Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahilər sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Aram Şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Arslan şah
Arslanşah — ad.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Cüneyd Şah
Cüneyd Şah (1992, Srinaqar[d] – 16 iyul 2020, Srinaqar[d]) — Hindistan aktyoru və modeli. Bolid aktyor Ranbir Kapoor ilə bənzərliyi səbəbindən ayrı bir fan bazasına sahib idi.
Deyzi Şah
Deyzi Şah (ing. Daisy Shah, hind (dev.) डेज़ी शाह) — Hindistanlı model, rəqqasə və aktrisa. 25 avqust 1984–cü ildə Hindistanın Maharaştra ştatında, Bombay (hazırda Mumbay) şəhərində, qucaratlı ailədə anadan olmuşdur.
Fətəli şah
Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğludur. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim Xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsir mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896-1907). Nəsrəddin şahın oğlu. Qaçarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.Atasının qətlindən sonra, 1896-cı ildə İran imperiyasının şahlıq taxtına əyləşmişdi.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu == Həyatı == Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — İran və Hindistanın şahı (1736–1747) və əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == II Təhmasib dövründə fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nasirəddin şah
Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896[…], Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar ​​Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar ​​xanədanına mənsub Məlik Cihan (Mehd-i Ülya) Xatundur. Beş yaşında vəliəhd təyin edilən Nəsirəddin şah 1847-ci ildə əmisinin yerinə Azərbaycan canişini oldu. Atasının vəfatından sonra Mirzə Tağı xanın dəstəyi ilə Təbrizdə hökmdar elan edildi. 1848-ci ilin oktyabr ayında Təbrizdən paytaxt Tehrana gedən Nəsirəddin şahın ilk icraatı Mirzə Tağı xanı Atabəyləri-i əzəm ünvanıyla sədarət mövqeyinə gətirmək oldu. Taki Xanın üsyan və qarışıqlıqlar içində çalxalanan ölkədə mərkəzi nüfuzu hakim qılmağı bacararaq Şahın gücünü artırdı, Digər tərəfdən Nasirəddin Şah Xivə və Buxara xanlığına reallaşdırdığı səfərlərdə qazandığı uğurlardan sonra Nəsrəddin şah özünü Nadir Şah, Napoleon və Böyük Pyotr kimi böyük hökmdarlarla eyni səviyyədə görməyə başladı. Ancaq Heratın ələ keçirilməsinə istiqamətli əsgəri hərəkatın, müstəmləkəsi Hindistan ilə İran və Rusiya arasında tampon bir ölkə yaratmaq istəyən İngiltərə tərəfindən maneə törədilməsi Nəsirəddin Şahı güc vəziyyətdə buraxdı. Şəhər İngilislərin əlindədir. Şah, İngiltərə ilə 4 mart 1857-ci ildə imzalanan Paris sülh müqaviləsinə əsasən Əfqanıstanı tanıdı və Herat üzərindəki haqqlarından imtina etdi.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.
Toğrul şah
Toğrul şah — Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.
İbrahimqulu şah
İbrahimqulu şah Vali — Qolkonda hökmdarı, ilk dəfə Sultan titulundan istifadə etmişdir. == Həyatı == Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mükəmməl öyrənmişdi. Onun dövründə şiələrdən əlavə hindular da dövlət vəzifələrinə gətirilirdi. == Talikota döyüşü == Vicayanaqar imperiyasının böyüməsindən qorxuya düşən Əhmədnaqar, Bicapur, Berar və Bidar sultanları ittifaqa tələsdilər. Əhmədnaqar sultanı I Hüseyn Nizamşah İbrahimqulu ilə dost idi. Beləliklə Qütbşahlar da bu ittifaqa qoşuldular. 29 dekabr 1564-cü ildə ilk toqquşmalar baş verdi. Bu toqquşmalarda Nizamşah və Qütbşah məğlub olsalar da, Adilşahların da döyüşə qoşulmasından sonra 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi.
Şah gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Hənbəli məzhəbi
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. == Yaranması == Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.On dörd il mübarizə əzmi göstərən, yeddi il zindanlarda qalan Əhməd ibn Hənbəl mətinliyi və dönməzliyi sayəsində mötəzilə ehkamını qəbul etməmişdir.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. == Xarici görünüş == Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995)Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi.DigərQənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Tuncəli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Təknəli
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir. == Toponimi == Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] == Toponimikası == Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
Tennesi
Tennessi - ABŞ-də ştat. Mərkəzi Neşvill şəhəridir.
Tunceli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.