ƏLƏDDƏVAM
ƏLƏFİYYAT
OBASTAN VİKİ
Ələfsər Məmmədov
Məmmədov Ələfsər Bəxtiyar oğlu (4 yanvar 1952, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — kimya elmləri doktoru, professor, aparıcı elmi işçi. == Həyatı == Ələfsər Məmmədov 4 yanvar 1952-ci ildə Şəki rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində "Su təhcizatı və su ayırma" kafedrasında professordur. Suyun analizi və təmizlənməsi üzrə dərslər verir. 121 elmi əsərin müəllifidir. 41 elmi əsəri xaricdə çap olunmuşdur. 4 müəlliflik şəhadətnaməsi, 3 dərslik, 2 bioqrafik kitab, 1 monoqrafiya müəllifidir. Nəzəri və təcrübi tədqiqatları nəticəsində turş-əsasi xarakterli katalizatorların (krekinq və piroliz üçün) seçilməsinin və fiziki-kimyəvi xassələrinin məqsədyönlü tənzimlənməsinin elmi əsaslarını inkişaf etdirmişdir. Turş-əsasi mexanizmli reaksiyalarda oksid sistemləri katalitik təsirinin proqnozlaşdırılması haqqında fərziyyəni inkişaf etdirmiş və D. T. Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində katalizatora yüksək fəallıq verə biləcək elementlərin əhatə dairəsini müəyyən etmişdir.

Digər lüğətlərdə

гидрогениза́ция зару́бина кардиологи́ческий лопа́рский миллионе́рша накогти́ться норадренали́новый ежедне́вный копче́ние перепи́счица подходи́ть стрекну́ться шинок be out buckram dipole fine Harrovian physical education smear-sheet traversal vapour-laden viticulture Yucatan Channel оттопыренный