Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üçdişli kudraniya
Üçdişli maklyura
Üçdişli maklyura (lat. Maclura tricuspidata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir. == Ekologiyası == Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Edilli
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır. İkincisi qıpçaqların Ed tayfasının adından, el (tayfa) və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir.
Üçdilim dağrazyanası
Hündürlüyü 50-150 sm, gövdəsi əsasında kökətrafı yarpaqların ölmüş qalıqlarından ibarət tünd nazik lifli qın geyinmişdir, düz, silindrik, nazik şırımlı, göyümtül rəngdədir, orta hissəsindən yuxarısı budaqlanmış çoxillik çılpaq ot bitkisidir. Kökü qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaq üzərindədir; yarpaq ayası üçər olub, iki-üç dəfə yarıya bolünmüşdür; hissələri iridir, uzunluğu 2,5-5 sm-dir, enli yumurtaşəkillidir, qaidə hissəsi ürəkşəkillidir, bütövdür, 3 bölümlüdür, kənarları seyrək və iri dişlidir; yuxarı yarpaqları oturaq, uzun şiş qınlıdır, daha az bölünmüşdür. == Çiçək == Çətirləri uzunluğu (bar verən zaman) 8-12 sm olan (10) 15-20 ədəd uzunluğuna görə eyni olmayan şüalara malikdir. Ləçəkləri ağ rəngdədir. Qını 1-5 ədəd neştərvari tökülən yarpaqcıqlardan ibarətdir və ya yoxdur. == Meyvə == Meyvələrinin uzunluğu 7–8 mm, eni 4 mm-ə yaxındır. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.dağ. (Şahbuz r.) Orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə və kolluqlarda rast gəlinir.
Midilli boğazı
Midilli boğazı (yun. Στενό της Μυτιλήνης, türk. Midilli Boğazı) — Yunanıstanın Lesbos adası ilə Türkiyənin qərb sahili arasında olan Egey dənizinə aid boğazı. Boğazın sahilində Midillinin əsas şəhəri və limanı yerləşir]. Bizans dövründə Midilli adı tez-tez bütün adaya münasibətdə istifadə olunurdu. Boğazdan keçən bərə xidməti Midilini Ayvalıq və Dikili ilə birləşdirir . Boğaz cənub-şərqdəki Çandarlı körfəzindən Dikili körfəzindən[ keçərək Edremit körfəzinə aparır. Boğazın cənub girişində, Aqrilla burnu ilə üzbəüz Baston adaları yerləşir. Mahera və Mavros-Lofos burnu arasında Pamfilon adası, Ayvalıq yaxınlığında Mosko adaları yerləşir.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Çilli (İğdır)
Çilli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildəki qaynaqlarda Cilligöl ya da Cilligədik olaraq qeyd edilir. Kənd 1928-ci ilən bəri eyni adı daşımaqdadır. Aprel 1918-ci ildə Çillidə 30 müsləman erməni daşnaq qüvvələrinin qəltyamına məruz qalmışdır. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. == Coğrafiyası == İğdırdan 27 km uzaqlıqdadır. Kəndə bağlı Vəzirxana ve Köprüköy adında iki oba vardır. == Əhalisi == 1886-cı il məlumatına görə kəndə bağlı olan Vəzirxana obasında 35 nəfər kürd yaşayırdı.
Ağbulaq (Edilli, Xocavənd)
Ağbulaq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağbulaq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. == Mənşəyi və təsiri == Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. == Esperanto dilli Vikipediyanın keyfiyyəti == 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Azərbaycan dilli Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Sadıllı
Sadıllı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Sadıllı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Sadıllı qəsəbəsi mərkəz olmaqla Sadıllı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Qəsəbənin digər adı "Dos-84"-dür. Bu qəsəbədə 5 №-li xəstəxana, 17 №-li orta məktəb və Heydər Əliyev adına Gəncə şəhər stadionu yerləşir.
Badıllı (Duzluca)
Badıllı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh, 30 aprel 1944 — 5 noyabr 2010) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.