Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb. Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir.
Novbarlıq
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Çovdarçı
Çovdarçı (lat. Charadrius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda Bozca cinsinə 5 növ daxildir: Yaxalıqlı çovdarçı (Charadrius hiaticula Linn., 1758) Halqalı kiçik çovdarçı (Charadrius dubius Scop., 1786) Böyükdimdik çovdarçı (Charadrius leschenaultii Les., 1826) Xəzər çovdarçısı (Charadrius asiaticus Pall., 1773) Dəniz çovdarçısı (Charadrius alexandrinus Linn., 1758) Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Adi çovdarçı
Adi çovdarçı (lat. Charadrius morinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Ağ çovdarçı
Chionis albus (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri. == Görünüşü == Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər. == Yayılması == Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.
Böyükdimdik çovdarçı
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 5 növündən biridir. == Qısa təsviri == Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Əkin çovdarı
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.
Ağ çovdarçı (cins)
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Halqalı kiçik çovdarçı
Halqalı kiçik çovdarçı (lat. Charadrius dubius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Yekələrin bir boz-qonur geri və qanadları,ağ qarın və bir qara boyun bandı ilə ağ sinəsi var.Onların boz papağı, ağ alnı, gözləri ətrafında bir qara ilə yuxarıda ağ maska ​​və qısa tutqun dimdikləri var.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.