Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üzükvari pankreas
Üzükvari pankreas — Mədəaltı vəzin anomaliyasıdır. Normal pankreas toxumasının onikibarmaq bağırsaq ikinci qismini çevrələməsi nəticəsində əmələ gəlir. Bu anomaliya adətən uşaqlarda ortaya çıxır və ürək qüsurları, Daun sindromu və b. birlikdə rast gəlir. Bəzi hallarda böyük yaşlarda (40–50) rast gələ bilir. Əsas əlaməti onikibarmaq bağırsaq obstruksiyasıdır (qusma, ağrı). Rentgenoloji müayinə, endoskopiya və oral kontrastlı kompüter tomoqrafiyası diaqnozu dəqiqləşdirə bilər. Müalicəsi qastroenteroanastomozun qoyulmasıdır. Pankreas tolxuma-sının kəsilməsi tövsiyə edilmir, çünki duodenal və pankreatik fistullar meydana gələ bilir. Malginizasiya şübhəsi olduqda PDR yerinə yetirilir.
Ürəkvari araliya
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Ürəkvari cökə
Ürəkvari cökə (lat. Tilia cordata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Krım dağlarının şimal yamaclarında, Şimali və mərkəzi Qafqaza qədər оlan ərazilərdə gеniş yayılmışdır. Hündürlüyü 30 m, diamеtri 1,5 m оlan оvalşəkilli çətirə malik ağacdır. Cavan ağaclarda gövdənin qabığı hamardır. Sоnralar isə gövdənin üzərində dərin şırımlar əmələ gəlir və rəngi tündləşir. Kök sistеmi güclü inkişaf еdərək tоrpağın dərin qatlarında yayılır. Yarpaqlarının uzunluğu 3-6 sm, ürəkşəkill, ucu sivridir, kənarları dişli, üst səthi tünd yaşıl, çılpaq, bəzən parlaq, alt tərəfi çılpaqdır, damarların künclərində tükcüklər dəstələrlə yеrləşir. Payızda yarpaqlar açıq sarı rəng alır. Çiçəkləri хırda, sarımtıl ağ rəngli, ətirlidir.
Ürəkvari gikori
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Ürəkvari ikiləçək
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Ürəkvari karya
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Ürəkvari makleya
Ürəkvari makleya (lat. Macleaya cordata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin macleaya cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi budaqlanmayan, hündürlüyü 250 sm-ə bərabərdir. Bitkinin bütün hissələri tünd-göydür. Bütün kütləsi çəhrayı şirədən ibarətdir. Yarpaqları ürəkşəkilli formalı olub, 5-7 bölümlü, növbəli, saplaqlı, aşağı hissəsi iri (uzunluğu 25sm), yuxarı hissəsi isə kiçikdir. Çiçəkqrupu uzunsov, süpürgə, uzunluğu 40 sm olub, sonu budaqlanandır. Çiçəkləri yalnız kasayarpağından ibarət, tez tökülən, 4-30 erkəkcikli olmaqla, çiçək tacı yoxdur. Meyvələri qutucuqmeyvədir.
Ürəkvari tunq
Neptunun üzükləri
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Üzüklərin hökmdarı: Qüvvət üzükləri (teleserial, 2022)
Üzüklərin Hökmdarı: Qüvvət üzükləri (ing. The Lord of the Rings: The Rings of Power) — Con Tolkinın Orta Dünya haqqında əsərləri əsasında çəkilən teleserial. Amazon Prime Video vasitəsilə yayımlanacaq proyektin hazırlanmasına 2017-ci ildə başlanılıb. 2019-cu ildə isə teleserialın çəkilişinə start verilib. Birinci mövsüm Legendariumun ikinci dövründə baş verən hadisələr haqqında bəhs edəcək. Hesablamalara görə teleserial tarixin ən bahalı seriallarından biri olacaq. Təkcə birinci mövsümün qiyməti təxminən 465 milyon ABŞ dollarına başa gələcək. 13 Noyabr 2017-ci ildə Amazon Con Ronald Ruel Tolkinın "Üzüklərin hökmdarı" romanını ekranlaşdırma hüququnu qazandı. Mətbuatda yayımlanan məlumatlara görə, Amazon, Tolkinın əsərləri hüquqlarına sahib olan təşkilatlarla (Tolkien Estate, HarperCollins və New Line Cinema) $ 200–250 milyon dollar müqabilində müqavilə bağladı, hansı ki Netflix şirkətinin təklif etdiyi məbləğindən çox idi. Müqavilənin şərtlərinə görə, Amazon iki il ərzində (yəni 2019-cu ilin noyabrına qədər) teleserialın istehsalına başlamalı idi.