Yumurta döyüşdürmə

Yumurta döyüşdürmə (Xalq oyunları)
Yumurta döyüşdürmə (Xalq oyunları)

Yumurta döyüşdürməAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır.

Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır.[1]

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona:

— Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir:

Daş, daş…
Baş yumurtam,
Baş, baş…
Həci dayını
Yandırdım.
Bir səbətlik
Yumurtasını sındırdım.
Daş, yumurtam
Daş, daş…

Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.

Döyüşmədə sındırılmış yumurtalarla oyun daha maraqlıdır. Döyüşmədə uduzulmuş sınıq yumurtaları sıraya düzürlər. Sonra buraya bir xoruz buraxırlar. Xoruz sıradakı hansı yumurtanı dimdikləyirsə, sahibi sıradakı bütün yumurtaları udmuş sayılır.

Bir oyun da bişmiş yumurtaları yoxuşdan üzüaşağı diyirlətməkdir. Hansı yumurta daha uzağa diyirlənirsə, sahibi qalib sayılır.

Yumurta döyüşdürmənin xüsusiyyətləri böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin (1866–1932) bir felyetonunda da özünə yer almışdır. Felyetondakı həmin epizod belədir: "… məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadırlar, yəni yumurtalarını dəyişdirib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağa. Məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir. Əvvəl deyir:

— Tut!
Vəli deyir:
— Sən tut!
Vəli deyir:
Sən tut!

Axırda Əli tutur, çünki bilir ki, tutsa da, Vəlinin yumurtası sınacaq.

Vəli də işi duyub vurmur, çünki bilir ki, yumurtası boşdur, sınacaq Əli deyir:

— Vur!

Vəli vurmur. Əli yumurtasını yan tutur və deyir.

— Vur!

Vəli vurmur, çünki bilir ki, yumurtası sınacaq.

Əli yumurtanın künəsin tutur və deyir:

— Vur!

Vəli vurmur, bilir ki, yumurtası sınacaq. Sonra Əli hər yerdə Vəlini görəndə yumurtasını açıq tutub Vəliyə deyir:

— Bax, tutmuşam, haradan vuracaqsansa vur!

Çünki Əli bilir ki, Vəlinin yumurtası boşdur".

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.200.
  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 483. ISBN 978-9952-34-152-2