Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meymun çiçəyi
Meymunçiçəyi bəzi heyvanlarda, o cümlədən insanlarda baş verə bilən meymunçiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir. Simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayır. Bunun ardınca üzərində qabarcıqlar və qabıqlar əmələ gətirən səpgilər gəlir. Simptomların başlanmasına qədər olan vaxt təxminən 10 gündür. Simptomların müddəti adətən iki ilə dörd həftə arasındadır.Meymunçiçəyi buşmit (Afrika vəhşi heyvan yemi) ilə işləmək, heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər. Virus adətən müəyyən gəmiricilər arasında dövr edir. Diaqnoz virusun DNT-si üçün lezyon testi ilə təsdiqlənə bilər. Xəstəlik suçiçəyi xəstəliyinə bənzər görünə bilər.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü.Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır.Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. == Qorunması == Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi. Sevgi çiçəyi nəsli kəsilməkdə olan bitki növlərinin siyahısına köçürən Başçı Duruaydır.
Su çiçəyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Səhra çiçəyi
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Zebra çiçəyi
Afelandra (Zebra çiçəyi) (lat. Aphelandra) — tropik bitki. Otaq bitkisi kimi yetişdirilir. Bitkinin ana vətəni Orta və Cənubi Amerikadır. Qırmızı və sarı rənglərdə çiçək açırlar. Çiçəklənmə dövrü iyun və oktyabr ayları arasındadır. Aphelandra çıçəyinin üstünə günəş şuaları düşməmək şərtilə isti və aydınlıq yerdə saxlanmalıdır. Aphelandra yaz və yay aylarında daha çox sulanmalıdır. Soyuğa davamsızdır, isti sevəndir. Bitkinin çoxaldılması kökləri vasitəsi ilə həyata keçirilir.
Çöl çiçəyi
Çöl çiçəyi (əsər) — Varis Dirienin avtobioqrafik əsəri. Çöl çiçəyi (film) — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film.
Ruprext novruz çiçəyi
Ruprext novruz çiçəyi - (lat. Primula ruprechtii) == Qısa morfoloji təsviri == Çoxillik, çox sayda qaytanvari köklərə malik, adətən çəpinə oturan qısa kökümsovlu bitkidir. Yarpaqları möhkəm, uzunsovyumurtavari və ya ovalvari-lansetvari, ucu küt yuvarlaq, yumru, bəzən kənarları bükülmüş, tədricən daralaraq saplağa çevrilir, üstü yaşıl, çılpaq, altı ağ, zərif keçəvari tüklüdür. Oxlarının hündürlüyü 25-28 sm, yarpaqdan 2-3 dəfə uzundur, çiçəksaplağı kimi azacıq tüklüdür. Çiçəkqrupu çətirvari, 3-6 (10) çiçəkdən ibarətdir. Çiçəksaplağı 0,5-2 sm uzunluqdadır. Kasacığın uzunluğu 15 mm, eni 25–30 mm, dar boruvari, demək olar silindirvari, uzunluğu 4 mm kimi olan düz, lansetvari, tacın borucuğuna yapışmış iti dişlidir. Tacı sarı və ya açıq sarı, borucuğunun uzunluğu kasacığa bərabər və ya bir qədər ondan uzun, eni 25 mm kimidir. Qutucuq oval, demək olar kasacığa bərabərdir. Toxumları 1,5 mm uzunluqda, oval, xırda nöqtəvari çıxıntılı, qaradır.
Su çiçəyi xəstəliyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Çiçinin Çiçəyi (1990)
Çöl çiçəyi (film)
Səhra çiçəyi — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film. Varis Dirienin eyniadlı avtobioqrafik əsəri əsasında çəkilmişdir. == Rollarda == Filmdə məşhur efiyopiyalı model Liya Kebede Varisin Londona gəldiyi ilk günlərini – gəncliyini oynamışdır.
Çöl çiçəyi (əsər)
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Səhra çiçəyi (film)
Səhra çiçəyi — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film. Varis Dirienin eyniadlı avtobioqrafik əsəri əsasında çəkilmişdir. == Rollarda == Filmdə məşhur efiyopiyalı model Liya Kebede Varisin Londona gəldiyi ilk günlərini – gəncliyini oynamışdır.
Atropatan hiasintellası (Sünbül çiçəyi)
Meymun çiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi.Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.
Qaranlıqlar çiçəyi (teleserial, 2011)
== Məzmun == Teleserialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.
Çiçinin çiçəyi (film, 1990)
Tecərə
Tecərə — Midiya dövrinə aid bir toponim. "Tecəre" yer adi İran coğrafiyasinda "Təcərəq" kimi qeydə alınmışdır və bir sözlə yayqin toponimlərimizdən sayılır. Guney Azərbaycan ərazisində və ondan qıraq yerlerdə rast gəlinir. Buna misal olaraq Əcəbşir şəhərinin qalaçay hövzəsində, Ərdəbilin qərbində, Miyana şəhərinin şimal şərqində, Marağa şəhərinin ətrafında, daha sonra Ərak, Məlayer, Savə, Xansar, Tusirkan, Bəşriyyə şəhərlərinin yaxınlığında hətta Təcriş yer adında belə rast gəlinir. Bu toponimin yayılma coğrafiyasını nəzərə alsaq qədim Mad (Midiya) ərazisini bir sözlə canlandıra bilərik. Tecərə sözünün etimoloqiyasini müasir Türk, Fars, və Ərəb dilləri ilə izah etmək çətin görünür çünki heç bir dilin söz xəzinəsinə daxil deyildir hər çənd bəzi araşdırıcılar müasir Türk dili ile onu izah etməyə çalışıblar. Bu sözün izini tarixi qaynaqlarda ararkən , I Daranın (Dariyuş) Perspolisdəki sarayının mixi daş yazısında rast gəlirik. Bu yazıda Tecərə sözü Tacara kimi qeyd olunub və saray , şah iqamətgahı məna edilir : Mixi yazının oxunuşu: 1. Dârayavaush : xshâyathiya : 2. vazraka : xshâyathiya : xshâ 3.
Çeçencə
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. == Toponomikası == XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. == Din == Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisi 3714 (2009) nəfərdir. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəzə
Çərəzə (az.-əbcəd چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Çətənə
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Cedey
Cədəy xan - türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Cədəy
Cədəy xan - türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Çeçen
Çeçenlər - Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Meşəyə insan gəlir (film, 1980)
== Məzmun == İnsan meşədə görünən kimi, bütün heyvanlar qorxularından əl-ayağa düşürlər. Onlara elə gəlir ki, insan bu dəqiqə meşəni də, heyvanları da məhv edəcək. Amma hər şey onların düşündüklərinin əksinə olur. İnsan nəinki meşədəki ağaclara və heyvanlara qayğı ilə yanaşır, hətta, onları yanğın təhlükəsindən xilas edir. Bunu görən heyvanlar sakitləşirlər. Meşədə həyat öz əvvəlki məcrasına düşür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Yuri Meşşeryakov, Vahid Talıbov, Gülşən Quliyeva, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova, E.Əliyev Rəssam assistenti: T.Hüseynov Operator assistenti: Ziya Xəqani Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Filmin direktoru: E.Şirinov Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Tanı gülü, çiçəyi (film, 1984)
== Məzmun == Film Azərbaycanda bitən müalicə əhəmiyyətli otlardan və onlardan əczaçılıqda istifadə etmək imkanlarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Cığatay Şeyxzamanov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Cəbhədən cəbhəyə
Cəbhədən cəbhəyə — Osmanlı zabiti Münim Mustafanın I Dünya Müharibəsindəki xatirələrindən ibarət memuar kitabı. Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı. Cəbhədən cəbhəyə — İbrahim Ünsalın Osmanlının I DM-də müharibə apardığı cəbhələrdən bəhs edən tarixi romanlar seriyası. == Oxşar == Cəbhədən cəbhəyə, əsarətdən əsarətə — Osmanlı və Türkiyə zabiti Ürgüplü Mustafa Fevzi Taşerin müharibə və əsirlik xatirələrindən ibarət memuar kitabı.
François Çereke
Kənaf (Çətənə)
Mustafa Ceceli
Mustafa Ceceli (2 noyabr 1980, Ankara) — pop müğənnisidir. Mustafa Ceceli 2003-cü ildə musiqi karyerasına başladıqdan sonra onun musiqi tərtibatları böyük rəğbət qazanıb. 2007-ci ildə Enbe Orkestrinin albomunda qonaq sənətçi olaraq Sezen Aksunun Ünütamam mahnısını ifa etdi. 2008-ci ildə Ceceli "Limon Çiçəkləri" adlı ilk sinqlı ilə tamaşaçılarla görüşdü. 2009-cu ilin noyabrında Mustafa Ceceli adlı öz adlı albomunu buraxdı və albom MÜ-YAP-dan qızıl rekord mükafatı aldı. == Həyatı == Mustafa Ceceli 1980-ci noyabrın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olub. 8–9 yaşlarında "Kənd həkimi" teleserialına çəkilib. Tibb məktəbindən məzun olsa da musiqi alətlərinə olan marağı onu müğənniliyə meylləndirib. Sinem ilə evlənib. Bu evlilikdən Arin adında bir oğlu var.
Xənəyə (Salmas)
Xanəgah (fars. خانقاه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 204 nəfər yaşayır (49 ailə).
Çərəkə bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çətənə kəndiri
Kənafabənzər kəndir; Çətənə kəndiri (lat. Apocynum cannabinum) - kəndir cinsinə aid bitki növü. == Sinonim == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Qazaxıstanda çətənə
Qazaxıstanda çətənə — qanunsuz narkotiklərə aid edilir. Onun istifadəsi, saxlanması, yayılması və istehlaka sövq edilməsinə görə Respublika Cinayət Məcəlləsinin 296, 297, 298, 299-cu maddələrinə uyğun olaraq cinayət məsuliyyəti nəzərdə tutulur. 300-cü maddə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsinə görə də cəza nəzərdə tutur. Çuy vadisi, çöl çətənəsinin böyüdüyü məkandır. Ölkə ərazisində, xüsusən də Çuy vadisində çoxlu miqdarda psixotrop xüsusiyyətlərə malik yabanı çətənə bitkisi bitir ki, onun əsasında 5000 tona yaxın marixuana və 40 ton həşiş istehsal oluna bilər. Mədəni çətənə Jambil vilayətində, eləcə də Qazaxıstanın digər bölgələrində, məsələn, Qızılorda və Almatı vilayətlərində yetişdirilir. Çətənənin Rusiyaya tranziti respublika ərazisindən həyata keçirilir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, marixuananın 93%-i ölkəyə Qazaxıstandan gətirilir.