Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Şəhrəbanu
Şəhrəbanu və ya Şəhrbanu (fars. شهربانو‎; bilinmir, İran – 658) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin (ə) anası. Lakin təqzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı və Əli ibn Hüseynin (ə) anası olması bir tarixi mifdir. Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıp və bu rəvayətləri rədd ediblər. == Həyatı == Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı. Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi. Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.
Şərəbyan
Şərəbyan və ya Şərəbiyan — İranın Şərqi Azərbaycan ostanının Sarab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,374 nəfər və 1,038 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. == Həmçinin bax == Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean == Xarici keçidlər == Şimali Amerika Sakit okean == Ədəbiyyat == Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Anqola cərəyanı
Anqola cərəyanı — Afrikanın qərb sahilləri boyunca keçən isti dəniz cərəyanı. Cərəyan cənub istiqamətində hərəkət edir. Cənub Ekvatorial əks cərəyanı ilə Benqel cərəyanının təsiri ilə formalaşır. İlk dəfə AtlantNİRO ekspedisiyası zamanı Moroşkin tərəfindən aşkar edilmişdir. O, cərəyanı "Cənub axını" adlandırır. Ancaq bu adın uğursuz olaraq verilməsi səbəbindən Anqola cərəyanı olaraq dəyişdirilir.
Antil cərəyanı
Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. == Xüsusiyyətləri == Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200-300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Braziliya cərəyanı
Braziliya cərəyanı— Atlantik okeanında Braziliyanın cənub sahilindən Rio de la Platosuna qədər cənub istiqamətində axan isti su axımıdır. == Xüsusiyyətləri == Braziliya cərəyanı Atlantik okeanında Cənubi passat cərəyanının bir hissəsinin Cənubi Amerika materiki ilə qarşılaşması nəticəsində yaranır. Cərəyan Cənubi passat cərəyanının təxminən 10–15˚ cənub enliyində Cabo de Sao Roque, Braziliya yaxınlığında parçalandığı yerdən başlayır. Axımın dərinliyi 700 m-ə qədər çatır və 12˚ cənub enliyində su nəqliyyatı 2,5 Sv-dir.Nəql etdiyi su axımı cənuba doğru artaraq 15˚ cənub enliyində 4 Sv çatır. Şelf zonasında təxminən 30˚ cənub enliyində axımın antisiklon sirkulyasiyası Braziliya cərəyanının nəql etdiyi suyun artmasına səbəb olur. Cənuba doğru 27˚ c.en., 31˚ c.en, 34 c.en. və 36 c.en-də su nəqliyyatı 11 Sv, 17 Sv, 22 Sv və 41 Sv-dır. Cəm nəqliyyat 36° c.en-ə qədər 70–80 Sv ola bilər, bunun da yarısı sirkulyasiya dövründə olur.Braziliya cərəyanı Cənubi passat cərəyanın bir hissəsidir. Axımın cənub hissəsi şərqə doğru axan Cənubi Atlantik axımından ibarətdir. Şərq sərhəddi Bengel cərəyan sistemidir.
Dreyf cərəyanı
Dreyf cərəyanı (hol.driyven-üzmək) – dənizlərdə və ya okeanlarda uzun müddətli küləyin suyun səthinə təsiri nəticəsində əmələ gələn cərəyana deyilir. Atlantik, Sakit və Hind okeanlarının bilavasitə Antarktidaya qovuşan cənub hissələrində, 40 və 550 c.e.-ləri arasında hakim qərb küləklərinin təsiri altında daimi Qərb küləkləri cərəyanı ən güclü dreyf cərəyanıdır. Passat cərəyanları da dreyf cərəyanıdır. Son buzlaşmadan 10 min ildən artıq bir dövr keçmişdir.
Elektrik cərəyanı
Elektrik cərəyanı – elektronların və ya ionların materialda və ya vakuumda nizamlanmış hərəkəti. Sükunət halındakı istənilən yüklü zərrəciyi hərəkətə gətirmək olar. Bu zaman Lorens və ya Kulon qüvvələrinin təsirindən istifadə olunur. Elektrik cərəyanı – yüklü hissəciklərin nizamlı hərəkətinə deyilir. Cərəyan şiddəti - ədədi qiymətcə d t {\displaystyle dt} müddətində naqilin en kəsiyindən keçən d q {\displaystyle dq} yükünün bu yükün keçmə müddətinə olan nisbətinə bərabərdir: I = d q d t {\displaystyle I={dq \over dt}} Onda xüsusi halda sabit cərəyan ( I = c o n s t {\displaystyle I=const} ) üçün alarıq: I = q t {\displaystyle I={q \over t}} Elektrik yükü vahidi – cərəyan şiddəti 1 A olan naqilin en kəsiyindən 1saniyədə keçən yük götürülür və fransız fiziki Kulonun şərəfinə 1 Kulon (1Kl) adlandırılır. Yəni, elektrik yükü vahidi törəmə vahiddir. 1 Kl = 1 A·san. Cərəyan şiddəti nəzəri olaraq I = q n v S {\displaystyle I=qnvS} düsturu ilə də hesablanır. Burada, q {\displaystyle q} - zərrəciyin yükü, n {\displaystyle n} - konsentrasiyası, v {\displaystyle v} - nizamlı hərəkət sürəti, S {\displaystyle S} isə naqilin en kəsiyinin sahəsidir. Ampermetr – cərəyan şiddətini ölçən cihazdır.
Florida cərəyanı
Florida cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Amerikanın cənub-şərq sahillərindən hərəkət edir. Karib cərəyanının davamıdır. Şərqə doğru istiqamətlənərək Florida boğazından keçir. Bundan sonra Baham adaları sahillərinə yönəlir. Burada Antil cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını əmələ gətirir. Sürəti 1,8 m/s təşkil edir.
Folklend cərəyanı
Folklend cərəyanı— ( və ya Malvin cərəyanı) Pataqoniyanın Atlantik okeanı sahili boyu şimala doğru, Rio de la Platosunun ağzına qədər uzanan soyuq okean cərəyanıdır. Cərəyanın orta sürəti 0,9-1,9 == Xüsusiyyətləri == Cərəyan Qərb küləkləri soyuq cərəyanının Cənibi Amerikanın Horn burnu ətrafında hərəkəti nəticəsində formalaşmışdır və Qərb küləkləri cərəyanının bir qolu hesab edilir. Adını Folklend adalarından götürmüşdür (ispanca: Island Malvinas). Folklend soyuq cərəyanın suları isti iqlimə malik Argentina dənizində tropik Braziliya cərəyanı ilə qarışır.Cərəyan ekvatora doğru axaraq, soyuq və nisbətən şirin subantarktik suyunu daşıyır. Qərb küləkləri cərəyanının qoludur. Saniyədə bir metrdən yarım metrə qədər dəyişən sürətlə 60-90 Sv suyu daşıyır. Cərəyanın olduğu sahədə hidroloji məlumatlar çox azdır ve buna görə müxtəlif hidroqrafik dəyişkənliklərdə böyük səhvlər olur. Folklend cərəyanı Braziliya səth axımı kimi deyil, ancaq dəniz zəminə qədər uzanır. Cərəyan üçün tipik su temperaturu 6° C ətrafında, duzluluq isə 33.5-34.5 promildir.
Kaliforniya cərəyanı
Kaliforniya cərəyanı— Sakit okeanda Şimali Amerikanın qərb sahilləri boyu cənub istiqamətində axan soyuq okean cərəyanıdır. Cərəyan Britaniya Kolumbiyasının cənubundan başlayır və Kaliforniya yarımadasının cənubunda sona çatır. Şimali Amerikanın sahil zonalarına təsirinə görə şərqi sərhəd axımı hesab olunur. Həmçinin, cərəyan yüksək təzyiq sahələrinin 5 əsas cərəyanlarından biridir. Digərləri Peru cərəyanı, Kanar cərəyanı, Bengel cərəyanı və Somali cərəyanıdır. Kaliforniya cərəyanı Sakit okeanın şimal kütləsinin əhatə edən böyük bir dönən su axımıdır. == Həmçinin bax == Sakit okean Kaliforniya yarımadası Dəniz cərəyanları == Xarici keçid == Okeanda suyun hərəkəti == Ədəbiyyat == Mann, K.H.; Lazier, J.R.N. (2006). Dynamics of Marine Ecosystems: Biological-Physical Interactions in the Oceans (3rd ed.). Blackwell Publishing. pp.
Kamçatka cərəyanı
Kamçatka cərəyanı— Sakit okeanın Sibir sahilləri və Kamçatka yarımadası sahilləri boyunca Berinq boğazından cənub-qərb istiqamətində axan soyuq okean cərəyanıdır. Sonra bu cərəyanın bir hissəsi Oyashio cərəyanı olur, qalan hissəsi isə daha isti Şimali Sakit okeanı cərəyanı ilə birləşir.
Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007). Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bu günkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular. == Həmçinin bax == Kanar adaları Folklend cərəyanı Braziliya cərəyanı Labrador cərəyanı == Ədəbiyyat == Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun.
Kromvel cərəyanı
Kromvel cərəyanı — Sakit okeandan keçən soyuq dəniz cərəyanı. Cənubi Passat cərəyanından (154°—150° q.u.) başlayaraq Qalapaqos adalarına qədər uzanır. 6500 km məsafədə hərəkət edir. Axının sürəti 70 sm/s - 150 sm/s arasında dəyişir. Cərəyanın eni 300 km-dir. Cərəyan 1952-ci ildə ABŞ okeanoqrafı Tounsend Kromvelin rəhbərliyi altında aşkarlanmışdır. Cərəyan elə onun adını daşıyır. == Mənbə == Kromvel cərəyanı.
Kurosio cərəyanı
Kurosio cərəyanı — Sakit okeanın şimal-qərb hissəsində şimala doğru axan isti okean cərəyanıdır. Cərəyan Atlantik okeanda Qolfstrim cərəyanı ilə oxşardır və Sakit okeanın şimal axınının bir hissəsidir. Qolfstrim kimi güclü bir qərb sərhəd axımıdır. == Fiziki xüsusiyyətləri == Kurosio cərəyanı Luson adası, Filippin adaları və Tayvanın şərq sahillərindən başlayır və Şimali Sakit okean cərəyanının şərqə doğru birləşdiyi Yaponiyanı keçib, şimal-şərqə doğru axır. Cərəyan Qolfstrim cərəyanının analoqudur və isti, tropik suyu şimala doğru qütb bölgəsinə daşıyır. Cərəyan bəzən Qara axım kimi tanınır - kurosionun ingilis dili tərcüməsidir və suyunun dərin mavisinin bir mənbəyidir - və həmçinin, "Yaponiya cərəyanı" (日本 海流 Nihon Kairyū) kimi də tanınır. Yaponiyanın cənubundakı Kurosio yolu hər günü bildirilməkdədir. Cərəyanın həmsərhədləri şimalda Şimali Sakit okean cərəyanı, şərqdə Kaliforniya cərəyanı və cənubda Şimali Passat cərəyanıdır. Kurosio cərəyanının isti suları dünyanın ən şimal mərcan rifi olan Yaponiyanın mərcan riflərini qoruyur. Yapon dənizinə daxil olan qolu Tsuşima cərəyanı (対 馬海 流 Tsushima Kairyū) adlanır.
Labrador cərəyanı
Labrador cərəyanı— Şimal Buzlu okeanın cənub hissəsindən Atlantik okeanın şimal hissəsinə Labrador yarımadası sahillərindən boyunca cənuba doğru axan Nyufaundlend ətrafındakı soyuq okean cərəyanıdır, cənuba doğru Yeni Şotlandiyanın şərq sahillərinə davam edir. Cərəyan Qərbi Qrenlandiya cərəyanı və Baffin adası cərəyanının davamıdır. == Xüsusiyyətləri == Labrador cərəyanı Nyufaundlendin cənub-şərq hissəsində isti Qolfstrim cərəyanı ilə qarşılaşır. Bu iki cərəyanın qarışması güclü duman yaradır və dünyanın ən zəngin balıqçılıq sahələrindən birini yaratdı. Yazda və yayın əvvəlində bu cərəyan Qrenlandiyanın cənub hissələrinin buzlaqlarından aysberqləri Trans-Atlantik gəmiçilik zolaqlarına aparır. Labrador cərəyanının suyu Kanadanın Atlantik əyalətlərinə və Mainin cənubundan Massaçuetə doğru ABŞ-nin şimal-şərq sahillərinə soyuq təsir edir . Labrador cərəyanının axımı böyük bir barotropik komponentdən ibarətdir. Erkən hesablamalar, əhəmiyyətli bir barotropik axın komponentinin nəticəsi olaraq, cərəyanın geostrofik hesablamalardan 30% daha güclü ola biləcəyini göstərir (Hayes və Robe, 1978). Greenberg və Petrie (1988) axımın ümumi nəqliyyatını 7.6 sverdrup hesablamışlar (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geostrofik nəqliyyat sadəcə 4,1 Sv (IIP bölmələrinə əsasən) hesablanmışdır.
Lomonosov cərəyanı
Lomonosov cərəyanı — Atlantik okeanının Ekvatorial qurşağından keçən soyuq dəniz cərəyanı. Bu cərəyan Atlantik okeanında 14 aprel — 7 iyul 1959-cu il 5-ci sovet elmi-araşdırma ekspedisiyası Mixail Lomonosov gəmisində tətqiqat işi apararkən aşkarlanmışdır. Ekvatorun 30° q. uzunluğunda, Cənubi Passat cərəyanının sərhədi boyunca şərq istiqamətində hərəkət edir. Orta sürəti 96 sm/s, maksimal sürəti isə 119 sm/s təşkil edir. Lomonosov cərəyanı 200 km enə və 150 m dərinliyə sahibdir. Bu cərəyan Braziliya sahillərindən başlayır (5° c. e) və Qvineya körfəzi ahillərinə kimi davam edir. Cərəyanın ən güçlü hissəsi 50-125 metr dərinlikdən keçir. Cərəyanın temperaturu 20°С-dir.
Madaqaskar cərəyanı
Madaqaskar cərəyanı — Hind okeanının qərbində, Madaqaskar adasının cənub və şərq sahilləri boyunca hərəkət edən isti dəniz cərəyanı. Cənub, cənub-qərbə doğru km/s sürətlə hərəkət edir. Suyunun temperaturu 26 °С təşkilm edir. Duzluğu 35 ‰-dir. Cənub-qərbdə İynə burnu cərəyanı ilə birləşir.
Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır. == Yaranması == Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir. == Mozambik boğazı burulğanları == Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.
Oyaşio cərəyanı
Oyaşio cərəyanı— Oxot və ya Kuril cərəyanı kimi tanınan Oyashio (親 潮, "Parental Tide"), Sakit okeanın şimal hissəsinin qərbində cənuba axan və saat əqrəbinin əksinə fırlanan soyuq okean cərəyanıdır. == Xüsusiyyətləri == Oyaşio cərəyanının suları Şimal Buzlu okeanında meydana gəlir və Berinq boğazından cənuba doğru Berinq dənizinə keçərək, Şimal Buzlu okeanın soyuq sularını Sakit okeana və Oxot dənizinə daşıyır. Yaponiyanın şərq sahillərində Kurosio cərəyanı ilə toqquşur və Şimali Sakit okean dreyfini yaradır. Qida maddələri ilə zəngin olan Oyaşio cərəyanı dəniz canlılarını bəsləyən, bəsləyən ana rolu ilə məcazi olaraq adlandırılmışdır.Cərəyanın Rusiyanın Uzaq Şərq ərazilərinin, xüsusilə Kamçatka və Çukotun iqliminə mühüm təsiri var, harada ki, ağac artımının şimal sərhədi on dərəcəyə qədər cənuba daxili Sibirə hərəkət edir. Oyaşio cərəyanının suları soyuq suyun tərkibində olan yüksək miqdarda qida maddələrinə görə dünyada ən zəngin balıqçılıq sahəsindən birini formalaşdırır. Bununla yanaşı, Oyashio cərəyanı Vladivostokun buz dövründə isti liman olmağa və buzqıran gəmilərinin qışda açıq qalmasını tələb edir. Buna baxmayaraq, bu, Oxot dənizindən balıqların məhsuldarlığına nisbətən az təsir göstərir, çünki böyük dalğalar donmanın asanlıqla baş verməsini imkan vermir.
Peru cərəyanı
Peru cərəyanı (və ya Humbolt cərəyanı)— Sakit okeanda Cənubi Amerikanın qərb sahillərindən şimal istiqamətdə axan soyuq okean cərəyanıdır. Cərəyanın Humbolt adı Prussiya təbiətşünası Aleksandr fon Humboldtun adından götürülmüşdür. 1846-cı ildə Humbolt "Cosmos" adlı kitabında bu soyuq axımın ölçülərini vermişdir. == Fiziki xüsusiyyətləri == Cərəyan cənuda Çilidən (~ 45° c.en) şimalda Peruya (~ 4°S) qədər uzanır və soyuq, yüksəlmiş sular Ekvator cəbhəsi yaratmaq üçün isti tropik sularla kəsişir. Peru sahillərində dəniz səthinin temperaturu 5°C-dən 16°C-dək aşağı temperatura çatır. Digər bölgələrdə temperaturun 25 ° C-dən yuxarı olması səbəbiylə tropik suların özəlliklləri çox hiss olunmur. Yüksəlmə fitoplanktonu bəsləyən və nəticədə bioloji məhsuldarlığı artıran qida maddələrini səthə gətirir.
Fərəhani
Fərəhani (fars. فراهانی‎) — İran soyadı. Mirzə Əbülqasim Fərəhani (1779-1835) — İranın baş naziri, dövlət xadimi. Mirzə İsa Fərəhani (1733-1822) — Abbas mirzənin vəziri. Mirzə Tağı xan Əmir Kəbir Fərəhani (1807-1852) — Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851), dövlət xadimi. Behzad Fərəhani (doğ. 1945) — İran aktyoru. Gülşiftə Fərəhani (doğ. 1983) — İran aktrisası. Ramin Fərəhani (doğ.
Həzəbani
Həzəbani və ya həzbani (kürd. ھەزەبانی ,Hecbanî) —orta əsrlərdə sünni müsəlman kürd tayfası. Mərkəzi Ərbil, Üşnəviyyə və Urmiya olan bir neçə qrupa bölünmüşdü. Onların hökmranlığına şərqdə Marağa və Urmiyanın ətraf əraziləri, şimalda Salmas, qərbdə Ərbil və Mosulun bir hissəsi 906–1080-ci illər arasında hökm sürmüşdü. Təxminən X əsrdə onlar tədricən şimala doğru, yay paytaxtı Üşnü olan, Urmiya gölünün ətrafındakı ərazilərə köçmüşdülər. Onlar bir müddət bu ərazidə hökmranlıq etmiş, lakin sonradan Azərbaycan və Qafqaza yayılan bir neçə qola ayrılmışdılar. Kürd müsəlman hökmdarı Səlahəddin həzəbani qollarından birinin nəslindən idi.
Erebuni
Erebuni qalası — indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. Erebuni qoruğu — Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşən qoruq. Erebuni Hava Limanı — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Atriplex serenana
Atriplex serenana (lat. Atriplex serenana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Cəlal Tələbani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.