Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədilə yaradılmış əsərlərdən başqa).
Ədalətli rəftar
Ədalətli rəftar (ing. Fair Dealing) — termini əsasən müəllif hüquqları qanunlarında istifadə olunur və əsərin müəllif hüquqları ilə qorunan hissələrindən məhdud, ədalətli şəkildə istifadəni tənzimləyir. Termin, müəllif hüquqlarının pozulmadan əsərin müəyyən hissələrinin istifadə olunmasına imkan yaradır. Ədalətli rəftar xüsusilə təhsil, tədqiqat, xəbər yayımı və tənqid məqsədləri ilə bağlıdır. Müəyyən bir istifadə "ədalətli" hesab edilə bilmək üçün bir neçə əsas meyar nəzərə alınır: İstifadənin məqsədi — əgər istifadə tədqiqat, təhlil, xəbər yayımı və ya tədris məqsədi daşıyırsa, bu, ədalətli rəftar hesab oluna bilər. Əsərin məzmunu — məhsul ictimaiyyət üçün geniş şəkildə əlçatan olan materiallar üzərində ədalətli rəftar prinsipi daha geniş tətbiq edilə bilər. İstifadənin miqyası — əsərin çox kiçik bir hissəsinin istifadəsi ədalətli sayıla bilər, lakin əsərin tam surətinin çıxarılması adətən bu prinsiplə uyğun gəlmir. İstifadənin təsiri — əsərin kommersiya dəyərinə və ya müəllifin gəlirlərinə mənfi təsir etməməsi də vacib şərtdir. Əgər istifadə əsərin bazardakı satışlarına və ya müəllifin gəlirlərinə zərər verirsə, bu, ədalətli rəftar sayılmaya bilər. Beləliklə, "ədalətli rəftar" müəllif hüquqları qanununda balans yaradan bir vasitədir və istifadəçilərə, müəllifin icazəsi olmadan da müəyyən şərtlər daxilində əsərdən yararlanmağa imkan verir.
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. == Katolisizmdə == 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. == Pravoslavlıq == Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.