Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şifrləmə
Bu məqalə şifrləmə alqoritmləri haqqındadır. Əgər siz ümumi kriptoqrafiya haqqında məlumat əldə etmək istəyirsinizsə Kriptoqrafiya məqaləsinə baxın. Kriptoqrafiyada şifrləmə deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə sözsüzki məlumat təhlükəsizliyinə təmamilə zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir. Alınan mətn şifrli mətn adlanır. Həmçinin gizli açar şifrləmisi kimi tanınır. Simmetrik açar şifrləmə metodunda şifrləmə və deşifrləmə üçün istifadə olunan açar eyni olur.
Birləşmək azadlığı
Birləşmək azadlığı — insanın birləşmələrə qovuşmaq və ya tərk etmək azadlığı və birləşmələrin öz üzvlərinin marağlarına əsasən birgə hərəkət azadlığı və birləşmələrin müəyyən kriteriyalara əsasən üzvləri qəbul etmək ya etməmək azadlığı. Birləşmə azadlığı insanların ən əsas hüquqlardan biridir. Hər bir fərdin təşkilatlanmaqda, formal olaraq və ya qeyri-rəsmi olaraq qruplar qurmaqda və sərbəst iştirak etməkdə sərbəst olmasını təmin edir. Ümumdünya insan hüquqları bəyannaməsinin 20-ci maddədə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddədə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddədə əks olunur.
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.