Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəşriyyat
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar — mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV–XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Şirniyyat
Şirniyyat — Unlu qənnadı məmulatlarıdır. Unlu qənnаdı məmulаtı ümumi qənnаdı məmulаtının 42%-ə qədərini təşkil еdir. Bu məhsullаrın yüksək qidаlılıq dəyəri оnlаrın tərkibində kаrbоhidrаtlаrın, yаğlаrın və zülаllаrın çох оlmаsındаn irəli gəlir. Bu qrupа pеçеnyеlər, quru pеçеnyе (krеkеr) və qаlеt, yаğlı-şəkərli pеçеnyе, pryаnik, vаfli, tоrt, pirоjnа, kеks və rоmlu kökələr аiddir. Şirniyyatın istеhsаlı üçün əsаs хаmmаl buğdа unu, şəkər və yаğ hеsаb еdilir. Bunlаrdаn bаşqа yumurtа, süd və süd məhsullаrı, bаl, qəhvə, kаkао, müхtəlif ədviyyаt və ətirli mаddələr, yumşаldıcılаr sərf еdilir. Əsаsən əlа və 1-ci sоrt un götürülür, pеçеnyе хəmirinə 13%, biskvit хəmirinə isə 25% nişаstа əlаvə еdilir. Unlu qənnаdı məmulаtı kimyəvi, biоlоji və fiziki üsullаrlа yumşаldılır. Fiziki üsullа yumşаldılmа kütlənin çаlınıb (məsələn, biskvit хəmiri) hаvа və yа kаrbоn qаzı ilə dоydurulmаsınа əsаslаnır. Kimyəvi üsullа yumşаltmа аpаrdıqdа sоdа (NаHCО3), аmmоnium kаrbоnаt (NH4)2CО3) və yа turşu qələvi qаrışığındаn istifаdə еdilir.
Ətriyyat
Ətriyyat — çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif ətirli maddələrdir. Çox zaman ətriyyat dedikdə incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr - mayelər, sular, yağlar, məlzəmələr nəzərdə tutulur. Ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Onlardan xəstəliklərin müalicəsində də istifadə olunur. == Azərbaycanda ətriyyatın inkişafı == Azərbaycan əttarlarının hazırladıqları müxtəlif təyinatlı ətriyyat maddələrindən Avropa ölkələrinin kral saraylarında xüsusilə məşhur olduğu barədə tarixi qaynaqlarda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Azərbaycanın 9 iqlim qurşağına malik olması burada dünyanın bir çox ölkələrində rast gəlinməyən nadir çiçək və otların yetişməsinə şərait yaratmışdır. == Ətriyyat maddələri təbabətdə == Qədim zamanlardan bu günümüzə kimi insanlar bu və ya digər cismani narahatlıqlar, müxtəlif xəstəliklər zamanı ətriyyat maddələrindən istifadə edərək şəfa tapmışlar. Məsələn, bənövşə yağı əsasən ürək ağrıları, ürək döyüntüləri, qəlb sıxıntıları və narahatlıqlarında istifadə olunub. Qızılgüldən alınan gülab maddəsi isə qan təzyiqini, sinə ağrılarını, ürək döyüntüsünü aradan qaldıran ən təsirli vasitədir. Süsənbər çiçəyinin ləçəklərindən alınan şirə isə həm bəzi daxili xəstəliklər- mədə xorası, bağırsaq narahatlığı, həzm prosesinin pozulması hallarında dərman kimi işlənmiş, həm də uzun müddətli və cazibədar rayihəsi olan ətriyyat kimi tanınmışdır.
Bamiyə (şirniyyat)
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Elm (nəşriyyat)
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Hərbi Nəşriyyat
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Köhlən (nəşriyyat)
Kəpəz (nəşriyyat)
Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) — Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov. Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb. == Nəşriyyat haqqında == Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.
Laruss (nəşriyyat)
Laruss (fr. Les Éditions Larousse) — 1852-ci ildə Pyer Laruss və Ogüst Byan tərəfindən təsis edilmiş Fransa nəşriyyatı. Nəşriyyat istinad ədəbiyyatının (lüğətlərin, ensiklopediyaların) nəşri üzrə ixtisaslaşmışdır. == Tarixi == Bundan əlavə, nəşriyyat "Vie et langage" elmi-populyar jurnalı, həmçinin "Langue française" və "Langages" jurnallarını kimi dilçilik üzrə jurnallar nəşr etdirir. Nəşriyyatın proqramına "Langue et langage" seriyasında çap olunmuş dilçilik üzrə əsərlər də daxildir. "Laruss" nəşriyyatı 2004-cü ildən "Aşett" nəşriyyat konserninin bir hissəsidir. Nəşriyyat 13 may 2008-ci il tarixindən etibarən internetdə pulsuz lüğətlər və ensiklopediyalar təklif etməyə başlamışdır. Bu, "Vikipediya"nın prinsiplərinə uyğun olaraq istifadəçilər tərəfindən əlavə oluna bilər. == Əlavə ədəbiyyat == Энциклопедический словарь Ларусс (Petit Larousse) — многократно переиздаваемая книга. Большая энциклопедия Ларусс (Grand Larousse Encyclopédique) — издана в 1960—1964 годах.
Mütərcim (nəşriyyat)
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. == Tarixi == 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. == Mükafatları == Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. == Yerli və xarici əlaqələri == Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Nauka (nəşriyyat)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. == Tarixi == Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar — mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV–XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. == Tarixi == "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. == Əlavə ədəbiyyat == Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Qanun (nəşriyyat)
Azərbaycanın ən qabaqcıl nəşriyyatı, "Hər gün yeni bir kitab" devizi ilə fəaliyyət göstərən "Qanun Nəşriyyatı"nın əsası 1992-ci il 18 yanvarda qoyulub. "Qanun Nəşriyyatı" 1995-ci ildən müstəqil nəşriyyat kimi fəaliyyət göstərir. . Nəşriyyatın təsisçisi Şahbaz Xuduoğlu, 2024-cü ilə qədər həm də nəşriyyatın direktoru kimi fəaliyyət göstərib. 2024-cü ilin avqust ayında Ayan Etibar Nəşriyyatın icraçı direktoru, Aygün Əziz isə baş redaktoru təyin edilib. Şahbaz Xuduoğlu Nəşriyyatda təsisçi və naşir olaraq fəaliyyətini davam etdirir. Nəşriyyat ilk illərdə əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Hazırda isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verilir. == Fəaliyyəti == "Qanun Nəşriyyatı" bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. "Qanun Nəşriyyatı"nın gənclərlə bağlı başladığı "Birinci kitab" və "Ən yeni ədəbiyyat" seriyası cəmiyyətdə populyarlıq qazanmışdır. "Qanun" nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Qabriel Qarsiya Markes, Orxan Pamuk, Herta Müller, Jan-Mari Qustav Le Klezio, Joze Saramaqo, Alber Kamü və s.
Qeyrət (nəşriyyat)
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.
Ting (nəşriyyat)
Ting — Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox rəngarəng və tərbiyəvi uşaq kitablarının müəllifi Çinarə Köçərlinin təsis etdiyi nəşriyyat. “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayıb. 2021-ci ildə Ting nəşriyyatı VII Bakı Beynəlxalq Kitab Sərgisi, Sumqayıt Kitab Sərgisi, Gəncə Kitab Sərgisi, Milli Kitab və b. sərgilərdə iştirak etmişdir. == Haqqında == 2021-ci ildə Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə çox önəmli bir layihəyə imza atıb. Belə ki, Kitabi-Dədə Qorqud hekayələrindən ilham alaraq Ufuk Tufanın qələmə aldığı və 5 fərqli dəyərə yer verdiyi “Bamsı Beyrək Divlər Ölkəsində”, “Banu Çiçək Pərilər Diyarında” adlı, nəfis tərtibatlı, 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət, müxtəlif rəsmlərdən ibarət, qədim türk kəlimələrinin açıqlamasından və kitabın sonunda dəyərləndirmə testlərindən ibarət 112 səhifəlik kitab işıq üzü görüb. Kitablarda “Dədə Qorqud” dastanının önəmli qəhrəmanlarının səyahəti, başlarına gələn müxtəlif hadisələr uşaqların həyəcan və maraqla kitabı oxumasına səbəb olsa da, daha çox onlara müsbət mənəvi keyfiyyətləri aşılayır, türk millətinin qəhrəman və qorxmazlığını anladır. Belə ki, qəhrəmanların simasında vətən sevgisi, sülhsevərlik, vətənpərvərlik, sirindillik, sadəlik kimi xüsusiyyətlər öyrədilir. Mərhəmətli, nikbin, ədalətli, fədakar olmağa çağırır. Heyvanları sevməyin, təbiəti qorumağın mühümlüyü vurğulanır.
Təbib (nəşriyyat)
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Şirniyyat müharibəsi
Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər Fransa və Meksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu. == Arxa plan == Birinci Meksika Respublikasının ilk illərində ölkə daxilindəki xaos güclənməkdə idi. Qarışıqlıqlardan əziyyət çəkənlər daha çox varlı mülk və torpaq sahibləri olmuşdur. Belə ki, onlara məxsus mülklərin yağmalanması ölkə boyu geniş fürsət almışdı. Məhkəmə və idarəetmə sistemi tam formalaşmadığından vətəndaşlar onlara dəyən zərərlə bağlı müraciət edəcək orqan tapa bilmirdilər. Dəymiş zərərin ödənilməsi ilə bağlı mexanizmin olmaması nəticəsində, əhalinin hökumətə qarşı olan etirazı genişlənməyə və zamanla bütün ölkəni əhatə etməyə başlamışdı.
Avrora (nəşriyyat)
Avrora — SSRİ və Rusiya ixtisaslaşmış nəşriyyatı. Mərkəzi Sankt-Peterburqdadır, lakin Moskvada da filialı var. 1969-cu ildə "Sovetski xudojnik" nəşriyyatının Leninqrad filialının bazasında yaradılmışdır. Nəşriyyat bədii albomlar, rəsm əsərlərinin reproduksiyaları, rus və xarici dillərdə mətnləri olan açıqcalar və bukletlər nəşr edir. "Avrora" nəşriyyat evinin saytında yerləşdirilən məlumata görə, nəşriyyatın mövcud olduğu dövrdə ümumi tirajı 1,300,000,000 nüsxədən çox olan 23 minə yaxın nüsxə buraxılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Власов В. Г. «Аврора» // Виктор Власов (redaktor). Новый энциклопедический словарь изобразительного искусства. 1. СПб.: Азбука-Классика. 2004.
Domovina (nəşriyyat)
Domovina (nəşriyyat) (y.sorb Ludowe nakładnistwo Domowina, a.sorb Ludowe nakładnistwo Domowina, alm. Domowina-Verlag‎) — Almaniyada aşağı sorb və yuxarı sorb dillərində çap nəşrləri istehsal edən nəşriyyat evi. Bautzendə yerləşir. == Tarixi == Nəşriyyat 1958-ci il iyulun 1-də dövlət müəssisəsi kimi Bautzen şəhərində yaradılmışdır. Sorb dilində kitablar, jurnallar və qəzetlər, eləcə də Sorb mövzularında alman dilində kitablar nəşr edən nəşriyyat evidir. Sorb dilində yeganə nəşriyyat evi 1958-ci il iyulun 1-də Bautzendə dövlət şirkəti kimi yaradılıb və yenidən birləşmədən sonra özəlləşdirilib. Yuxarı Sorb, Aşağı Sorb və Alman dillərində bədii, qeyri-bədii və uşaq kitabları ilə yanaşı, Yuxarı Sorb dilində gündəlik Serbske Nowiny qəzetini, Aşağı Sorbiyada həftəlik Nowy Casnik qəzetini, həftəlik Yuxarı Sorb katolik jurnalı Katolski Posolu, aylıq nəşr edirdi. 2008-ci ilə qədər nəşriyyat təxminən 3800 nəşr nəşr etdi. Hər il təxminən 60 yeni buraxılış var. == Müəlliflər == == Dövri nəşrlər == Katolski Posoł : časopis katolskich Serbow, založeno Michałem Hórnikem roku 1863, vydává Towarstwo Cyrila a Metoda z.t., ISSN 0138–2543.
Akademik nəşriyyat
Akademik nəşriyyat — elmi araşdırmaların, nəzəri və tətbiqi biliklərin geniş yayılması üçün yaradılan nəşriyyat sahəsidir. Nəşriyyatın əsas məqsədi, akademik cəmiyyətin və ictimaiyyətin istifadəsi üçün etibarlı və yüksək keyfiyyətli məlumat təmin etməkdir. Akademik nəşriyyat, kitablar, elmi məqalələr, konfrans materialları və digər tədris resurslarını dərc etməklə biliklərin yayılmasına xidmət edir. Akademik nəşriyyat elmi araşdırmaları və əsərləri yayan nəşriyyat sənayesinin alt bölməsidir. Akademik işlərin əksəriyyəti akademik jurnallarda məqalələr, kitablar və ya dissertasiyalarda dərc olunur. Akademik yazının rəsmi nəşr olunmayan, sadəcə olaraq çap olunan və ya internetdə yerləşdirilən hissəsinə çox vaxt “boz ədəbiyyat” deyilir. Əksər elmi və akademik jurnallar və bir çox akademik və elmi kitablar, hamısı olmasa da, dərc olunmaq üçün mətnləri seçmək üçün bir növ həmyaşıd rəyinə və ya redaksiya rəyinə əsaslanır. Rəylərin keyfiyyəti və seçiciliyi üçün standartlar jurnaldan jurnala, naşirdən nəşriyyata və sahədən sahəyə geniş şəkildə dəyişir. == Xüsusiyyətləri == Nəşrlər əsasən araşdırmalara, tədqiqatlara və elmi nəzəriyyələrə əsaslanır. Məzmun, əksər hallarda konkret bir elmi sahə ilə bağlı olur.
Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir. == Tarixi == "Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.