ŞƏLTƏ

I
(Ağdam, Böyük Qarakilsə, Goranboy, Xocalı, Kürdəmir, Qazax, Şuşa)
kişi alt tumanı. – Əyləndə gədənin şəltəsi partdıyıf, cırılıf (Ağdam); – Şəltəni şalvarın altınnan giyillər (Goranboy); – Şalvarın altınnan geyillər, ona şəltə deyirdix’, indi tuman deyillər (Xocalı); – Altımnan şəltəm tüşürdü, güjnən gəlif çıxmışam (Şuşa)
◊ Şəltəsi işləməməx’ (Ağdam, Kürdəmir, Şuşa) – kələyi baş tutmamaq, hiyləsi baş tutmamaq. – Də:- səη, onun burda şəltəsi işdəmədi, çıxıf getdi (Ağdam); – Səniη kimisinin şəltəsi buralarda işdəməz, a bala (Şuşa)
II
(Böyük Qarakilsə, Gədəbəy, Gəncə, Qazax, Qusar)
1. cır-cındır
2. köhnə palaz
3. köhnə yorğan-döşək. – Öyündə iküş <iki-üç> şəltədən savayı nə var kın? (Gədəbəy); – Bu ku lap şəltədi (Böyük Qarakilsə)
◊ Şəltəsi üzgənməx’ (Gədəbəy) – vəziyyəti yaxşılaşmaq, pullanmaq. – Qasımın da şəltəsi üzgəndi
III
(Şəki)
qız evinə nişan aparılan gün. – Şəltə qız öyünə parça aparan günə diyillər
ŞƏLPÜTƏ
ŞƏLTƏK

Digər lüğətlərdə