AĞBİRÇƏK


1. sif. Saçı ağarmış yaşlı, qoca, hörmətli (qadın haqqında).
[Fatma xanım:] Məni bu ağbirçək vaxtımda oğru eyləyir. N.Vəzirov.
Bir az sonra Vaqifin evində olan ağbirçək qadın … çıxdı. Çəmənzəminli.
Gözündə kainat başqadır bütün; Gənclikdən zövq alır ağbirçək qarı. S.Vurğun.

2. is. məc. Dünyagörmüş, təcrübəli qadın, yaşlı qadın.
Tükəzbanın bu cür hərəkətlərinə görə kəndin ağsaqqalları onun ərini və atasını çox töhmət edirdilər və ağbirçəklər də onu öz aralarına qoymazdılar. B.Talıblı.
[Şərəbanı:] Sabahları, deməli ki, əl qaldırıb içimizdən bir ağbirçəyi seçib iş başına qoysaq, qoyarıq. Mir Cəlal.

// Evin, ailənin ən yaşlı və hörmətli qadını.
Ancaq Məryəmin ata-anası oğlan tərəfindən, bir ağsaqqalın və ya bir ağbirçəyin iştirak etməsini tələb edirlərdi. B.Talıblı.
Evin ağbirçəyi Nubar … tündməzac, dargöz və deyingən bir qarı idi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞBİRÇƏK 1. AĞBİRÇƏK(Lİ) (yaşlı qadın haqqında) [Fatma:] Elə eləmə ki, bu ağbirçək vaxtımda küçələrə düşüm, ona-buna əl açıb, dilənim (H

Omonimlər

  • AĞBİRÇƏK AĞBİRÇƏK I is. Ailənin böyüyü, başçısı. Bizə ağlı həmişə sən öyrədirsən, ağbirçəyimizsən (B.Bayramov)
AĞBƏNİZ
AĞBİRÇƏKLİ

Digər lüğətlərdə