ƏŞRƏFİYYƏ
ƏTİFƏ
OBASTAN VİKİ
Ətayə Əliyeva
Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Ətayə Əliyeva 2 may 1920-ci ildə Poltoratskda (hazırkı Aşqabad) sənətkar ailəsində doğulmuş, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır. Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli,həm də çevrim əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır. Afaq (Nizami), Həcər (Qaçaq Nəbi) Şirin (Fərhad və Şirin).İnci (Xoşbəxtlər),Süsən (Namus), Cəvahir (Cinli),Jenya (Bizim şəhərli oğlan) və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir. 1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə. Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yadda qalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C. Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır.

Digər lüğətlərdə

галео́н закидо́н опя́ть отгни́ть перекукова́ть праздномы́слие приубра́ть провозвеще́ние просо́дия сетяно́й утише́ние экумени́ческий я́чествовать аспири́н крахма́леный радиоаппарату́ра синхрофазотро́нный debiteuse gravel-blind gymnoblastic Levant morocco pronged арестантский искренне скромничать