam etdirir.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Canxot
Canxot — Krasnodar diyarında xutor. Gelencik kurort şəhəri inzibati ərazisinin Divnomorsky kənd dairəsinin bir hissəsidir. Məşhur dənizkənarı kurort yeridir. == Coğrafiyası == Canxot xutoru Qara dəniz sahilində, Xotetsay (adıq Vəhşi it) çayının mənsəbində, 5 km uzanan vadi boyunca yerləşir. Gelencikdən 17 km cənub-şərqdə və Krasnodar şəhərindən 185 km cənub-qərbdə yerləşir. Şimal-qərbdə Divnomorskoe və cənub-şərqdə Praskoveevka yaşayış məntəqələrinin ərazisi ilə həmsərhəddir. Canxotun orta hündürlük dəniz səviyyəsindən 194 metr hündürlükdədir. == İqlimi == Yaşayış məntəqəsində yarımquru Aralıq dənizi iqlimi üstünlük təşkil edir. İllik orta yağıntının miqdarı 800 mm-dir (əsasən qışda). 2000-ci ilin fevral ayında şəhərdə temperatur −18,8 ° C-ə qədər düşdü.
Caypur
Caypur — Hindistanın şimal qərbində şəhər. Racəstan ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 2,9 milyon nəfərdir (2007). == Coğrafiyası == Aravalli silsiləsinin ətəklərində, 431 m hündürlükdə yerləşir. İri nəqliyyat qovşağı və beynəlxalq aeroportdur. == Tarixi == Əsasını 1728-ci ildə, 12-ci əsrdə bu torpaqları işğal etmiş racput tirələrindən birinin nümayəndəsi – Amber maharacəsi II Cay Sinqh qoymuşdur. Moğol imperiyasının vassalı olmuş Caypur racəliyinin eyniadlı yeni paytaxtı kimi yaradılmışdır. 1947-ci ildə Hindistan müstəqilliyik qazandıqdan sonra Caypur Racəsthan ştatının inzibati mərkəzi oldu (1948). == Memarlığı == Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qumdaşıdan çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim hind memarlığı ənənələrinin (düz bucaq altında kəsişən geniş küçələr dünyanın 4 cəhətinə istiqamətləndirilmişdir) davamıdır: Hava-Mahal sarayı (“Küləklər sarayı”; 18-ci əsrin 2-ci yarısı) orijinaldır: onun ornamentli fasadında 953 pəncərə var.
Aşağı Craxor
Aşaği Craxor - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1955-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışıq yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Türk dillərində çeraq mineral bulaq və or çöməklik sözlərindən ibarətdir.