Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfzələddin Xaqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.p Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir.
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. == Həyatı == Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb.
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.p Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir.
Xacə Əfzələddin Türkə
Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı. == Həyatı == İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu.
Əfsəhəddin Hidayətullah
Əfsəhəddin Hidayətullah (Hidayət; XV əsr – dekabr 1497 və ya yanvar 1498) — Ağqoyunlular dövlətinin siyasi xadimi,şair. == Həyatı == Şeirlərində Hidayət təxəllüsündən istifadə edən Əfsəhəddin Hidayətullah bəy haqqında ədəbiyyat tarixində və bununla bağlı araşdırmalarda kifayət qədər məlumat yoxdur. Dövrün mənbə və qaynaqlarında türk dilində şeirlər yazmış bir sıra şairlərin adlarına rast gəlinsə də Hidayət adına sadəcə Kafzadə Faizinin "Zübdətül-eş-ar, Keşfü-zzünun və Sicill-i Osmanlı əsərlərində Hidayət Beg Nevayi kimi rast gəlinir. Bu şəxsin 1573-cü ildə vəfat etdiyi yazılır və sadəcə 2 ədəd Türkcə beytindən başqa heç bir məlumata rast gəlinmir. Lakin şairin ölüm tarixinin XVI əsrin ikinici yarısına təsadüf etməsi bu şəxsin Hidayətullah bəy olduğu ilə bağlı şübhə yaradır. Əmir Hidayətullah bəy qəzəllərində Ağqoyunlu hökmdarı Sultan Xəlildən, onun yaşadığı qəsrdən, qəsrin hər bir bürcündə parlayan İqbal ulduzundan, Taxt-ı Təbrizdən, şəm-i İrandan bəhs edib, mədhiyələr düzməsi onun Sultan Xəlil dövründə yaşadığını göstərir. Ol ki, əbül-fəth ləqəbdir ona İşə kərəm-huyi ədəbdir ona beytində şahın qələbi əbül-fəth olaraq göstərilir ki, bu ləqəb məhz Sultan Xəlilin adı ilə bağlıdır. Bəyin divanının Bodleian nüsxəsində bir digər Ağqoyunlu şahı Sultan Yaqubun da adına yer verilmişdir. Ey könül Yaqub Sultandur kim olmuş ki tiğ ilə əlindədir Ya Əli hər təzadın zülfükar əlindədir Gül keçib gülzar otursa nola çün bayəndədir Aləmin bağında sərv-i himmət-i Yaqub xan Belə ki, nüsxələrdən birində Sultan Xəlilin bir digərində Sultan Yaqubun adının keçməsi Hidayətullah bəyin həyatının heç olmasa bir dövrünün Ağqoyunlu sultanlarının hakimiyyətlərinə təsadüf etdiyini göstərir. Bu da şairin Ağqoyunlu hakimiyyətində olan ərazilərdə yaşadığının sübutudur.
Əkmələddin Ehsanoğlu
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. == Həyatı == 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Əkmələddin Naxçıvani
Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib (ö. 1302-ci ildən sonra) — XIII əsr həkimi. == Həyatı == Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar. Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.
Ekmeleddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. == Həyatı == 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Ekmələddin İhsanoğlu