Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunada
Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü ən böyük adasıdır. == Etimologiyası == Antik yunancada adı Drymoussa (Δρυμούσσα) olan ada, ayrıca Makronisi ("uzun ada") və ya Englezonisi adı ilə adlandırılmışdır. Bəzi mənbələrdə Köstən adası olaraq da adı keçərlidir. == Tarix == Qədim Yunan tarixçisi Fukidid Uzunadanın Spartalı admiral Astuocosun bəzi gəmilərinin Peloponnes müharibəsinin iyirminci ilində səkkiz gün sığındığı üç adadan biri olduğunu xatırladır. Eramızdan əvvəl 188-ci ildə Apamea müqaviləsi imzalanandan sonra ada Klazomenai şəhərinə verilir.1914-cü ildə adada təxminən 2000 yunan yaşadığı məlumdur. Birinci Dünya müharibəsi zamanı Kral Dəniz Qüvvələrinin Aralıq dənizi Donanması 1916-cı ilin aprelində adanı işğal edir. Ada 12 sentyabr hərbi çevrilişindən sonra Nəcməddin Ərbakan və Alparslan Türkeşin sürgün edildiyi yerdir.
Uzunada körfəzi
Uzunada — Xəzər dənizinin şərqində Mixaylovsi körfəzində yerləşir. Körfəzin sahillərində vaxtı ilə Xəzərönü dəmiryolu keçirdi. 1899-ci ildə dəmir yolu Türkmənbaşına köçürülmüşdür. Bundan önçə isə burada Uzunada limanı və stansiyası fəaliyyət göstərirdi. Körfəzin əhrafı qumluqlar, özü isə soranlıqlarla örtülüdür. Hazırda isə ərazi Türkmənbaşı qoruğu ərazisinə daxildir. Burada hazırda Qoturtəpə kəndi yerləşir. Körfəz Qırak körfəzindən Xorasanlı yarımadası ilə ayrılır. Qərbdə isə Buqulyar yarımadası ilə əhatələnir.
Uzunqaya (Kəleybər)
Uzunqaya (fars. اوزون قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (22 ailə).
Əsəd ibn Zurara
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.