Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şivələr
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Azərbaycan dilinin şivələri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. == Məskunlaşma və say == Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. === İranda === Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Şiveylər
Şiveylər(çin. ənən. 室韋, sadə. 室韦, pinyin: shìwéi, hərfi mənası: "Шивэй", bu cür də yazılırdı: 失韋 shīwéi) —Monqol dilli köçəri xalq. Erkən orta çağdakı Şi-veylərlə bağlı bilgiləri də yenə biz Çin qaynaqlarından öyrənirik. Uygur və ya digər Türk yazılarında Şi-veylər ilə əlaqəli Şi-vey ya da onun Türkcə qarşılığı haqqında hər hansı bir ada rastlanılmamışdır. Uyğur dönəminin əvvəllərində Şi-vey tayfaları olduqca güclü və müstəqil bir şəkildə yaşadılar. Çünki bu sıralarda Tanq imperiyası və Uyğur dövlətinin onlarla məşğul olacaq boş zamanları yox idi. Çin qaynaqlarında uyğurlar haqqında; “şərqdə Şi-vey, qərbdə Altay dağları, cənubda Qobi çölü Uyğur dövlətinin sərhəd-sınırları içinə girdi. Yəni uyğurlar bütün göytürklərin torpaqlarına sahib oldular”, deyilməkdədir.
Siniger nunatakı
Siniger nunatakı (bolq. нунатак Синигер, ‘Nunatak Siniger’ \'nu-na-tak si-'ni-ger\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 500 m hündürlüklü qaya nunatakıdır. Nunatak cənubi Bolqarıstanda yerləşən Siniger şəhərinin adını daşıyır. Siniger nunatakı 63°43′23″ c. e. 58°25′12″ q. u. koordinatlarında yerləşmişdir. Morava zirvəsindən 2.97 km şimal-şərqdə, Kanikula dağından 4.65 km şərqdə, Giqen zirvəsindən 3.85 km cənubda, Panhard nunatakından 6.54 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Sinəsər (Germi)
Sinəsər (fars. سينه سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (15 ailə).
Sivədərə (Salmas)
Sivədərə (fars. سيوه در‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 343 nəfər. yaşayır (55 ailə).
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Brayan Singer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
Evan Siegel
Evan Siegel (1954) — Riyaziyyat və Kompüter Elmləri üzrə professordur. == Bioqrafiya == Evan Siegel 2000-ci ildə CUNY Graduate Center- də riyaziyyat üzrə fəlsəfə doktoru, Nyu-York Universitetində riyaziyyat üzrə magistr dərəcəsi və MIT-də riyaziyyat üzrə bakalavr dərəcəsi alıb. Hal-hazırda Nyu Cersi Siti Universitetində riyaziyyat üzrə dosentdir. Riyaziyyata olan marağı ilə yanaşı, Siegel Yaxın Şərqin tarixi və mədəniyyəti ilə də maraqlanır və bu mövzuda çoxsaylı nəşrləri var. Siegel fars, fransız, ərəb, türk, rus, alman və gürcü dillərindəki mənbələrdə araşdırma aparır. 1998–2000-ci illərdə Azərbaycanşünaslıq jurnalının redaksiya heyətinin üzvü, 1994–2002-ci illərdə isə Beynəlxalq Azərbaycanşünaslıq Cəmiyyətinin müxbir katibi vəzifəsində çalışın.
Masked Singer
Masked Singer (azərb. Maskalı Müğənni‎) — beynəlxalq musiqi realiti-oyun şousu franşizasıdır.
Pit Siger
Pete Seeger (3 may 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2014[…], Manhetten, Nyu-York ştatı) amerikan folki ifaçısı, janrin görkəmli ulduzlarından biri.
Con Sinqer Sarcent
İsak Başeviz Singer
İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס‎ — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[…], Leonçin[d], Mazovets voyevodluğu – 24 iyul 1991[…]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978). Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı. Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi.
Con Singer Sarcent
Con Sinqer Sarcent (12 yanvar 1856, Florensiya - 14 aprel 1925, London) — VIII Edvard dövründə Böyük Britaniyanın varlılarını və ziyalarını təsvir etdiyi portretləri ilə tanınan amerikalı rəssam. İncəsənət həyatında 900-dan çox yağlıboya əsəri, 2000-dən çox sulu boya əsəri və minlərlərlə eskiz yaratmışdır. Əsərlərinin içində Venesiya, Tirol, Korfu, Mayns, Florida kimi səyahət etdiyi şəhərlərin peyzajları da var. Sarcentin ailəsi amerikalı idi. Buna baxmayaraq həyatının böyük bir hissəsini Avropada keçirmişdir. İncəsənət təhsilini tamamaladıqdan sonra Londonda yaşamışdır. Londonda portret çəkmək bacarığı ilə məşhurlaşmış və bu şöhrətini vəfat edənədək qorumuşdur. Rəssam həyatında bir çox mübahisə ilə qarşılaşmışdır. Məsələn, hələ karyerasının ilk illərində "Madam X-in portreti" adlı əsərini portretçi kimi məşhurlaşmaq üçün yaratmışdı. Amma bu rəsm əsəri 1884-cü ildə açılan Paris Salonunda sərgilənərkən böyük tənqidlərə məruz qalmışdır.
Yozef Siqer-Qronski
Yozef Siqer-Qronski (slovak. Jozef Cíger-Hronský) — Slovak yazıçı, dramaturq, müəllim, publisist, katib və Matisa Slovakiyanın liderlərindən biri. 1910-cu ildə dövlət məktəbini bitirdikdən sonra 1914-cü ilə qədər Levitesdəki Macarıstan Pedaqoji Texnikumunda təhsil almışdır. Sonra orada dərs verir. Birinci Dünya müharibəsində, 1917-1918-ci illərdə İtaliya cəbhəsində piyada kimi xidmət etmişdir. Daha sonra 1928-ci ildən 1945-ci ilə qədər o, uşaq jurnalı olan Slniečko (The Sun) redaktoru vəzifəsində çalışmışdır. 1933-cü ildə Matisa Slovakiyanın katibi olur, daha sonra 1940-cı ildə onun rəhbəri olur, 1945-ci ilə qədər bu vəzifədə qalır. 1930-cu illərin sonlarında Qlinkov Slovakiya Xalq Partiyasına qoşulur. 1944-cü ildə Slovakiya Milli üsyanından sonra həbs olunur, lakin bir müddət sonra həbsdən azad edilir. Birinci Slovakiya Respublikasının məğlubiyyətindən sonra təqiblərdən qorxaraq Avstriyaya, daha sonra İtaliyaya mühacirət edir və nəhayət Argentinada məskunlaşır və burada toxuculuq fabrikində dizayner kimi çalışır.