Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əngənə
Əngənə — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşindəki Şimali Nazlı dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 628 nəfərdən və 168 ailədən ibarət idi.
Əngəman (Urmiya)
Əngəman (fars. انگمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (28 ailə).
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Ənqəm Atnabayev
Ənqəm Qasım oğlu Atnabayev (rus. Ангам Касимович Атнабаев, başq. Әнғәм Ҡасим улы Атнабаев, tatar. Әнгам Касыйм улы Атнабаев; d. 23 fevral 1928, İske Kurcem, Birsk kantonu, Başqırd ASSR, Rusiya SFSR, SSRİ — ö. 2 sentyabr 1999, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan və Tatarıstan əsilli Rusiya şairi və dramaturqu, Başqırd ASSR (1977) və Rusiya SFSR (1988) əməkdar incəsənət xadimi, Başqırdıstan Respublikasının xalq şairi (1997), Q. Sələm adına Respublika Mükafatı laureatı (1971). Ənqəm Qasım oğlu Atnabayev 23 fevral 1928 tarixində, SSRİ-in respublikalarından biri olan Rusiya SFSR-in subyektlərindən biri olan Başqırd ASSR-in Birsk kantonunda yerləşən İske Kurcem kəndində anadan olmuşdur. Ənqəm 1951-1968-ci illərdə respublika qəzeti olan "Qızıl Tan" qəzetində birinci ədəbi işçi, daha sonra isə redaksiya şöbəsinin müdiri olaraq işləmişdir. Ənvər Atnabayev 1977-1980-ci illərdə "Hənək" (azərb. "Yaba"‎) satirik jurnalının redaktor müavini vəzifəsində işləmişdir.
İhan Egemen Darendelioğlu
İhan Egemen Darendelioğlu (1921, Tarsus – 19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı. 1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur. Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı.