Şiveylər(çin. ənən. 室韋, sadə. 室韦, pinyin: shìwéi, hərfi mənası: "Шивэй", bu cür də yazılırdı: 失韋 shīwéi) —Monqol dilli [1] köçəri xalq.
Erkən orta çağdakı Şi-veylərlə bağlı bilgiləri də yenə biz Çin qaynaqlarından öyrənirik. Uygur və ya digər Türk yazılarında Şi-veylər ilə əlaqəli Şi-vey ya da onun Türkcə qarşılığı haqqında hər hansı bir ada rastlanılmamışdır.
Uyğur dönəminin əvvəllərində Şi-vey tayfaları olduqca güclü və müstəqil bir şəkildə yaşadılar. Çünki bu sıralarda Tanq imperiyası və Uyğur dövlətinin onlarla məşğul olacaq boş zamanları yox idi. Çin qaynaqlarında uyğurlar haqqında; “şərqdə Şi-vey, qərbdə Altay dağları, cənubda Qobi çölü Uyğur dövlətinin sərhəd-sınırları içinə girdi. Yəni uyğurlar bütün göytürklərin torpaqlarına sahib oldular”,[2] deyilməkdədir. Bu bilgidən, uyğurların Uzaq Şərqdə Göytürk mirasının tamamını toplayamadıqları, bu arada Şi-veyləri hakimiyətləri altına alamadıqları anlaşılır.[3] Beləcə Uyğur dönəminin başlangıcında, Şi-veylər şərqdəki Monqol əsllı xalqları təmsil edərək Çin qaynaqlarında yer almışdır.
Bu dönəmlərdə, Şi-vey, Kerulen çayının cənubunda yaşayırdı. Şimal hüdudu bu qaynaqda bildirilməmiş, amma hərhalda xaqan hüdudun, Orkun çayının axdığı Baykal gölünə qədər uzandığını təsəvvür edirdi.[4]
Şi-veylər bu illərdə digər köçəbə tayfalar kimi çinlilərlə bir münasibət qurub, barış bağlamağa çalışdılar. Çünki VIII əsrin ilk yarılarına qədər, Çin salnamələrində, Şi-veylər hər il dəyişik zamanlarda Çin paytaxtına xərac verməklə gəldilər”,[5] deyilməkdədir.
Uyğurların iç qovgasından zəfərlə çıxan Moyan-Çur xaqan (S. Göməçə görə Börü-Kun) 750-ci ilin ilkbaharında şimal-qərbi Mancuriyadakı Şi-veyləri məğlub etdi.[6] Fəqət Şi-veylər bu hadisədən sonra Uyğur dövlətinin itaət altına girməmiş kimi görünürlər. Çünki qaynaqlara baxdığımızda onlar uyğurlardan olduqca müstəqil bir xarici siyasət izləməkdədir. Bəlgələrdə; 773-cü ildə, birdənbirə heç gözlənilməz bir anda yenə elçi göndərdilər və hədiyələr təqdim etdilər,[7] 780-ci illərdə on bir dəfə Çin sarayına gəldilər,[8] deyilən qeydlər vardır.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |