Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. == Oyunun qaydaları == Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) — Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Yan püskürmə
Yan püskürmə (rus. боковое извержение, ing. lateral eruption) — vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən yamacda parazit konuslar əmələ gəlir. Mis: Sicilyada Etna vulkanı, Kamçatkada Klyuçevsk sopkası.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). == Həmçinin bax == Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.