Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şiləvar
Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır. Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir. Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur. Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir. Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır. Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır.
Şiləvar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şeyx İbrahim Şiləvari