Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəlkütə
Kəlkətə ( rəsmi adı 2001-ci ildən Kolkata ) (benq. কলকাতা, hindi. कोलकता, tib. ཀ་ལི་ཀུ་ཏ ing. Kolkata) — Hindistanın şərqində Qanqa çayının deltasında Qərbi Benqalın paytaxtı, Mumbaydan sonra ikinci böyük şəhərdir. 2020-ci ilin vəziyyətinə əsasən şəhərin əhalisi 14 850 066 nəfərdir [1]. İngilis hakimiyyəti dövründə, Kəlkətə 1911-ci ilə qədər bütün İngilis Hindistanının paytaxtı idi, bunun sayəsində şəhər böyük bir təhsil, elm, mədəniyyət və siyasət mərkəzidir. Digər tərəfdən, şəhərdə yoxsulluq, havanın çirklənməsi və tıxaclar kimi problemlər tez-tez meydana çıxır. == İstinadlar == 1.
Velute
Velute və ya Velute sousu fransız mətbəxindən olan toyuq bulyonu (toyuq suyu), yüngül qovrulmuş un və yağ qarışığı ilə hazırlanan ağ sousdur. Allemande sousu velute sousunun tərkibinə yumurta sarısı və toyuq bulyonu və ya balıq bulyonunu qarışdırmaqla hazırlanır. İstəyə əsasən sousun tərkibinə göbələklər də əlavə edilə bilər.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Strix seloputo
Strix seloputo (lat. Strix seloputo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Peter Şelte
Peter Şelte — Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Səltə (Çaypara)
Səltə (fars. سالطه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Santa Mariya della Salute kilsəsi
Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır. Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir.