Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlicanlı
Əlicanlı (Sabirabad)
Əlixanlı
Əlixanlı (Gürcüstan)
Əliyanlı
Əliyanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əliyanlı Bərdə rayonunun Kələntərli i.ə.v.-də kənd. Yaşayış məntəqəsi Qubadlı rayonunda yaşayan kürd mənşəli qaraçorlu tayfasının əliyanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır. Əliyanlı etnonimi hələ XII əsrdən məlumdur. Orta əsrlərdə Arazbar mahalında da bu adda kənd mövcud olmuşdur. == Əhalisi == Kəndin ilkin əhalisi kürd mənşəli qaraçorlu tayfasına mənsub idi.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Vaqif Əlixanlı
Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015-2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub. O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib. 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. == Din == Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Əlicanlı (Sabirabad)
Əlicanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlixanlı (Gürcüstan)
Əlixanlı — Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. == Toponimkası == Əlixanlı- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. Bu kənd adı xəzərlərin mənbələrdəki Alikan tayfasının adındandır. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada xəzərlərin bir tayfası Alikan adlanmışdı. Əlixanlı "Alikan tayfasına mənsub" mənasındadır.
Əlixanlı (Xudafərin)
Əlixanlı (fars. علي خانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Əlixanlı xalçaları
Əlixanlı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Əliyanlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəliqanlı tayfası
Dəliqanlı tayfası — İran Azərbaycanının Xalxal bölgəsində yaşamış olan tayfalardan biri. == Haqqında == Dəliqanlılar Germi, Yengicə, Kivi və Koreş Rüstəm bölgəsindəki 20 kənddə yaşamaqdadırlar. 1932-ci ildə Mahmud Keyhan tərəfindən yazılmış əsərdə onların sayı 400 ailə olaraq təsvir edilir. 1960-cı ildəki hesablamalara görə isə onların sayı 480 nəfər idi. Bu dövrə aid başqa bir qaynaqda isə onların sayı 400 ailə olaraq göstərilir. 1973-cü ilə aid sənəddə isə 200 ailə olaraq göstərilmişdir. == Həmçinin bax == Qaradağ tayfaları == İstinadlar == == Mənbə == P. Oberling. The Turkic Peoples of Iranian Azerbaijan,. New York. 1961.
Şəfəq Sultan Əlixanlı
Şəfəq Sultan Əlixanlı-Azərbaycan Radiosu "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi. Şəfəq Sultan Əlixanlı-1955-ci il, sentyabrın 22-də Bakida, ziyalı ailəsində doğulub. Oxuduğu H.Cavid adına 132 saylı orta məktəbdə ədəbiyyat müəllimi Bilqeyis Təhmasib öz elmi və söz-sənət sevgisi ilə onun həyat və sənət yoluna əbədi nur saçıb. 1973-ci ildə Şəfəq Əlixanlı orta məktəbi bitirib.Sevimli müəllimlərinin etimadını doğruldan Şəfəq Əlixanlı 70-cı illərin əvvəllərindən, hələ çox gənc ikən dövrü mətbuatında kiçik yazıları, şeir ve hekayələri ilə çıxış edir ("Azərbaycan gəncləri","Baki" qəzetləri, "Azərbaycan qadını"jurnalı).1973-cü ildə Azərbaycan Dövlət Universiteninin filologiya fakültəsinə daxil olub. Tələbəliyin ilk illərindən etibarənsə o vaxtki Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib. Əmək kitabçasına 1980-ci ildən düşən bu ünvanda əvvəlcə müqavilə ilə müxbir, sonrasa kiçik redaktorluqdan baş redaktorluğa qədər yüksələn 38 illik yaradıcılıq yolu keçib. Azərbaycan Radiosunda bir çox populyar programların, o cümlədən "Sabahınız xeyir", "Molla Nəsrəddin", "Xatun", "Bizdən sonra" uzunömürlü verilişlərin müəllifi, aparıcısı kimi tanınır. Radioya gəldiyi ilk illərdən xüsusi önəm verdiyi Radio-teatr janrında yazdığı əsərləri, dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri ilə professional aləmin nüfuzunu, geniş dinləyici auditoriyasının böyül rəğbətini qazanıb. Müəllifi olduğu 20-dən çox Radio-tamaşa Radionun "Qızıl fond"unda saxlanır. Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və Dövlətçiliyimizin inkşafındaki xidmətlərinə görə dəfələrlə müxtəlif yaradıcı təşkilatlar tərəfindən təltiflər alıb, dövlət mükafatlarına layiq görülüb.
Yengicə-i Dəliqanlı (Miyanə)
Yengicə-i Dəliqanlı (fars. ينگجه دليگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 374 nəfər yaşayır (73 ailə).
Vəlixanlı
Vəlixanlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Nailə Vəlixanlı — AMEA-nın həqiqi üzvü; Azərbaycan Tarix Muzeyinin direktoru Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Məmmədəli Vəlixanlı —Kəndlər Vəlixanlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Vəlixanlı (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Amal Alişanlı
Amal Seyfəddin oğlu Alişanlı (11 fevral 2001, Qabaqdibi, Yardımlı rayonu – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Alişanlı 2001-ci il fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Alişanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Alişanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil Əliyarlı
Əliyarlı Emil Xudayar oğlu — azərbaycanlı rejissor, operator. == Həyatı == Emil Əliyarlı 30 avqust 1983-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olub. Sabir Rəzzaqov adına Cəlilabad şəhər 7 nömrəli orta məktəbi bitirib. 2000-ci ildə "Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin" "İdarəetmə və turizm" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2004-cü ildə Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin idarəetmə və turizm fakültəsini bitirib. 2003-ci ilin dekabr ayından "Azad Azərbaycan"(ATV) teleradio yayım şirkətində operator assistenti vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2004-ci ilin fevral ayından "Azad Azərbaycan"(ATV) teleradio yaylm şirkətində tele-operator vəzifəsinə keçirilib. 2004-ci ildən "ATV" telekanalın Milli Məclisdə akkreditə olunmuş operatoru. 2006-cı ilidən isə "ATV" telekanalının Prezident Administrasiyasında akkreditə olunmuş operatoru kimi fəaliyyətə başlayıb. 2008-ci ilin fevral ayında "ATV" telekanılın baş operatoru vəzifəsinə təyin olunmuşdur.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. == Həyatı == 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. == Mükafatları == 31. yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5.
Məmmədəli Vəlixanlı
Məmmədəli Vəlixanlı (15 mart 1899, Fatmayı, Bakı qəzası – 12 aprel 1969, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "Qaravəlli", "Kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 15 mart 1899-cu ildə Bakıda doğulub. Baqqallıqla məşğul olan atası onu "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. == Səhnə fəaliyyəti == 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927–1930).
Nailə Vəlixanlı
Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015). == Həyatı == 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. == Təhsil == 1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakultəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. == İş fəaliyyəti == 1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir.1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub. 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir. 2010-cu il 8 fevral tarixində Azərbaycan Respublikası Prezsidentinin fərmanı ilə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının üzvü seçilmişdir.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor == Həyatı == 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. === Təhsili === 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. === Elmi fəaliyyəti === 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
Vəlixanlı (Yardımlı)
Vəlixanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Vəlixanlı (Zərdab)
Vəlixanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] == Həyatı == İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.
Əliqandu (Maku)
Əliqandu (fars. علي قندو‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (31 ailə).
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V.Şekspirin “Otello” faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Əliağalı
Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. == Tarixi == 1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi == Mədəniyyəti == İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı. === Görkəmli şəxsləri === Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharbəsi şəhidi. == İstinadlar == == İstifadə olunan ədəbiyyat == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.