Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlisəttar Atakişiyev
Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru. Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur. Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur. Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi. Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir. Arşın mal alan (film, 1945)— Quruluşçu Operator Azərbaycanın müalicə ocaqları (film, 1951)— Quruluşçu Rejissor və Quruluşçu Operator Bakılılar (film, 1938)— Operator Bir ailə (film, 1943)— Quruluşçu Operator Bir qalanın sirri (film, 1959)— Quruluşçu Rejissor Bizim küçə (film, 1961)— Quruluşçu Rejissor Doğma xalqıma (film, 1954)— Quruluşçu Operator Fətəli xan (film, 1947)— Quruluşçu Operator İstintaq davam edir (film, 1966)— Quruluşçu Rejissor Xalq Yaradıcılığı Festivalı (film, 1937)— Quruluşçu Rejissor və Quruluşçu Operator Qərib cinlər diyarında (film, 1977)— Quruluşçu Rejissor Mahnı belə yaranır (film, 1957)— Geyim Rəssamı Nağıl dünyasının sakini.
Əlisəttar Məlikov
Əlisəttar Muradəli oğlu Məlikov (15 mart 1892, Bakı – 26 mart 1971) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1943). Əlisəttar Muradəli oğlu Məlikov 15 mart 1892-ci ildə Bakıda anadan olmuşdur. Uzun ömür sürmüş, 79 il yaşamış Ə. Məlikovun böyük ailəsi var idi; ailədə dörd uşaq olub — üç oğlan, bir qız. Oğlu Murad kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə çəkilirdi. O, artıq dünyasını dəyişmişdir. Digər oğlu Dadaş təqaüdçüdür. Əlisəttar Məlikov 26 mart 1971-ci ildə vəfat etmişdir. Əlisəttar Məlikov əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır. Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən "Paris Notr-Dam kilsəsi" tamaşasında təlxəyin, "Bürünc büt"də polkovnik Olbiricin, "Balta haqqında poema"da Yevdokimin, "Tufan"da poruçik Yalavoyun, "Yanğın"da kolxoz sədri Tərxanın, "Hind qızı"nda Diksonun obrazlarını yaratmışdır. Aktyor Ə. Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Əlisəftər Hüseynov
Əlisəfdər Mürsəl oğlu Hüseynov (1 iyul 1959, Göyçay) — jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2016). "Qızıl qələm" mükafatı laureatı, ehtiyatda olan polkovnik- leytenant Əlisəfdər Hüseynov 1 iyul 1959-cu ildə Göyçay şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı", "Yeni fikir", "Müstəqil qəzet", "Ülfət" qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. 1993–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi jurnalistika sahəsində fəaliyyət göstərib. "Azərbaycan ordusu" qəzetinin və "Hərbi Nəşriyyat"ın baş redaktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. "Qüsursuz xidmətə görə" III dərəcəli medal, "Silahlı Qüvvələrin 10 illiyi", "Silahlı Qüvvələrin 90 illiyi","Silahlı Qüvvələrin 95 illiyi","Silahlı Qüvvələrin 100 illiyi" yubiley medalları ilə təltif olunub. Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən mediada bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. İlk kitabı — "Həsən Məmmədov" 1990-cı ildə çap olunub.