Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhmədiyyə
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. == Həyatı == Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur.1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur. === Müharibədə iştirakı === Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir.
Əhmədiyyə Ulbaşov
Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası, SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır.
Əhmədiyyə məscidi
Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. == Tarixi == Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü.
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Əsədiyyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Məmmədiyyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədiyyə Yusifzadə
Məmmədiyyə Əhməd oğlu Yusifzadə (1902 – 1987) — Yazıçı, dramaturq; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (18 noyabr 1982). == Həyatı == Məmmədiyyə Yusifzadə Böyük Vətən müharibəsi başlayan ərəfədə Zaqatala rayon maarif şöbəsinin müdiri vəzifəsində çalışırmış. Məmmədiyyə Yusif-zadə müharibəyə getməkdən azad edilməsinə baxmayaraq təkidli müraciətdən sonra nəhayət ki, könüllü olaraq cəbhəyə yollanır. O, müharibənin çətin yolları ilə mərdliklə irəliləyərək Berlinə qədər döyüş yolu keçir və 1946-cı ildə vətənə qayıdır. == Ailəsi == Oğlu Ziya Yusifzadə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri olmuşdur.
Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Ulduz Həmidiyyə məscidi
Ulduz Həmidiyyə məscidi — İstanbulda Ulduz sarayının girişində yerləşən XIX əsrə aid məscid. == Tarixi == Banisi Sultan II Əbdülhəmid səbəbi ilə Həmidiyyə məscidi olaraq adlansa da, daha çox Ulduz məscidi olaraq tanınır. Sultan Əbdülhəmid 1876-cı ildə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüşdür. Taxtdan endirilən böyük qardaşı Sultan Muradın yenidən taxta çıxarılmasından qorxan Sultan Əbdülhəmid cümə salamlığında saraydan uzaqlaşmamaq üçün Ulduz sarayının girişindəki yüksəkliyə yeni bir məscid tikilməsini istədi. 1881-1885-ci illərdə inşa edilən məscidin inşaat prosesindən baş mabeynçi Osman bəy məsul idi. Bir çox mənbədə məscidin memarı olaraq erməni arxitekt Sarkis Balyan göstərilsə də, bu düz deyil. Dolmabağça sarayı arxivlərindəki sənədlərə görə, məscidin memarı Nikolaidis Jelpuylo adlı yunan əsilli memar idi. Osmanlı mənbələrində Nikolaki kalfa adıyla qeyd olunan Nikolaidis, vəzifəni aldıqdan sonra hazırladığı plan və rəsmlərlə birlikdə məscidin maketini quraraq Sultan Əbdülhəmidə təqdim etdi. Sultanın təsdiqindən sonra 20 dekabr 1881-ci ildə baş tutan mərasimlə məscidin təməli atıldı. Plana görə, məscidin minbəri Bursa Ulu məscidin minbərində olduğu kimi taxtadan olmalı idi.
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.
Hədiyyə (film, 2015)
== Süjet xətti == Xoşbəxt ər-arvad Saymon və Robin Kaliforniyada yeni evə köçürlər. Ev üçün alış-veriş edən zaman Saymon mağazaların birində təsadüfən Qordo ləqəbli sinif yoldaşı Cordon Mouzliyə rast gəlir. Saymon məktəb illərini demək olar ki xatırlamır, sinif yoldaşlarını axırıncı dəfə nə vaxt gördüyü heç yadında deyil, ona görə də Qordonu əvvəl tanımır. Mehriban və bir qədər qəribə görünən Qordo, onların evinə bir şüşə bahalı şərab göndərir. Bu hədiyyə yeni dostluğun əsasını qoyur. Saymon və Robin onu şam yeməyinə dəvət edirlər. Əvvəl hər şey yaxşı getsə də, Qordo münasibətləri ifrat dərəcəyə çatdırır, cütlüyün şəxsi həyatına burnunu soxur, inadkar şəkildə onların həyatına müdaxilə edir. Saymon və Robin onunla münasibətləri pozmaq qərarına gəlirlər. Ancaq dost bildiyi şəxsin evinin qapılarını onun üzünə bağlaması Qordonun heysiyyətinə toxunur. Belə münasibətdən hiddətlənən Qordo, məktəb illərini və Saymonun ona etdiklərinə çox yaxşı xatırlayır...
Hədiyyə (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Hədiyyə Xalçası (1949)
Hədiyyə xalçası (film, 1949)