TƏRAVƏTLİ

sif.zərf
1. Təravəti olan; tər, təzə. Təravətli gül.
– …Hər tərəfdə otlar göyərmiş, ağacları təravətli yarpaqlar örtmüşdür. M.İbrahimov.

2. Təmiz, saf, sərin.
Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə.
Öz canından əziz tutur; Təravətli yaylaqları. H.Hüseynzadə.

3. Sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli. Təravətli gənc.
[Şəmsiyyə] incə, ətirlənmiş və təravətli bir xanımdır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRAVƏTLİ təzə — yeni — tər
  • TƏRAVƏTLİ təmiz — saf
TƏRAVƏTLƏNMƏK
TƏRBİYƏ

Digər lüğətlərdə