Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badamlı
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Badamlı (Marağa)
Badamlı (fars. باداملو‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Badamlı (Qoşaçay)
Badamlı (fars. باداملو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (54 ailə).
Badamlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycanBadamlı (kənd, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Badamlı (qəsəbə, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda qəsəbə.İranBadamlı (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Badamlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.DigərBadamlı — Azərbaycanın Şahbuz rayonunda bulaq Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Badamlı nabat — Karameləoxşar Azərbaycan şirniyyatı. Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi.
Badamlı (Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Badamlı nekropolu
Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə. == Ümumi məlumat == Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == Novruzlu Ə.İ, Baxışəliyev V.B., Şahbuz bölgəsinin arxeoloji abidələri. Bakı, 1992.
Badamlı paxladəni
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə iyun aylarına təsadüf edir. Mezokserofitdir.
Badamlı qəbiristanlığı
Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Qəbiristanlıq hər tərəfdən həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itmiş, bəzilərinin yalnız baş daşları salamat qalmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru vardır. Əhalinin verdiyi məlumata görə vaxtilə nekropolda xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunu XVI-XIX əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 36.
Badamlı qəsəbəsi
Badamlı (əvvəlki adı: Badamlısu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Badamlı türbəsi
Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi. Yonulmuş dördkünc formalı daşlardan dairəvi formada inşa olunmuşdur. Girişi qərb tərəfdəndir. Binanın divarları tamamilə uçub tökülmüşdür. Ətrafı daşla örtüldüyündən xarici divarlarının formasını müəyyən etmək mümkün olmamışdır. Türbəni təqribən 14-16 əsrlərə aid etmək olar.
Həmdamlı (Xudafərin)
Həmdamlı (fars. همدملو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (12 ailə).
Ənnablı (Xudafərin)
Ənnablı (fars. عنابلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (54 ailə).
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
Badamlı (film, 1974)
Badamlı qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının mineral suları haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının mineral suları haqqındadır.
Badamlı (kənd, Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Badamlı (qəsəbə, Şahbuz)
Badamlı (əvvəlki adı: Badamlısu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Ağdamlı günlərimiz (film, 2001)
Ağdamlı günlərimiz qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam ermənilər tərəfindən işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır. == Məzmun == Film Ağdamın işğalından öncəki yaxın keçmişdə şəhərin firavan həyatı, əhalinin yaşayışı və yaxın bir neçə il ərzində başlarına gələcək bəlaların ağıllarından keçməməsi tərənnüm edilir. Lakin bu baş verdi və Ağdam işğal olundu. Bu gün şəhər yerlə yeksan olunub. Nisgilli film tamaşaçını Ağdamın seyrinə çıxarır.
Ərdəmli
Ərdəmli (türk. Erdemli) — Mersin ilinin ilçəsi.
Qızqalası, Erdemli
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. == Tarixi == Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qızqalası (Ərdəmli)

Qız qalası (Erdemli)

Qız qalası (Ərdəmli)

Həsən Enami Təbrizi
Enami Oliya Həsən Əli Abbas oğlu — opera müğənnisi, Xalq artisti və Prezident mükafatçısı. == Həyatı == Həsən Enami 1967-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuşdur. Azərbaycan Musiqi Antologiyasına əsasən müasir dövrdə Azərbaycanın ən məşhur opera sənətçilərindən biridir. == Ailəsi == Azərbaycanın məşhur piano ifaçısı Nərminə Əfəndiyeva ilə evlidir. Biri qız, biri oğlan olmala iki övladları vardır. == Təhsili == 1972-ci ildə ibtidai sinifə daxil olmuşdur. 1981–1985-ci illərdə Vəhdət İnturimental məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmış və 1988-ci ildə xidmətini tamamlamışdır. == Musiqiçi olması == Uşaqlığından bəri musiqiyə qarşı heyranlıq hiss olmuş, lakin İran İslam İnqilabının musiqini qadağan etməsinə görə peşəkar musiqi təhsili almaq şansı olmamışdır. 14 yaşında ikən o video yazılardan Azərbaycan musiqisini öyrənməyə başlamışdır.1988-ci ildə hökumət özəl musiqi məktəblərinin açılmasına icazə verdi.
Nquyen Van Lemin edamı
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir. == Edam == Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir.Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu. İddialara görə, o, təxminən otuz dinc sakindən ibarət kütləvi məzarlıq yaxınlığında əsir götürülmüşdü.Loan bağlı məhbusu başından vurmaq üçün özünün ".38 Special" patronlu "Smith & Wesson Bodyguard" revolverindən istifadə edərək Lemi küçədə edam etmişdir.
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı — 1989-cu il dekabrın 25-də Milli Azadlıq Cəbhəsi adlı yeni yaradılmış qrupun tələbi ilə yaradılmış hərbi tribunal olan Fövqəladə Hərbi Tribunalın keçirdiyi qısa dinləmə idi. Bu dinləmədə Rumıniyanın keçmiş prezidenti və Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşesku təqsirli bilinərək edam cəzasına məhkum edilib. Əsas ittiham Timişoarada inqilab zamanı "60.000-dən çox insanın" qətli olan soyqırım ittihamı idi. Digər mənbələrə görə, ölənlərin sayı 689 ilə 1200 arasında olub. Lakin ittihamlar işə təsir etməyib. General Viktor Stankulesku özü ilə bir alaydan xüsusi seçilmiş paraşütçülər dəstəsini gətirmişdi və onlar səhər tezdən atəş dəstələri kimi xidmət etmək üçün seçildilər. Məhkəmə prosesi başlamazdan əvvəl Stankulesku artıq edamın keçiriləcəyi yeri kazarma meydanındakı divarın bir tərəfi boyunca seçmişdi. Nikolae Çauşesku tribunalın heç bir konstitusiya əsasının olmadığını və inqilabi hakimiyyətin sovet sui-qəsdinin bir hissəsi olduğunu əsas gətirərək onu tanımaqdan imtina etdi. == Həbs == Dekabrın 22-də, Rumıniya inqilabı zamanı Nikolae və Yelena Çauşesku helikopterlə Snaqova yola düşmək üçün Buxarestdəki Mərkəzi Komitənin binasını tərk etdilər və tezliklə Piteştiyə yollandılar. Helikopter pilotu zenit atəşi təhlükəsi ilə üzləşdiyini iddia edib.