// Xəcalətli, üzüqara.
Deyirlər ki, sabah gələcək yarım; Şərməndəyəm, artıb dərdü qubarım.
[Güllü:] Allah gətirib, salıb məni bu odun-alovun içinə. Qohumdan şərməndə, dostdan, aşnadan şərməndə.
□ Şərməndə etmək (qılmaq) – utandırmaq, xəcalət çəkdirmək.
Bağda gülü şərməndə qılar qönçə dodağım; Süzgün baxışım, qarə gözüm, alma yanağım.
Şərməndə olmaq – utanmaq, xəcalət çəkmək, xəcalətli olmaq.
[Molla İbrahim Xəlil:] Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram.
Tellərin dönüb kəməndə; Gözəllər olub şərməndə; Qara saçın dal gərdəndə; Hör, başına dolandığım.