Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələvicə
Ələvicə — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,692 nəfər və 1,696 ailədən ibarət idi.
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Eratosfen ələyi
Eratosfen ələyi(sieve of Eratosthenes,решето Эратосфена,Eratosthenes eleği)-sadə ədədlərin (təkcə 1-ə və özünə qalıqsız bölünən ədədlərin) axtarışı üsulu. Qədim Yunanıstanda işlənmiş Eratosfen ələyindən kompüterin, yaxud proqramlaşdırma dilinin işləmə sürətini müəyyənləşdirəndə etalon testi kimi istifadə olunur. Bu üsul yoxetmə prosesinə əsaslanır. 2-dən başlamaqla və ədədi öz mövqeyində saxlamaqla proses aşağıdakı kimi gedir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2-dən başlayaraq bütün cüt ədədlər (2-nin misilləri) yox edilir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 3-dən başlayaraq 3-ün misli olan bütün ədədlər yox edilir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Proses verilmiş ədədlər sırasında ən böyük ədədin kvadrat kökündən böyük olan ədədədək davam etdirilir. Bu halda növbəti ədəd olan 5 sıranın ən böyük ədədi olan 20’nin kvadrat kökündən böyükdür, deməli, proses dayandırılmalıdır. Yerdə qalan bütün yox edilməmiş ədədlər sadədir: 2, 3, 5, 7, 11, 13,17 və 19. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 770 s.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Teyiçi Matsumaru
Teyiçi Matsumaru (28 fevral 1909 - 6 yanvar 1997) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır. 1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir.
Leyci Matsumoto
Leyci Matsumoto (松本零士, Matsumoto Reyci, 25 yanvar 1938[…], Kioto prefekturası – 13 fevral 2023, Tokio) və ya doğum adı ilə Akira Matsumoto (松本晟) – Yaponiya manqakası və animatoru. "Space Battleship Yamato", "Space Pirate Captain Harlock" və "Galaxy Express 999" kimi kosmik opera işlərinə görə tanınır. == İlk illəri == Leyci Matsumoto 1938-ci ildə Yaponiyanın Fukuoka prefekturasının Kurume şəhərində samuray nəslindən olan ailədə doğulmuşdur. Yeddi uşaqlı ailənin ortancıl uşağı idi. Anası keçmiş müəllim idi, atası isə Yaponiya İmperatorluq Ordusu Akademiyasını bitirmiş mayor idi və İkinci Dünya müharibəsində pilot kimi döyüşmüşdü. == Yaradıcılığı == İlk işi olan "Mitsubachi no Boken" manqasını hələ 15 yaşında ikən bir manqa jurnalında nəşr etdirmişdir. Liseyi bitirdikdən sonra peşəkar manqaka olmaq üçün Tokioya köçmüşdür. 1961-ci ildə Yaponiyanın ilk qadın manqakalarından biri hesab olunan Miyako Maki ilə evlənmişdir. O, Maki ilə bir neçə layihədə əməkdaşlıq etmiş və adını Leyci olaraq dəyişdirmişdir. Tokioda ucuz bir pansionatda yaşayarkən yaşadığı təcrübələr əsasında yaratdığı "Otoko Oidon" manqası (1971) onun ilk böyük uğuru olmuşdur.