Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gürdəsər
Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır. == Toponimikası == Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib. Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir. == Əhalisi == Əhali tərkibi əsasən talışlardan ibarətdir. Əhalisi 857 nəfərdir. === Tanınmış şəxsləri === Axund Mirzə Əhməd Molla Rüstəm Molla Heybət Məmmədhüseyn Əliyev Fazil Ağayev == Din == Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdəsər

Mürdəşər
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Qızılağacabənzər mürdəşər
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Qafqazda yayılıb. Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Azərbaycanda, İranda təbii halda yayılmışdır. Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.