Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şiləvar
Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır. == Toponimikası == Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir. == Tarixi == Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur. Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir. Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır. Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır.
Şiləvar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Soleyas
Soleyas (fr. Soleilhas, oks. Solelhaç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04210. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 111 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər (15-64 yaş) arasında 50 nəfər iqtisadi fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,6%, 1999-cu ildə 70.7%). Fəal olan 50 nəfərdən 47 nəfər (26 kişi və 21 qadın), 3 nəfər işsiz (2 kişi və 1 qadın) idi.
Solban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xudat şəhər inzibati ərazi dairəsində qəsəbə.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Dolbear qanunu
Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun. Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur. Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır. Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir. Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir. Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur. == Düstur == Dolbear havanın Farenheyt şkalası üzrə temperaturu ( T F {\displaystyle T_{F}} ) ilə çəyirtkənin 1 dəqiqədəki cırıldamalarının sayı ( N 60 {\displaystyle N_{60}} ) arasındakı əlaqəni bu düsturla vermişdir: T F = 50 + ( N 60 − 40 4 ) . {\displaystyle T_{F}=50+\left({\frac {N_{60}-40}{4}}\right).} Düsturun daha sadə versiyası çəyirtkənin 15 saniyədəki cırıldamalarının sayı ilə hesablanan versiyasıdır ( N 15 {\displaystyle N_{15}} ): T F = 40 + N 15 {\displaystyle \,T_{F}=40+N_{15}} Düsturun Selsi şkalasına uyğun olan ( T C {\displaystyle T_{C}} ) versiyası belədir: T C = N 60 + 30 7 {\displaystyle T_{C}={\frac {N_{60}+30}{7}}} Selsi şkalasına uyğun olan düsturun daha sadə forması isə 8 saniyədəki cırıldamaların sayı ( N 8 {\displaystyle N_{8}} ) ilə hesablanan və 5 əlavə olunan formasıdır: T C = 5 + N 8 {\displaystyle \,T_{C}=5+N_{8}} == Mədəniyyətdə == Riyaziyyat kitablarında Dolbear qanunu riyazi modellərin çökməsinə nümunə kimi göstərilir, çünki çəyirtkələrin olmadığı və ya ölü olduğu hər yerdə temperatur sabit olmalıdır, çünki çəyirtkə cırıldamasının sayı sıfır olur.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır. Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. == Yerləşməsi == Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Colbar (Urmiya)
Colbar (fars. جلبر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Tarix == 1980-ci ilin dekabr ayının 23-cü günündə radikal Kürd terrorçular tərəfindən kənd ərazisinə bastırılmış mina partlaması nəticəsində Bayram Cavidan adlı kənd sakini həlak olaraq, başqa bir nəfər isə ağır yaralınmışdır. 1981-ci ilin yanvar ayının 7-ci günündə bölgədə fəaliyyət göstərən radikal kürd terrorçuları etnik azərbaycanlıların yaşadığı Colbar kəndinə hücuma keçərək dinc əhalini atəşə tutmuşlar. Həmin hücumun nəticəsində kənd yerlilərindən iki nəfər qətlə yetirilərək, bir nəfər isə ağır olaraq yaralanmışdır. Hücuma keçən radikal terrorçulardan isə əslən Xana kürdlərindən olan Koxa Məhəmməd adlı bir nəfər həlak olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (84 ailə).
Şollar bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şollar düzü
Şollar düzü — Xəzərin Azərbaycan sahilində, Samur və Şabran arasında düzənlik. Xaçmaz, Şabran və qismən Qusar rayonlarının inzibati ərazisinə təsadüf edir. Daha geniş Samur-Dəvəçi ovalığının tərkib hissəsidir. Şollar düzündəki yeraltı sulardan 20-ci əsrin əvvəllərində Bakı əhalisinin suya tələbatını ödəmək üçün su kəməri çəkdirmişdir. Bu kəmərin çəkilməsində Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur.
Şollar suyu
Şollar suyu — Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. == Tarixi == Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Şollar (dəqiqləşdirmə)
Şollar — Azərbaycanın Xaçmaz rayonunun Xudat şəhər inzibati ərazi dairəsində qəsəbə. Həmçinin bu mənalara gələ bilər: Şollar (kənd) — Azərbaycanın Xaçmaz rayonunun Susayqışlaq kənd inzibati ərazi dairəsində kənd. Şollar suyu — Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu.
Şollar (kənd)
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Susayqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == == Şollar suyu == Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Solitar ağciyər düyünü
Solitar ağciyər düyünü (periferik formalaşma) - rentgenologiyada ağciyər toxumasında ölçüsü 3 sm-ə qədər olan periferik formalaşmadır. Onun Döş qəfəsinin rentgenoqrafiyasında aşkar edilmə nisbəti 0.2%, kompüter tomoqrammasında isə 1%-dir. Solitar ağciyər düyünü xoşxassəli törəmədir (hamartoma, qranuloma). Lakin, yaşlı xəstələrdə və siqaret çəkənlərdə bədxassəli şiş olaraq da görünə bilər. Ağciyər xərçəngi olan xəstələrin 10 – 20 faizində də bu simptomlara rast gəlmək olar. Ona görə də ağciyər xərçəngi ehtimalını istisna etmək üçün mümkün ağciyər rezeksiyasına əlavə olaraq radioloji diaqnostika da aparılmalıdır. Proqnoz simptoma səbəb olan patologiyadan asılı olur. == Təsviri == Solitar ağciyər düyünləri infiltratlardan, daha iri şişlərdən və ya digər əlaqəli radioloji simptomları olan formasiyalardan fərqləndirilməlidir. Solitar ağciyər düyünləri hər tərəfdən ağciyər toxuması ilə əhatə olunmuş, diametri 3 sm-dən az olan, pnevmoniya, atelektazi və ya limfadenopatiya kimi xəstəliklərlə əlaqəsi olmayan periferik ocaqlardır. == Səbəbləri == Hər yuvarlaqlaşdırılmış periferik kölgə solitar ağciyər düyününün olduğu mənasına gəlmir.
Abengoa Solar
Abengoa Solar (əvvəllər Solúcar Energía) Abengoa-nın budaq şirkətidir. Əsas fəaliyyət istiqamətlərinə fotovoltaiklər, konsentrasiya edilmiş fotoelektriklər və ya konsentrasiya edilmiş günəş istilik texnologiyasından istifadə edən günəş elektrik stansiyalarının layihələndirilməsi, təşviqi, maliyyələşdirilməsi, tikinti və istismarı daxildir. == Abengoa Solar və innovasiya == Araşdırma və inkişaf etdirmə investisiyası: 2011-ci ildə elmi-tədqiqat işlərinə 42.4 milyon avro və 2007-ci ildən bəri cəmi 150 milyon avrodan çox investisiya qoyulmuşdur Patent hüquqları: Elmi-tədqiqat işlərinin vacibliyini nəzərə alaraq, sənaye və əqli mülkiyyət inkişafının hüquqi müdafiəsi vacibdir. Buna görə şirkət müxtəlif əsas ixtiralar üçün prioritet hüquqlara malikdir. 115 CSP və PV texnologiyasına patent müraciəti 2012-ci ilin may ayından etibarən qeydə alınmışdır. == Günəş enerjisi qülləsi == Abengoa Solar, Avropanın ticarətdə ilk 11 MW PS10 Günəş Elektrik Stansiyasına sahibdir ki, bu da Konsentrik günəş elektrik stansiyası olan günəş enerjisi qülləsi texnologiyasından istifadə edir.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Solea calycina
Solar (müğənni)
Kim Yon-son və ya səhnə adı ilə Sola (21 fevral 1991, Seul) – Cənubi Koreya müğənnisi, modeli, aktrisası və söz yazarı. 2014-cü ildə Rainbow Bridge World şirkəti tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun yaşca ən böyük üzvü, əsas vokalisti və lideridir. == Həyatı == Kim Yon-son Cənubi Koreya-nın Seul şəhərində, Gangseo-gu-da anadan olub, burada valideynləri və böyük bacısı Yong-hee ilə birlikdə yaşamışdır. Hanyan Qadın Universitetini turizm ixtisası ilə bitirib. == Karyera == === 2014-hazırda: Mamamoo qrupu ilə debutu === Sola Munbyul, Vhi-in və Hvasa ilə birlikdə 18 iyun 2014-cü ildə Mamamoo-nun lideri və vokalisti olaraq çıxış etdi. 24 aprel 2018-ci ildə ilk solo EP-si olan "Solarr's Emotion"-ni çıxatdı, bu EP-də qrupda əvvəllər nümayiş olunan bir neçə Koreya pop mahnısının cover versiyaları və özü yazdığı Mamamoo-nun "Star Wind Flower Sun" mahnısının solo versiyası yer aldı. === 2019-hazırda === 2019-cu ilin yanvar ayında Sola "Solarrsido" adlı YouTube kanalını açdı və 16 fevralda ilk videosunu yayımladı.2021-ci ilin mart ayından etibarən kanal 2.8 milyondan çox abunəçi qazandı. Rəsmi solo debütünü 23 aprel 2020-ci ildə bir musiqi videosu ilə yayımlanan "Spit It Out" sinqli ilə etdi. Eyni gün Sola "Mnet M Countdown"-da ilk çıxışını etdi. 28 aprel tarixində SBS MTV The Show-da solo sənətçi kimi ilk musiqi şou mükafatını qazandı.
Louren Şoler Donner
Louren Şoler Donner (23 iyun 1949) — Ümumi gənclər və ailə yönümlü əyləncə sahəsində ixtisaslaşmış Amerika film prodüseri.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) " Parker Solar Probe " peykini Günəşə göndərib. Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə — 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır. Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Solar System Research
Solar System Research (ingilis dilindən – "Günəş sistemi tədqiqi") — ABŞ elmi jurnalı. Günəş sistemindəki obyektlərə diqqət yetirir. Jurnal "Nauka" tərəfindən "Springer Science+Business Media" vasitəsilə nəşr olunur. Bu, ilk dəfə 1967-ci ildə nəşr olunan Rusiya nəşri "Astronomiçeskii vestnik"in (rus. Астрономический вестник; mənası – "Astronomiya xəbərçisi") ingiliscə versiyasıdır. İngilis versiyası fəaliyyətə 2000-ci ildə 34-cü cildlə başladı. "Journal Citation Reports"a görə, jurnalın 2020-ci ildə impakt faktoru 0,706 olmuşdur.
Bakı-Şollar su kəməri
Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.
Bakı–Şollar su kəməri
Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.