ətli-əndamlı

ətli-əndamlı
ətli-canlı
ətli-qanlı
OBASTAN VİKİ
Ətli blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Ətli dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Ətli dəvəayağı
Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir. 20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir.
Ətli lobya şorbası