Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şüalılar
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip. Şüalılar — plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir.
Şüalılar yarımsinfi

Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Suahili
Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır. Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir. Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir. Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir. Kiswahili sözü ərəb dilindəki sāhil ساحل: sawāhil سواحل (sahil) sözünün cəm halıdır. wa- önşəkilçisi ilə birlikdə işləndiyində söz "sahil sakinləri"ni, ki- önşəkilçisi ilə birlikdə işləndikdə isə (Kiswahili — "sahil sakinlərinin dili") onların dilini bildirir.
Suahili dili